Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2347/2025 02.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının, gecikdirilmiş əmək haqqına və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya və mediasiya xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının, gecikdirilmiş əmək haqqına və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya və mediasiya xərcinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, işçi və işəgötürən arasında əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək münasibətlərinə xitam verilməsinin hüquqi əsası Əmək Məcəlləsinin 10-cu fəslində nəzərdə tutulmuşdur. Belə əsaslardan biri tərəflərdən birinin təşəbbüsüdür (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi). İddiaçı ərizəsində işəgötürənə işdən çıxma barədə rəsmi ərizə verdiyini, lakain ərizəsinin qəbulundan imtina edildiyini göstərmişdir. Hakim qeyd edir ki, İddiaçı işdən azad olunması barədə ərizə ilə işəgötürən - Cavabdeh MMCyə müraciət etməsini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Başqa sözlə cavabdeh mübahisənin məhkəməyəqədər həlli qaydasına riayət edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl müqavilə münasibətinin tərəfi kimi cavabdehə rəsmi müraciət etməli, cavabdehin onun müraciətinə bildirdiyi münasibətdən (və ya hərəkətsizlik) sonra iddiaçı həmin cavabdehə qarşı tələb irəli sürməli idi. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. Beləliklə hakim yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi, ödənilməmiş əmək haqqının, gecikdirilmiş əmək haqqına və istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya və mediasiya xərcininn ödənilməsi tələbinə tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2347/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2347/2025
02.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver