Məhkəmə qərarları › İş №2(009)-2360/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2360/2021

03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2360/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbinə dair ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi və vərəsə olması faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi tərəfindən təqdim edilmiş ərizədən görünür ki, onun ünvanı ünvan 1im hesab edir ki, ərizəçinin irəli sürdüyü tələb hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı olduğu üçün və onun yaşadığı yer Səbail rayonu olmadığı üçün, hazırki ərizəyə ərizəçinin yaşadığı yer üzrə məhkəmədə baxılmalıdır. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəyə ərizəçinin yaşadığı yerin məhkəməsində baxılması nəzərdə tutulduğundan, ərizəçi isə Səbail rayonunda yaşamadığından, ərizə sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3, 152.1.5, 152.1.6 və 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi tələbinə dair ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar