Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2372/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. 08.10.1980-ci il tarixdən 07.03.1981-ci il tarixədək Baş Tikinti İdarəsinin Mərkəzinin göndərişi əsasında Sumqayıt şəhərində yerləşən X5 texniki peşə təhsili almışdır. Buna dair ona 071531 No-li vəsiqə verilmişdir. 01.01.2006-cı il tarixədək 25 ildən ümumi sığorta stajına və 12 il 6 aydan artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərilicəlin styahısı”nda nəzərdə tutulan vəzifələrdə işləmişdir. Lakin, həmin tədris mərkəzi tərəfindən ona verilmiş 071531 No-li vəsiqəni itirmişdir. Göstərilən təhsil müddəti onun sığorta stajına daxildir. Lakin ümumi sığorta stajına daxil olan və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün ona lazım olan 08.10.1980-ci il tarixdən 07.03.1981-ci il tarixədək Baş Tikinti İdarəsinin Mərkəzinin göndərişi əsasında Sumqayıt şəhərində yerləşən X5 texniki peşə təhsili almasına dair ona verilmiş 071531 No-li vəsiqəni itirmişdir və göstərilən müddətdə həmin tədris müəssisəsində texniki peşə təhsili almasına dair başqa sənədi digər qaydada əldə edə bilmir. Belə ki, həmin X10 hazırda sökülmüşdür. Buna görə də AR Təhsil Nazirliyinə rəsmi ərizə ilə müraciət edərək, Sumqayıt şəhərində mövcud olmuş X2tılma, qoşulma, birləşmə, yenidən təşkil edilmə, təsviyyə edilməsi nəticəsində başqa təhsil müəssisəsinə çevrilməsi və ya həmin tədris mərkəzinin hüquq varisliyinə yol verilmədən fəaliyyətinə xitam verilməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Lakin, nəticəsi olmadı. Həmçinin, “X13” ASC rəsmi ərizə ilə müraciət edərək, Sumqayıt şəhərində mövcud olmuş Baş Tikinti İdarəsinin və ya X2tılma, qoşulma, birləşmə, yenidən təşkil edilmə, təsviyyə edilməsi nəticəsində “X13” ASC-nə daxil olub-olmaması və ya Baş Tikinti İdarəsinin və ya X6 hazırda başqa ünvanda mövcud olub-olmaması ona məlumat verilməsini xahiş etmişdir. Lakin nəticəsi olmadı. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt şəhər Filialına rəsmi ərizə ilə müraciət edərək, Sumqayıt şəhərində mövcud olmuş X3 daxil olmuş 08.10.1980-cı il tarixdən 07.03.1981-ci il tarixədək olan dövr üzrə tədris jurnallarından çıxarışın (071531 No-li vəsiqənin) surətinin təsdiq olunmuş surətinin ona verilməsini xahiş etmişdir. Lakin nəticəsi olmadı. Beləliklə, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün ona lazım olan, yəni sığorta stajına daxil edilməli olan 08.10.1980-ci il tarixdən 07.03.1981-ci il tarixədək Baş Tikinti İdarəsinin mərkəzinin göndərişi əsasında Sumqayıt şəhərində yerləşən X7 texniki peşə təhsili almasına dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Buna görə də mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göstərilənlərə əsasən ərizəçi onun (Zeynallı (Pənciyev) Şəhadət Cümşüd oğlunun) 08.10.1980-ci il tarixdən 07.03.1981-ci il tarixədək Baş Tikinti İdarəsinin Mərkəzinin göndərişi əsasında Sumqayıt şəhərində yerləşən X5 texniki peşə təhsili alaraq, həmin təhsil müəssisəsi tərəfindən verilmiş 071531 No-li vəsiqənin Zeynallı (Pənciyev) Şəhadət Cümşüd oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçi Zeynallı (Pənciyev) Şəhadət Cümşüd oğlu ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, həmçinin tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şiştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. 1978-1979-cu illərdə o da həmin tədris kombinatında peşə təhsilinə yiyələnmiş və “Santexdetal” trestində çilingər vəzifəsinə qəbul olunmuşdur. Onun da əmək kitabçasında həmin kombinatda təhsil alması qeyd edilmişdir. Təhsili bitirdikdən sonra onlara müvafiq vəsiqələr verilirdi. Qardaşı isə 1980-1981-ci illər ərzində həmin kombinatda təhsil almış və çilingər ixtisasına yiyələnmişdir. O da həmin sənədi itirmişdir. İş üzrə NZ seriyalı ******* nömrəli hərbi biletin kserosurətindən görünür ki, ərizəçinin soyadı X4 göstərilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28.04.1992-ci il tarixli familiyanın,adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin kserosurətindən görünür ki, xx.xx.1963-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş X1 Ərizəçi dəyişmişdir. Bu barədə familiyanın, adın, atasının adının dəyişilməsi haqqında akt qeydləri kitabında 28.04.1992-ci il tarixdə 15 No ilə qeyd edilmişdir. İş üzrə "xxxx" QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş 15.09.2020-ci il tarixli 105 nömrəli arxiv arayışın kserosurətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi 14.01.1985-ci ildən 14.12.2015-ci ilə kimi Vano Sturua adına Gəmi Təmiri və Gəmiqayırma zavodunda işləmişdir. İş üzrə Ərizəçi tərəfindən “X13” ASC-yə ünvanlanmış ərizədən görünür ki, Sumqayıt şəhərində mövcud olmuş Baş Tikinti İdarəsinin və ya X2tılma, qoşulma, birləşmə, yenidən təşkil edilmə, təsviyyə edilməsi nəticəsində “X13” ASC-nə daxil olub-olmaması və ya Baş Tikinti İdarəsinin və ya X6 hazırda başqa ünvanda mövcud olub-olmaması məlumat verilməsini xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən Ərizəçi ünvanlanmış 11.11.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayının həmin işlərdə çalışmışlarsa və fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06.03.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 No-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bus tajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdikləri sənədlərdən göründüyü kimi Ərizəçi 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 7 ay 13 gün) təşkil edir. Qeyd olunanlana nəzərə alaraq Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə Ərizəçi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış ərizədən görünür ki, 08.10.1980-cı il tarixdən 07.03.1981-ci il tarixədək Baş Tikinti İdarəsinin Mərkəzinin göndərişi əsasında Sumqayıt şəhərində yerləşən X5 texniki peşə təhsili almışdır. Buna dair ona 071531 No-li vəsiqə verilmişdir. 01.01.2006-cı il tarixədək 25 ildən ümumi sığorta stajına və 12 il 6 aydan artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan vəzifələrdə işləmişdir. Lakin, həmin tədris mərkəzi tərəfindən ona verilmiş 071531 No-li vəsiqəni itirmişdir və göstərilən müddətdə həmin tədris müəssisəsində texniki peşə təhsili almasına dair digər sənədi əldə edə bilmir. Göstərilən təhsil müddəti onun sığorta stajına daxildir. Sumqayıt şəhərində mövcud olmuş X2tılma, qoşulma, birləşmə, yenidən təşkil edilmə, tövsiyyə edilməsi nəticəsində başqa təhsil müəssisəsində çevrilməsi və ya həmin tədris mərkəzinin hüquq varisliyinə yol verilmədən fəaliyyətinə xitam verilməsi barədə məlumat verilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt şəhər filialına ünvanlanmış ərizədən görünür ki, Sumqayıt şəhərində mövcud olmuş X3 daxil olmuş 08.10.1980-ci il tarixdən 07.03.1981-ci il tarixədək olan dövr üzrə dərs jurnallarından çıxarışın (071531 No-li vəsiqənin) surətinin təsdiq olunmuş surətini ona verilməsini xahiş etmişdir. İş üzrə əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1963cü il təvəllüdlü Ərizəçi 071531 No-li vəsiqəsinə əsasən 08.10.1980 tarixdən 07.03.1981-ci il tarixədək Baş Tikinti İdarəsinin X5 texniki peşə almışdır. Bakı şəhəri 26 Bakı Komissarı adına rayon İcraiyyə Komitəsinin 1 saylı bölməsinin verdiyi XXİV-JQ seriyalı 622427 nömrəli pasporta əsasən soyadı “Pənciyev”-dən “Zeynallı”ya dəyişdirilmişdir. İş üzrə olan tədris müəssisəsindən verilmiş göndərişdən görünür ki, Azərbaycan Respublikası “Qlavuprmontajspestroy”un (Baş Tikinti İdarəsi Mərkəzi) X6 məzunu olan X4 neft və kimyə sənayesində avadanlığın montajı üzrə çilingər vəzifəsinə işə götürülməsi üçün “Qlavuprmontajspestroy”a göndərilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, o, məhkəmədən texniki peşə təhsili aldığı məktəb tərəfindən verilmiş vəsiqənin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X5 texniki peşə təhsili alsa da, bununla bağlı verilmiş vəsiqəni itirmiş və hazırda həmin vəsiqənin dublikatını əldə etmək istəsə də, bu mümkünsüz olmuşdur. Digər tərəfdən onun texniki peşə təhsili alması və bu barədə ona vəsiqənin verilməsi təqdim edilmiş sənədlərlə təsdiq olunur. Belə ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçasından və göndərişdən görünür ki, həqiqətən də ərizəçi Baş Tikinti İdarəsinin nəzdində olan X5 texniki peşə təhsili almış və çilingər ixtisasına yiyənlənmiş, sonra isə çilingər kimi işləmək üçün tədris müəssisəsinin göndərişi əsasında Baş Tikinti İdarəsinə göndərilmişdir. Ərizəçinin əmək kitabçasında da onun 08.10.1980-cı ildən 07.03.1981-ci il tarixədək X8 peşə təhsili alması ilə bağlı işəgötürən tərəfindən qeyd aparılmışdır(071531 No-li vəsiqə əsasında). AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu tarixli 3 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 1.4-cü bəndə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını o vaxt müəyyən edir ki, həmin sənəd mövcud olsun və həmin sənəddə göstərilən məlumatlar (ad, soyad və ata adı) şəxsin şəxsiyyətini təsdiq edən sənəddəki məlumatlara (ad, soyad və ata adı) uyğun olmasın. İşin faktiki hallarından göründüyü kimi ərizəçi həmin sənədi(peşə təhsilinin alınmasını təsdiq edən vəsiqə) itirmişdir və onun dublikatını əldə etmək istəsə də, bu mümkün olmamışdır. Digər tərəfdən sənədin itirilməsi və yaxud dublikatının əldə edilməsinin mümkünsüzlüyü, həmin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün hüquqi əsas sayıla bilməz. Beləliklə ərizəçi tərəfindən hüquqmüəyyənedici sənəd olan Mərkəzi Təhsil Kombinatında texniki peşə təhsilinin alınması barədə 071531 No-li vəsiqə məhkəməyə təqdim edilmədiyi üçün, həmin sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsassız hesab edilməli və təmin edilməməlidir. Bununla belə məhkəmə izah edir ki, ərizəçinin 08.10.1980-cı ildən 07.03.1981-ci il tarixədək X5 peşə təhsili almasına dair məlumat əmək kitabçasında qeyd olunduğundan, buna dair lazımi sənədlərin əldə edilməsinin mümkünsüzlüyü ərizəçinin həmin peşə təhsilini almaması kimi qiymətləndirilə bilməz. Əksinə ərizəçi 08.10.1980-cı ildən 07.03.1981-ci il tarixədək peşə təhsilinin alınması dövrünün əmək pensiyası verilərkən nəzərə alınmaması ilə bağlı müvafiq icra hakimiyyətinin orqanının hərəkətlərini inzibati qaydada mübahisələndirə bilər. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizəçi 08.10.1980-ci il tarixdən 07.03.1981-ci il tarixədək Baş Tikinti İdarəsinin Mərkəzinin göndərişi əsasında Sumqayıt şəhərində yerləşən X5 texniki peşə təhsili alaraq, həmin təhsil müəssisəsi tərəfindən verilmiş 071531 No-li vəsiqənin Zeynallı (Pənciyev) Şəhadət Cümşüd oğluna məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2372/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2372/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver