Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2356/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X19 «X5» PHŞ-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X19 «X5» PHŞ-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X19 «X5» Hüquqi Şəxsin direktoru N.Rəhmanovun 12 avqust 2025-ci il tarixli 18-1-93/3-1608/2025 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması, ona işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 5000 manat, ödənilmiş mediya xərcinə görə 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, 2022-ci ilin iyul ayından 1 saylı Vərəm Əleyhinə dispanserdə həkim-ftiziatr vəzifəsində işləmişdir. 2025-ci ilin iyul ayında 1 saylı X10 stasionar şöbəsi ləğv eddildiyindən o, X1 Saray qəsəbəsində yerləşən Vərəm dispanserində eyni vəzifədə çalışmışdır. 2025-ci ilin fevral ayında hazırkı iş üzrə cavabdeh Tibbi Ərazi Bölmələrinin X13 Hüquqi Şəxsin “X5” Hüquqi Şəxsin tabeliyinə keçirilən X1 2-ci vərəm şöbəsində eyni vəzifədə çalışmışdır. Tibbi Ərazi Bölmələrinin X13 Hüquqi Şəxsin “X5” Hüquqi Şəxsin direktoru N.Rəhmanovun 12 avqust 2025-ci il tarixli 18-1-93/3-1-1608/2025 saylı əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müaviləsinin müddətinin başa çatması ilə) 12 avqust 2025-ci il tarixdən tutduğu “X5” X17 X1 2-ci vərəm şöbəsinin həkim-ftiziatrı vəzifəsindən azad edilmiş və onunla bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. Belə ki, mübahisə predmeti olan əmrin verilməsinə əsas olmuş “X5” X17 X1 baş həkimin Aygün Xəlilovanın qiymətləndirməsi qərəzlidir. Baş həkimin ortalama bal üzrə yekun rəyində onun işə davamiyyətinin yaxşı olduğu qeyd edilsə də, işə məsuliyyətsiz yanaşdığı, xəstələri vaxtında HMK- na (həkim məsləhət komissiyası) təqdim etmədiyi, kollektivlə ünsiyyətində problemin olduğu, yanaşı xəstəliklərini (şəkərli diabet və s.) səbəb gətirərək, stasionarda xəstələrlə işləməkdən imtina etdiyi, xəstəxanada iş qaydalarına zidd hərəkət etməyi göstərilir. Ümumi sözlərlə ifadə olunan və heç bir mötəbər sübuta əsaslanmayan yekun rəydə göstərilənlər barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bidirir ki, o, 06.10. 2021-ci ildə həmin ftiziatr ixtisası üzrə sertifikat şəhadətnaməsi almışdır. 2024-cü ilin dekabr ayında Fəxri Fərmanla təltif olunmuşdur. Həkim-ftiziatr kimi öz vəzifəmi layiqincə icra etmişdir.Baş həkim Aygün Xəlilovanın onun barəsində verdiyi qiymətləndirmə ilə bağlı qeyd edir ki, ortalama bal üzrə yekun rəyində göstərilən “əsaslar” tam əsassızdır. Əvvələn, işə məsuliyyətsiz yanaşma dedikdə qiymətləndirilən rəhbər şəxsin- baş həkimin nəyi nəzərdə tutması konkrekt fakta əsaslanmır və anlaşılan deyildir. İkincisi, xəstəxanada təşəkkül tapmış ümumi qaydaya əsasən əvvəllər xəstəni həkim-məsləhət komissiyasına şöbə müdiri təqdim edirdi, yalnız son bir ayda bunu həkimlər etməyə başlamışlar. Üçüncüsü, baş həkim Aygün Xəlilovanın yekun rəydə gööstərdiyi daha bir əsassız əsasla “kollektivlə ünsiyyətində problem vardır” deyə fikrə gəlməsi ona aydın deyildir. Çünki, belə bir hal heç vaxt olmamış və onun barəsində bu barədə nəinki intizam tədbiri görülməmiş, hətta irad belə bildirilməmişdir. Dördüncüsü, yanaşı xəstəliklərini (şəkərli diabet və s.) səbəb gətirərək, stasionarda xəstələrlə işləməkdən imtinaya gəldikdə isə “X5” X17 X1 baş həkimi Aygün Xəlilova vəzifəyə təyin olunan kimi öz kadraları istisna olunmaqla qalan həkimləri xəstə palatalarında yerləşdirməyə başladı, o, isə bunun sağlamlığı üçün təhlükəli olduğunu bildirməklə etiraz etdi. Baş həkim Aygün Xəlilova yalnız öz kadrlarına şərait yaradır. Onlar xəstəyə baxmırlar, gecə növbəsinə çıxmırlar, 65+ və hətta 70+ yaşlarında işlərinə davam edirlər. Buna görə də artıq bir neçə həkim, baş və kiçik tibb bacıları işdən ayrılmağa məcbur olmuşlar. Bunu təsdiq edən faktları məhkəmədə təqdim edəcək. Ümumiyyətlə, baş həkimin Aygün Xəlilova hazırkı iş üzrə cavadeh Tibbi Ərazi Bölmələrinin X13 Hüquqi Şəxsin “X5” Hüquqi Şəxsin direktoru N. Rəhmanovla yaxın əlaqələrinə arxayın olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, cinayət xarakterli əməllər törətmişdir. Bu faktları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edəcək. Etirazın dəlilləri: icraatınızda olan 2(009)-2536/2025 nömrəli mülki iş üzrə İddiaçı iddia tələbi üzrə cavabdeh tərəf olan TƏBİB-in AXM-nə qarşı yönəldilmiş ərizəsində “əmək müqaviləsinə əsassız xitam verilməsi” ilə bağlı qeyd olunan xüsusatları aşağıda göstərdikləri dəlillərlə təkzib edərək Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verildiyi qənaətindədirlər. İddiaçı ilə AXM arasında xx.xx.2025-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsi imzalanmış və o, əmək müqaviləsinə əsasən 6 ay 1 gün müddətinə işə qəbul edilmişdir. İddia ərizəsində qeyd etdiyi həqiqətə uyğun olmayan və faktlara söykənməyən ifadələrdən tam fərqli olaraq baş həkim Aygün Xəlilovanın qiymətləndirilməsi əsasında deyil, özünün də təsdiq etdiyi kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddəti başa çatdığına görə müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilməmişdən öncə İddiaçı xx.xx.2025-ci il tarixdə bildirişlə rəsmi məlumat verilmişdir. Əlavə olaraq qeyd edir ki, İddiaçı işlədiyi müddətdə bir çox nöqsanlara yol vermişdir. Belə ki, xəstələrin müayinə və müalicəsində yol verdiyi nöqsanlar AXM-in Tibbi Şurasının xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli iclaslarında müzakirə edilmiş, xx.xx.2025-ci il tarixli Qərar əsasında ona “töhmət” verilmişdir. AXM-in Tibbi Şurasının xx.xx.2025-ci il tarixli iclasında müəyyən edilmişdir ki, AXM- nın “X1 həkim-ftiziatrı İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinnin Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olan əsgəri, xx.xx.2006-cı il təvəllüdlü X12 diaqnozun müəyyən edilməsində və vərəm xəstəsi kimi spesifik müalicəyə qoşulmasında yalnız rentgen müayinəyə əsaslanmış, müalicəyə başlamamışdan öncə HMK-nın müzakirəsinə təqdim etməmiş, diaqnozun formalaşdırılmasını dərin təhlil etməmiş, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından və bir neçə gün öncə xaric olduğu Elmi-Tədqiqat Ağciyər xəstəlikləri İnstitutundan tibbi sənədləri və məlumatları tələb etməmiş və öz qənaətləri ilə kifayətlənmişdir. AXM-in Tibbi Şurasının 31,07.2025-ci il tarixli iclası isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçən əsgər X7 xəstə olduğu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən xidmətə aparılması barədə anasının Tərtər Hərbi Prokurorluğuna ünvanladığı xx.xx.2025-ci il tarixli 3-3-210/2-026256/2025 nömrtəli məktub ilə əlaqədar aparılmış araşdırmalar zamanı aşkar edilmiş nöqsanlara görə keçirilmişdir. Müəyyən edilmişdir ki AXM-nın “X1 həkim - ftiziatrı İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olarkən keçirdiyi xəstəliyi ilə bağlı cari ilin may ayında təxris edilmiş xx.xx.2006-cı il təvəllüdlü əsgər X7 diaqnozun müəyyən edilməsində və vərəm xəstəsi kimi spesifik müalicəyə qoşulmasında ciddi səhflərə yol vermiş, kliniki təzahürlərin və obyektiv müayinə nəticələrinin fərqinə varmadan, retrospektiv sənədləri təhlil etmədən rentgenoloqun rəylərini yamsılayaraq diaqnozları ona uyğunlaşdırmışdır. Bakı Regional Xəstəxanasının 1 saylı regional şöbəsinin ftiziatrları tərəfindən üç gün öncə müəyyən edilmiş “Sağ ağciyərin ocaqlı vərəmi” diaqnozunu ilk öncə təsdiqlədiyi halda, bir neçə gün sonra rentgenoloqun sol ağciyərin yuxarı payında müəyyən etdiyi aktivliyi olmayan ocaq barədə yazılarına istinad edərək, məsuliyyətini düşünmədən “Sol ağciyərin yuxarı payının ocaqlı vərəmi, infiltirasiya mərhələsində TDM (-)” diaqnozu təyin edilmişdir. Bununla yanaşı o, xəstənin əsgər olması və müəyyən olunmuş diaqnozların onun təxris edilməsinə əsas olacağının məsuliyyətini dərk etmədən müalicə və diaqnoz təyin edərkən HMK-na istinad etməmişdir. Müalicə həkimi kimi cavabdehlik daşıdığı tibbi sənədlərin tərtibatına laqeyd və səhlənkar yanaşmış, gündəlikləri müfəssəl yazmamış, təkrarlanan bəsit fikirlər qeyd etmiş və xəstənin obyektiv vəziyyətini əks etdirməmişdir. Laborator nəticələri izləməmiş mikobakterioloji müayinə nəticələri “neqativ” olduğu halda xəstəni “pozitiv” vərəmli xəstələrin müalicə olunduğu İİ vərəm şöbəsinə yerləşdirmiş, sonradan isə bunu dərk edərək təhrif edilmiş yazılarla “xx.xx.2025-ci il tarixli Protokol №15: 2 -ci vərəm şöbəsində müalicə olunsun, xx.xx.2025-ci il tarixli Protokol №-18 Xəsətin bəlğəm nəticəsi neqativləşdiyi üçün) İ vərəm şöbəsinə köçürülür” bağlı məsələ qaldırmamışdır. İddiaçı ilə AXM arasında müddətli əmək müqaviləsi bağlanmış və müqavilə müddaəti başa çatdıqda əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin müddəti bitdikdə onun uzadılması, və ya xitam əmri ilə əmək münasibətlərinin sonlandırılması İşəgötürənin diskression səlahiyyətinə aiddir. İddiaçının tələbinin təmin edilməsi İşəgötürənin yenidən iddiaçı ilə əmək müqaviləsi bağlamasına məcbur etmək hesab olunar ki, bu da özlüyündə İşəgötürənin hüquqlarının pozulmasıdır. İddiaçının tələbi özlüyündə heç bir maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı AXM-ə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək həmçinin bildirmişdir ki, şuranın iclasında o, iştirak etdi, başqa həkimlərə də töhmət verildi, amma tək onu işdən azad etdilər. Yaşı keçmiş həkimlərin əmək müqaviləsinin müddəti hər dəfə 3 ay uzadılırdı, çünki baş həkimin nə göstərişi olurdu – edirdilər, o, etmirdi. İş yerini dəyişəcəkdi, alınmadı, bilirdi ki, onun barəsində belə hal yaranacaq. Komissiyanın iclasında ona yönələn iradlara, eləcə də Yavər doktora izahını verdi. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X8, iddia tələbini müdafiə edərək bildirdi ki, əmək intizamına riayət etməməsi göstərilib, töhmət verilib iddiaçının bundan xəbəri olmayıb, iddiaçı şəkər xəstəsidir, onun iş otağının xəstə palatası ilə dəyişdiriləndə iddiaçının xəstəliyə yoluxma riski var idi, riskli qrupa aiddir. İddiaçının iş yükünü az göstərmək üçün onun baxdığı, müayinə etdiyi xəstələri başqa həkimlərin adına yazıblar, halbuki həmin xəstələrlə bağlı həkim komissiyasına məlumatları iddiaçı verib. İddia tələbi əsaslı olduğundan təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, etiraza əlavə olaraq həmçinin bildirmişdir ki, iclasda müzakirə edilən bütün bu hallar iddianın əsaslılığı və ya əsassızlığı ilə birbaşa bağlı deyil, iddiaçının əmək müqaviləsinin müddəti bitdiyi üçün əmək müqaviləsinə xitam verilmişdir, lakin bu hallar da nəzərə alınmışdır. İddia tələbi əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının müayinə etdiyi uşaq vərəm xəstəsidir, əsgərliyə getməməlidir, özünün səhhətinə ziyan olacaqdır, ətrafda olan əsgərləri yoluxdura bilərdi – yoluxdurdu. Digər hadisə ilə bağlı bildirir ki, diaqnoz düzgün qoyulmayıb. Onun barəsində xəbərdarlıq edilmişdir, şöbə müdiri barəsində tədbir görüldü – o da nəzarət edilməli idi. Lakin, məsuliyyət həkimin üzərindədir. Əvvəl iddiaçı ümumi otaqda əyləşirdi, sonra iddiaçıya digər bir həkimlə birlikdə ümumi otaq verildi. Onların xəstəxanası modul tipli xəstəxanadır, əvvəl Kovid xəstələri yerləşdirilirdi. Koviddən sonra otaqlar və palatalar sterilizasiya edilib. Eyni qaydada həmin otaq sterilizasiya edilib iddiaçı oraya köçürüldü. Şuranın iclasının nəticəsində nöqsanlar qeyd edilib. Başqa bir halda isə olmayan xəstəliyin diaqnozu qoyulmuşdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə «X5» X19 Abşeron regional xəstəxanası 2-ci vərəm şöbəsində həkim ftiziatr peşəsinə qəbul edilmişdir. - Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH 042009 nömrəli Sertifikasiya Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı 06 oktyabr 2021-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Ftiziatriya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. - Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X19 «X5» X17 08 avqust 2025-ci il tarixli, 18-1-93/3-1-1550/2025 saylı işçilərin intizam məsuliyyətinə cəlb edilməsi haqqında əmrdən görünür ki, X1 2-ci vərəm şöbəsinin həkim ftiziatrı İddiaçı «töhmət» verilmişdir. - Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X19 «X5» X17 12 avqust 2025-ci il tarixli, 18-1-93/3-1-1608/2025 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, 1. «X5» X17 X1 2-ci vərəm şöbəsinin həkim-ftiziatrı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) 12 avqust 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.2025-ci il tarixli xxxxxxx0003000 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixdə əmək müqavilənizin müddəti bitdiyi üçün sizinlə bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Rfiq oğlu 12 fevral 2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X19 «X5» X17 həkim-ftiziatrı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X19 «X5» X17 12 avqust 2025-ci il tarixli, 18-1-93/3-1-1608/2025 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, 1. «X5» X17 X1 2-ci vərəm şöbəsinin həkim-ftiziatrı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) 12 avqust 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış xx.xx.2025-ci il tarixli xxxxxxx0003000 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Hazırda, iddiaçı əmək müqaviləsinə xitam verilməsinə və işdən azad edilməsinə dair 12 avqust 2025-ci il tarixli 18-1-93/3-1608/2025 saylı əmrin qanunsuzluğunu və əsaslılığını mübahisələndirir. Cavabdeh tərəf isə əmrin qanuni və əsaslı olduğunu bildirərək iddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 2.3-cü maddəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. - 3-cü maddəsinə əsasən, Tətil — kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə işçilərin (işçinin) müvəqqəti olaraq öz əmək funksiyasının icrasından tam və ya qismən könüllü imtina etməsidir. - 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. - 10-cu maddəsində göstərildiyi kimi, Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir - 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. -15-ci maddəin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 73-cü maddəsinə əsasən, 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. - 300.1-ci maddəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. - Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili əsasında belə nəticəyə gəlmək olar ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə müəyyən edilsə də, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə qanunvericiliklə müəyyən olunmuş qaydada xitam verilə bilər və həmin hallar əmrdə göstərilməklə əsaslandırılmalıdır. İşin materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinin tətbiq edilməsini sonuncu qanunsuz sayaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış 12 fevral 2025-ci il tarixli əmək müqaviləsinə əsasən 12 fevral 2025-ci il tarixindən cavabdeh «X5» X19 Abşeron regional xəstəxanası 2-ci vərəm şöbəsində həkim ftiziatr vəzifəsinə işə qəbul edilmiş və 12 avqust 2025-ci il taxrixli, 18-1-93/3-1-1608/2025 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. İddiaçıya xx.xx.2025-ci il tarixdə ona bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə xitam olunacağı ilə bağlı bildiriş göndərilmişdir. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X19 «X5» X17 08 avqust 2025-ci il tarixli, 18-1-93/3-1-1550/2025 saylı işçilərin intizam məsuliyyətinə cəlb edilməsi haqqında əmrdən görünür ki, X1 2-ci vərəm şöbəsinin həkim ftiziatrı İddiaçı «töhmət» verilmişdir. Məhkəmə hesab edir ki, hazırki işdə işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermiş və iddiaçını işdən azad etmiş, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, bu zaman iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın işə bərpa edilməsi ilə bağlı hissəsinin əsassız olması nəticəsinə gəldiyi üçün digər törəmə tələblərin də əsassız saydığından onlara prosessual qənaət prinsipi baxımından ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2356/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2356/2025
27.11.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver