Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2374/2021 01.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəsi ilə məhkəməyə müraciət edərək 15.02.1961-ci ildə Ermənistan Respublikası Krasnoselski rayonu, Gölkənd kəndində anadan olmağı və doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X1, milliyəti azərbaycanlı, ata qrafasında X1 milliyəti azərbaycanlı, ana qrafasında X3, milliyəti azərbaycanlı göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Mülki Prosessual Məcəllənin 307.1, 307.2.5-ci və 308-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktı belə faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, hüquqi faktın məhkəmə qaydası ilə müəyyən edilməsinin ilkin zəruri şərti ondan ibarətdir ki, ərizəçi hüquqi müəyyən edici sənəddə düzəlişin edilməsi üçün məhkəmədən öncə həmin sənədi vermiş orqana (və ya onun hüquqi varisinə) müraciət etməlidir. Belə bir müraciətin Ərizəçi tərəfindən edildiyi müəyyən olunmadığından ərizə geri qaytarılmalıdır. MPM-nin 152.1.6-cı maddəsinə müvafiq olaraq müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə qeyd edir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. MPM-in 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırkı ərizə Ərizəçi tərəfindən öz adından tərtib edilmiş və imzalanmışdır. Bu səbəbdən də ərizəçi hazırkı tələbi üzrə subyektiv hüquqa malik deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” məzmunlu ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə, xüsusi icraat qaydasında baxılan ərizələr üçün nəzərdə tutulmuş formaya riayət etməklə müvafiq ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2374/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2374/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver