Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2391/2020 20.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı T.Y.Pertsevanın, Cavabdehin nümayəndəsi S.D.Səfərovun, Tərcüməçi G.G.Abbasovanın iştirakı ilə X3 Yakovlevanın cavabdeh X1rşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzilindən çıxarılma tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: X3 Yakovlevanın cavabdeh X1rşı cavabdehin 30 saylı binanın 7 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsi və mənzilindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırdıq iclasında iddiaçıya iddia ərizəsinin AR MPM-nin maddələrində nəzərdə tutulmuş tələbləri riayət edilmədən verilməsi nəzərinə çatdıraraq, iddia ərizəsinin “xahiş edirəm” hissəsində yalnız cavabdehin 30 saylı binanın 7 saylı mənzili üzrə istifadə hüququna xitam verilməsi və ordan çıxarılması qeyd edilmiş, lakin ünvanın hansı şəhər və küçədə yerləşməsi konkret və dəqiq göstərilməmiş və bu səbəbdən nömbəti məhkəməyədək həmin nöqsanın aradan qaldırılmalı olması iddiaçının diqqətinə çatdırılaraq, əks təqdirdə hüquqi nəticər kimi ərizənin baxılmamış saxlanılacağı qeyd edilmişdir. Lakin iddiaçı həmin nöqsanın aradan qaldırmamışdır. Məhkəmə qeyd edir ki, bununla da məhkəməyə müraciət edilərkən yol verilmiş nöqsan hakimin müəyyən etdiyi müddətdə aradan qaldırılmadığından, qanunvericiliyin tələbləri baxımından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə həmçinin izah edir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qalxdıqdan sonra maraqlı şəxs ümumi qaydada təkrar ərizə ilə məhkəməyə müraciət edə bilər. AR MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263- 264cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: X3 Yakovlevanın cavabdeh X1rşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzilindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2391/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2391/2020
20.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver