Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2355/2023 08.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1980-cı ildə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, ev 32-də anadan olmuşdur. O vaxtlar atamı və anası hüquqi savadsızlıqdan, səhlənkarlıq edərək, ona və qardaşı X6 doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə almamışlar və doğumunu müvafiq qeydiyyat şöbəsində qeydiyyatdan keçirməmişlər. Digər tərəfdən o, və qardaşının hər hansı hüquq müəyyənedici sənədi olmadığından, o, hər hansı qeydiyyat şöbəsinə, müvafiq peşə və ali təhsil almasına, işləməsinə maneçilik törədərək digər orqanlara ərizə vermək imkanından da məhrum olmuşlar. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)- 1282/2018 saylı qətnaməsinə əsasən Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən ona xx.xx.2018-ci il tarixli 114584 saylı doğum haqqında şəhadətnaməsi və AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Ancaq xx.xx.2016-cı il tarixdə anadan olan qızı X3 o vaxtlar şəxsiyyət vəsiqəsi olmadığından ona doğum şöbəsindən doğum faktına görə arayış verilməmişdir. Hazırda qızının 7 yaşı var, məktəbə 1-ci sinifə getməlidir. Valideynlərin səhlənkarlığından, hüquqi savadsızlığından uşaqlar da əziyyət çəkirlər. Səbail rayon Məhkəməsinin 2023-cü il tarixli qətnaməsinə əsasən qardaşı Şahid2 3 övladlarına Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamələr və şəxsiyyət şəxsiyyət vəsiqələrini verilmişdir. Lakin, buna baxmayaraq qızı X2 doğulmasını həkim-ginekoloq həyata keçirmişdir. O, qızı X2 doğum faktının qeydiyyatı barədə arayış şəhadətnamə verilməsi üçün Səhiyyə Nazirliyinə, Bakı şəhər Baş Səhiyyə İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən ərizəsi əsasında araşdırma və yoxlama aparılaraq X2 xx.xx.2016-cı il tarixdə saat 18.50-də çəkisi 2600, ölçüsü 47 sm qız uşağı doğulduğu və xx.xx.2016-cı il tarixdə uşaqla birlikdə evə yazılması barədə doğum faktının qeydiyyatı barədə xx.xx.2019-cu il tarixli, 7121-01/12 saylı arayış məktub məhkəməyə təqdim etmək üçün verilmişdir. Valideynlərin hüquqi savadsızlığından və bu işə məsuliyyətsiz yanaşmaları nəticəsində xx.xx.2016-cı il tarixdə anadan olmuş qızı X3 hal-hazırki vaxtadək doğum haqqında şəhadətnamə verilməmişdir. Qızı Zəhranın doğum aktı qeydi icra olunmadığından qızına doğum haqqında şəhadətnamə verilmir. Səbail rayon Qediyyat Şöbəsinə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verilməmişlər və bu barədə imtina məktubu verərək məhkəməyə müraciət etməsini bildirmirlər. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuş qızı X4 barəsində doğumun qeyd edilmə faktının müəyyən edilərək doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin icrasını Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, uşaq doğum evində anadan olsa da, onun şəxsiyyətini təsdiq edən sənəd olmadığından və onun doğulması faktı da uşaq anadan olandan sonra məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, uşaq anadan olan vaxtı müvafiq tibbi sənəd əldə edə bilməmiş və uşağa doğum şəhadətnaməsini ala bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki,bacısı Fərqanənin Zəhra adlı övladı xx.xx.2016-cı ildə 5 No-li Doğum Evində anadan olmuş, lakin bacısının sənədi olmadığı üçün ona müvafiq tibbi arayış verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı öz ifadəsində göstərmişdir ki, bacısı Fərqanənin Zəhra adlı övladı xx.xx.2016-cı ildə 5 No-li Doğum Evində anadan olmuş, lakin bacısının sənədi olmadığı üçün ona müvafiq tibbi arayış verilməmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1282/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Şahid1 Fərqanə adlı bacısının xx.xx.1980-cı il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, qətnamənin xx.xx.1980-cı il tarixdə anadan olmuş Fərqanə adlı qızın adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, doğum haqqında akt qeydləri icra olunarkən Fərqanə adlı qızın ata və ana qrafasındakı məlumatlar ərizəçi Şahid1 doğum akt qeydindəki valideynləri barədə məlumatlar kimi qeyd edilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, övladının doğum haqqında şəhadətnamə alınması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə daxil olmuş müraciətdə şəxsiyyət vəsiqəsinin olmadığı və bununla bağlı 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etdiyi, lakin anasının və atasının şəxsiyyətini təsdiq edən sənədlərin istənildiyini, eləcə də övladına doğum haqqında şəhadətnamə ala bilmədiyini qeyd edərək köməklik göstərilməsini xahiş etmişdir. Məsələ ilə bağlı Ərizəçi ilə əlaqə saxlanılarkən şəxsiyyətini təsdiq edən sənədin əldə edilməsi üçün Daxili İşlər Nazirliyinin Səbail rayonu X1 və Dəyişdirilməsi bölməsinə müraciət etdiyi, lakin həmin şöbə tərəfindən vətəndaşlığa mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədin tələb edildiyinin bildirilərək aidiyyəti üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Dövlət Miqrasiya İdarəsinə müraciət etdiyi və buradan atası ilə anasının şəxsiyyət vəsiqələrinin istənildiyi məlum olmuşdur. Araşdırma zamanı Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə doğumunun dövlət qeydiyyatına alınaraq bu barədə şəhadətnamənin verildiyi, lakin şəxsiyyətini təsdiq edən sənəd mövcud olmadığından qızının doğumunu dövlət qeydiyyatına aldıra bilmədiyi məlum olmuşdur. Eyni zamanda 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Dövlət Miqrasiya İdarəsindən əldə edilmiş məlumata əsasən anası və atasının ölümü haqqında şəhadətnamələrdə onların doğum tarixlərinin qeyd edilmədiyi və yalnız bu barədə arayışın təqdim ediləcəyi halda müvafiq sənədin verilməsinin mümkün olduğu bildirilmişdir. Məlum olduğu kimi Ərizəçi qanunvericiliyin tələbləri ətraflı izah olunaraq anasının və atasının doğumu haqqında arayışın əldə edilməsi üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edəcəyi bildirmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci və 2.5-ci bəndlərinin tələblərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qediyyat şöbəsi tərəfindn aparılır. Doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Göstərilənlərə əsasən qeyd edirlər ki, övladının doğumun qeydə alınması üçün müvafiq ziddiyyətlər aradan qaldırıldıqdan və şəxsiyyətini təsdiq edən sənədi əldə etdikdən sona yaşadığı və ya qızının doğulduğu yer üzrə qeydiyyat şöbəsinə müraciət etməlidir. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 5 nömrəli X8 arxiv sənədlərinə əsasən 1980-1981-1982-ci illər üzrə X5 doğum şöbəsinin qeydiyyat kitabında uşaq doğması barədə məlumat qeyd olunmayıb. Ərizəçi Ataxan qızı xx.xx.2016-cı il tarixdə, saat 18.50də çəkisi 2600, ölçüsü 47 sm. diri qız uşağı doğulmuşdur, xx.xx.2016-cı il tarixdə uşaqla birlikdə evə yazılmışdır. İş üzrə Cavabdeh tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmçinin Azərbaycan Respublikası xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.3-cü yarımbəndinə əsasən doğumun qeydə alınması doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında aparılır. Göstərilənlərlə bağlı bildirirlər ki, tibbi şəhadətnamə olmadığından hazırda doğumun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş üzrə Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Hakim eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Resbublıkası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1, 2.2, 2.3 bəndlərinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir (bənd 2.1). Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir (bənd 2.2). Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir (bənd 2.3). Həmin qaydaların 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.2016-cı ildə Zəhra adlı qız uşağı tibb müəssisəsində doğulmuşdur, lakin ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd olmadığından, tibbi müəssisəsi tərəfindən ona həkim arayışı verilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Şahid1 Fərqanə adlı bacısının xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi uşağın doğum şəhadətnaməsinin verilməsi ilə bağlı qeydiyyat orqanına müraciət edərkən, onun tərəfindən bu faktı müəyyən edən müvafiq sənədlər (həkim arayışı) qeydiyyat orqanına təqdim edilmədiyindən həmin doğum faktın müəyyən edilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçinin qız cinsindən uşağının anadan olması iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin uşağının doğulması faktı təsdiq olunduğundan, ərizə təmin edilməli və ərizəçinin xx.xx.2016-ci il tarixdə X4 adlı uşağının doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2016-cı il tarixdə X4 adlı uşağının Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamə xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 adına doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2355/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2355/2023
08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver