Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-238/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin Cavabdeh qarşı borcun tutulması və müqavilə bağlanması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzil xidmət haqqına görə 59,64 manat, məişət tullantılarına görə 58,40 manat olmaqla, cəmi 110.04 manat borcun tutulub Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə ödənilməsi, çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, cavabdeh iddia ərizəsinə əlavə edilmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinə əsasən yaşadığı Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 6 mənzil 5-in mülkiyyətçisidir və 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin sakinidir. Belə ki, Cavabdeh xx.xx.2024-cü il tarixə mənzil xidmət haqqı üzrə 59,64 manat, məişət tullantıları üzrə 58,40 manat - cəmi 110,04 manat borcu vardır. Lakin cavabdeh istifadə etdiyi yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edir. Dəfələrlə cavabdehə 9 saylı MKİS-nin işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, o, buna əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişdir. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerjisi, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdehlər bu təşkilatlarla müqavilə bağlamadıqları halda həmin xidmətlərin haqqını ödəyirlər,amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Ona xidmət müqaviləsi bağlamasını təklif etdikdə bundan da imtina edirlər, halbuki cavabdehlə müqavilə olmadan da onlara tərəflərindən zibil daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərilir. Cavabdehə qanuna riayət hissini aşılamaq, onun üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Sonda qeyd olunanlara rəğmən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 47.2 və 191.1-ci maddələrində tərəflərə verilən hüquqdan istifadə edib barışıq sazişi kimi cavabdehlərə təklif edirik: könüllü surətdə onlardan tələb olunan borclarını tam həcmdə ödəsələr bunun müqabilində iddia ərizəsini geri götürərik. Əks təqdirdə iddianın tam təmin olunmasını xahiş edirlər. İddia ərizəsinə əlavə etdikləri Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsinin məzmunundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi 6, mənzil 5 Cavabdeh mülkiyyətindədir. İddia ərizəsinə əlavə etdikləri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı MKİS-nin 17 nömrəli, xx.xx.2024-cü il tarixli arayışının məzmunundan görünür ki, Cavabdeh özü ilə birlikdə 4 nəfər ailə üzvü Bakı şəhəri, Səbail rayonu, Y.İldırımlı küçəsi 6, mənzil 5-də qeydiyyatdadır. İddia ərizəsinə əlavə etdikləri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı MKİS-nin xx.xx.2024cü il tarixli haqq-hesab cədvəlinin məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Y.İldırımlı küçəsi 6, mənzil 5-ə dair xx.xx.2024-cü il tarixə mənzil xidmət haqqı üzrə üzrə 59.64 manat, məişət tullantılarına görə 58.40 manat, cəmi 110,04 manat borcu yaranmışdır. İddia ərizəsinə əlavə etdikləri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı MKİS-nin xəbərdarlıq məktubunun məzmunundan görünür ki, cavabdehə mənzil xidmət haqqı və məişət tullantılarına görə mövcud olan borcunun ödənilməsi xahiş edilmiş, cavabdeh həmin xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. İddia ərizəsinə əlavə etdikləri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 9 saylı MKİS-nin xx.xx.2024cü tarixli aktın məzmunundan görünür ki, cavabdehə mənzil xidmət haqqı və məişət tullantılarına görə mövcud olan borcunun ödənilməsi xahiş edilmiş, cavabdeh həmin xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvalayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1995-ci il tarixli, 30/10699 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Y.İbrahimli küçəsi, 6 saylı evin 5 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş üzrə 9 saylı MKİS tərəfindən verilmiş 25 sentyabr 2024-cü il tarixli 17 saylı forma üzrə arayışa əsasən Cavabdeh Bakı şəhəri, Y.İbrahimli küçəsi, 6 saylı evin 5 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tərtib olunmuş aktdan görünür ki, Səbail rayonu, Y.İbrahimli küçəsi ev 6 mənzil 5 mülkiyyətçisi Cavabdeh borclarının ödənilməsi ilə əlaqədar sözügedən mənzilə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, bildiriş və xəbərdarlıqları qəbul etməyərək qapını açmırlar və zənglərinə cavab vermirlər. İş materiallarında olan 9 saylı MKİS tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona mənzil-xidmət haqqına görə yaranmış borclarının olması və həmin borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 9 saylı MKİS tərəfindən verilmiş şəxsi mənzillərə görə istismar yığımına aid və məişət tullantılarına görə kreditor borc haqqında məlumata əsasən Cavabdeh mənzil xidmət haqqına görə 59,64 manat məişət tullantılarına görə 58.40 manat olmaqla, cəmi 110,04 manat borcu mövcuddur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh yaşadığı mənzilin mülkiyyətçisidir və həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır, onun qeydiyyatda olduğu və mülkiyyətində olan mənzilə Səbail rayonu MKTB-nin 9 saylı MKİS xidmət göstərir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixə mənzil haqqı üzrə 59,64 manat, məişət tullantıları üzrə 58.40 manat-cəmi 110,04 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə xəbdarlıq olunsa da, həmin haqq hal-hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır (maddə 135.2.4). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı Qərarına əsasən özəlləşdirilmiş mənzillərin yerləşdiyi evlərin saxlanması üçün xidmət haqqı hər bir kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 5 saylı, xx.xx.2011-ci il tarixli Qərarına əsasən bərk məişət tullantılarının daşınmasına görə adambaşına ayda 30 qəpik miqdarında, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 8 saylı, xx.xx.2024-ci il tarixli Qərarına əsasən, 1 iyul 2024 tarixindən bərk məişət tullantılarının daşınmasına görə adambaşına ayda 1 manat miqdarında tariflər müəyyənləşdirilərək öhdəlik kimi mənzil sahiblərinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Tarif Şurasının yuxarıda göstərilən Qərarında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərə görə təsdiq edilmiş tariflər imperativ xarakter daşıyır və bütün fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 501-ci maddələrinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, iş görməli və s., kreditorun isə borcludan öhdəlik vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaşayış sahəsinə görə haqqın ödənilməsi ilə bağlı müqavilə yoxdur. Lakin iddiaçı tərəfindən hal-hazıradək cavabdehə xidmət göstərilmişdir. İddiaçı tərəfindən yaşayış sahəsinin saxlanması üçün müqavilənin bağlanılması cavabdehə təklif olunsa da, cavabdeh müqavilə bağlamaqdan imtina etmişdir. Eləcə də müəyyən edilmişdir ki, Cavabdeh mənzil xidmət haqqına görə 59,64 manat məişət tullantılarına görə 58.40 manat olmaqla, cəmi 110,04 manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mülkiyyətlərində olan mənzilə görə göstərilən xidmət haqq ödənilmədiyindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binaya İddiaçı tərəfindən xidmət göstərildiyidən, lakin cavabdeh göstərilən xidmtələ bağlı iddiaçı ilə müqavilə bağlamaqdan imtina etdiyindən, həmin müqavilənin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xeyrinə mənzil xidmət haqqı üzrə 59,64 (əlli doqquz manat altmış dörd qəpik) manat, məişət tullantıları üzrə 58.40 (əlli səkkiz manat qırx qəpik) manat olmaqla, cəmi 110,04 (yüz on manat dörd qəpik) manat borc tutulsun. Cavabdeh üzərinə çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-238/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-238/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver