Məhkəmə qərarları › İş №2(009)-2377/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2377/2020

26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2377/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi hüquqi əhəmiyyətli olan əmək stajı faktının müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan əmək stajı faktının müəyyən edilməsi barədə ərizə il məhkəməyə müraciət edərək xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Təsərrüfat malları” RTPSB-nin 28 No-li T/H mağazasında xəzinədar vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizə tərəfindən ərizəyə əlavə edilmiş əmək kitabçasının notariat qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, həmin kitabçada iddiaçının xx.xx.1998-ci il tarixdə “Təsərrüfat malları” RTPSB-nin 28 No-li T/H mağazasında xəzinədar vəzifəsində işə qəbul edilməsi və xx.xx.2005-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə qeydlər aparılmışdır. Hakim qeyd edir ki, ərizəçinin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Təsərrüfat malları” RTPSB-nin 28 No-li T/H mağazasında xəzinədar vəzifəsində işləməsi əmək kitabçasında aparılan qeydlə təsdiq olunduğu üçün, həmin əmək stajı faktının yenidən müəyyən edilməsinə zərurət yoxdur. AR Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən hüquqi əhəmiyyətli fakt o vaxtı məhkəmə qaydasında müəyyən edilir ki, həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmasın. Lakin ərizəçinin əmək fəaliyyəti ona aid olan əmək kitabçası ilə tam təsdiq olunur. Belə olan halda hakim hesab edir ki, hazırki ərizənin məhkəmə icraatı mümkün deyil. Hakim izah edir ki, ərizəçiyə pensiya təyin olunması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina verilibsə, o, həmin imtinanın qanunsuz sayılması ilə bağlı inzibati məhkəməyə müraciət etməli və pozulmuş hesab etdiyi hüquqların məhz bu yolla bərpasına nail olmalıdır. Beləliklə hakim hüququmüəyyənedici sənəd hesab olunan əmək kitabçasında əmək stajının mövcudluğu faktının müəyyən edilməsini nəzərə alaraq belə faktın təkrar məhkəmə qaydasında müəyyən edilməsinin qanunvericiliklə yolverilməz olmasını ərizəçinin nəzərinə çatdırır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan əmək stajı faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar