Məhkəmə qərarları › İş №2(009)-2378/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2378/2020

29.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2378/2020 29.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Qapalı səhmdar cəmiyyətinə qarşı «işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və üzr istəmək vəzifəsinin qoyulması» barədə iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Qapalı səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması barədə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin xx xxxxx 2020-ci il tarixli 194 №-li əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və ona qarşı böhtan xarakterli ifadələr işlətdiyinə görə cavabdehin üzərinə ondan üzr istəməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı işə bərpa və şərəf və ləyaqətin müdafiəsi barədə bir biri ilə əlaqədar olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, fərqli icraat qaydalarında baxılmalı olan xahişlər bir ərizədə birləşdirilə bilməz və onlara məhkəmənin eyni icraat çərçivəsində baxması mümkün deyildir. Başqa sözlə iddiaçı, ərizənin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl etməyərək bir-biri ilə əlaqədar olmayan bir neçə xahişi bir ərizədə birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Qapalı səhmdar cəmiyyətinə qarşı «işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və üzr istəmək vəzifəsinin qoyulması»barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah olunsun ki, “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” və “üzr istəmək vəzifəsinin qoyulması” tələblərini müstəqil iddialarla irəli sürməklə ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim MədinəBağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar