Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2366/2021 30.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzilini 25.11.2020-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X3 almışdır. Həmin mənzil 05.01.2021-ci il tarixdə mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin mülkiyyətçisidir. Həmin vaxtdan ev onun sahibliyində və istifadəsindədir. X9 mənzili ona təhvil versə də, mənzilin keçmiş sakinləri olan onun oğlu və nəvələri hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Mənzilin keçmiş sakinləri olan cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsa da, hazırda həmin mənzildə yaşamır, mənzil onun tərəfindən alınarkən onların həmin mənzilə istifadə hüquqlarının saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X1, X5 Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi barədə qətnamə qəbul edilməsini və həmin qətnamənin onların pasport qeydiyyatının ləğv edilməsi üçün əsas olmasını göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, yeni yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən məlum olmuşdur ki, Cavabdeh bir həftə bundan əvvəl qeydiyyatdan çıxmış, lakin onun iki övladı hələ də qeydiyyatdadır. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişi müvafiq qeydlə məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Bakı şəhəri 46 saylı notariat ofisində təsdiq edilmiş 25.11.2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzilini X3 almışdır və "xxxx" ASC-yə ipotekaya qoymuşdur. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.01.2021-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh, X2 və X7 Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 17.09.2021-ci il tarixli arayışa əsasən X2 və X7 Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləninn 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzili alqı-satqı müqaviləsi əsasında X3 almışdır və həmin mənzil hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdeh və onun uşaqları həmin mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olublar və mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Mənzil iddiaçı tərəfindən alınarkən cavabdehin və onun uşaqların həmin mənzilə istifadə hüququnun saxlanılması nəzərdə tutulmamış və bu barədə heç bir razılaşma olmamışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi məhkəmə icraatında olduğu müddətdə Cavabdeh qeydiyyatdan çıxsa da, onun övladları hazırda da həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin uşaqlarının iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaları onun mülkiyyət hüququnu pozur və bu səbəbdən iddia tələbi cavabdehin uşaqlarının həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində əsaslıdır və təmin edilmədiir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddəsinin rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh övladları – 19.09.2019-cu il təvəllüdlü X1 və 27.12.2017-ci il təvəllüdlü X5 Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 saylı evin 42 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2366/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2366/2021
30.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver