Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2401/2021 23.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı “miras payına vərəsə kimi tanınma və qanuni vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı “miras payına vərəsə kimi tanınma və qanuni vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X25nın qanun üzrə vərəsələri hesab edilərək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlakının 2/3 payına dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, onlar doğma bacı və qardaşdırlar. Ataları X19 və X25 olmuşdur. Hər iki valideynləri vəfat etmişdir. Məlumat üçün bildirirlər ki, ünvan 1 ev X25nın mülkiyyətində olmuşdur. Bu günə kimi analarının mülkiyyətində yaşayırlar. X25 09.05.1971-ci il tarixdə vəfat etmişdir. Analarının ölümündən sonra sözügedən əmlakla bağlı Bakı şəhəri 1 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Həmin əmlakın 1/3 hissəsinə vərəsə kimi qardaşları X1 adına 04.10.1986-cı il tarixdə 2khH-2834 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən miras əmlakının 2/3 hissəsi isə açıq saxlanılmşdır. Həmin açıq qalan hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün cavabdehə ərizə ilə müraciət etmişlər. Ərizəyə 05.07.2021-ci il tarixdə, 470 saylı məktubla cavab verilmiş və həmin məktubda bildirilmişdir ki, sözügedən vərəsəlik işində 2/3 payın hansı vərəsəyə çatmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, vərəsəlik işi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş zəruri sənədləri guya təqdim edə bilməmişlər. Hesab edirlər ki, cavabdeh bu cür cavab verməklə onların vərəsəlik hüquqlarını pozmuşdur. Belə ki, analarından qalan miras payını bu günə kimi istifadə edirlər, orada yaşayırlar, aralarında heç bir mübahisə də yoxdur. Artıq xeyli yaşları var və analarından qalan miras əmlakının qalan 2/3 payına vərəsəlik hüquqlarını tanıtdırıb, qanunvericiliklə müəyyən edilmiş qaydada sənəd əldə etmək istəyirlər. Lakin vərəsəlik işinin açıldığı cavabdeh idarə onların qanunla qorunan hüquqlarının həyata keçirilməsinə imkan verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1937-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən İddiaçı2 ünvanlanmış 07 may 2021-ci il tarixli, DA-00767-2021 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat xx xxxxxx 1937-ci ildə doğulan X2 təvəllüdü qeyd olunur. Atası: X19, Anası: Xanım Əbil qızı (əsas: f. 3168, siy.1, sax.vah.3984, vər. 43, akt № 44) İş materiallarında olan Bakı şəhəri Lenin (Sabunçu) rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 29.10.1956-cı il tarixli, İ-ИЕ seriyalı, 022057 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X6 arasında 29.10.1956-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Lenin (Sabunçu) rayonu VVAQ şöbəsi tərəfindən verilmiş ИЖ seriyalı, 408984 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 xx.xx.1940-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X19, ana qrafasında Xanım Əbil qızı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.08.2018-ci il tarixli, 1877 nömrəli ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Xanım Abil qızı 09.05.1971-ci tarixdə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında 21.05.1975-ci il tarixdə 28 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon VVADQ şöbəsi tərəfindən verilmiş 05.02.2002-ci il tarixli, AZ seriyalı, 115481 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 04.02.2002-ci il tarixdə ölmüşdür. Bu barədə akt qeydləri kitabında 05.02.2002-ci il tarixdə 109 nömrəli qeyddiyyat aparılmışdır. İş materiallarında olan 04.10.1986-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 09 may 1971-ci ildə vəfat etmiş vətəndaş Xanım Əbil qızının vərəsələri 1/3 pay olmaqla, ünvan 4 ünvanında yaşayan oğlu - X4r. Şəhadətnamə verilən Bakı şəhəri, Balaxanı qəsəbəsi, Pleşakov küçəsi, 15 ünavanında yerləşən miras əmlak buta/kub-dan olan, ümumi yararlı sahəsi 189,9 kvadrat metr, o cümlədən, 55,9 kvadrat metr yaşayış sahəsindən ibarət, 369,7 kvadrat metr torpaq sahəsində yerləşən yaşayış evindən ibarətdir. Yaşayış evi TİB tərəfindən verilmiş və 02 nömrəli reyestr kitabında 227ci səhifədə qeyd edilmiş, qeydiyyat nömrəsi 30/575 olan, qeydiyyat tarixi 02 iyul 1974-cü il olan qeydiyyat vəsiqəsi və TİB 01.X.86-cı il tarixli 30/474 nömrəli arayışına əsasən miras qoyana məxsusdur. Mülkün inventarlaşdırma dəyəri 7567 r. (yeddi min beş yüz altmış yeddi rubl)-dur. Şəhadətnamə TİB-da yenidən rəsmiləşdirilməlidir. Həmin miras əmlakının 2/3 payına vərəsəlik hüququ haqqında şəhadətnamə hələ verilməmişdir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən iddiaçıların nümayəndəsi və vəkili X9 ünvanlanmış 05.07.2021-ci il tarixli, 470 nömrəli məktubdan görünür ki, 09.05.1971-ci ildə vəfat etmiş Xanım Abil qızının adına Bakı şəhəri 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Belə ki, miras qoyan Xanım miras əmlakının 1/3 (üçdə bir) payına dair vərəsəsi oğlu X3 adına 04.10.1986-cı il tarixdə 2khH-2834 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda qeyd edirlər ki, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın 2/3 (üçdə iki) pay açıq saxlanılmış, lakin vərəsəlik işində 2/3 (üçdə iki) payın hansı vərəsəyə çatmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin bildirirlər ki, vərəsəlik işi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş zəruri sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 03.12.2021-ci il tarixli, **********54 nömrəli cavab məktubundan görünür ki, ünvan 3 ünvanının 1/3 hissəsi Xanım Əbil qızının vəfatından sonra 1 saylı DNK-nın, 04 oktyabr 1986-cı il tarixli, 2kn-H/2834 (kril əlifbası ilə) reyest nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X1 adına qeydiyyata alınmışdır, lakin yerdə qalan 2/3 hissə isə Xanım Əbil qızının adında açıq saxlanılmışdır. Sonradan həmin 1/3 hissə 4 saylı notariat kontorunun, 2V-1/07 reyestr nömrəli, 28.02.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 adına dövlət reyestrində qeydiyyata alınmışdır, lakin sözügedən hissə 50 saylı notariat kontorunun 4ə-946 reyestr nömrəli, 25.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirilmişdir. Məlumat üçün bildirirlər ki, ünvan 3 ünvanının 1/3 hissəsi hazırda X10 mülkiyyətindədir, həmin fərdi yaşayış evinin 2/3 hissəsi Xanım Əbil qızının adında açıq saxlanılmaqdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum Xanım Əbil qızının mərhum X19 ilə birgə nikahından üç uşağı İbrahimova (Muradova) X21, X5 və İddiaçı1 anadan olmuşlar. İddiaçıların yaşadığı ünvan 1 ev X25nın mülkiyyətində olmuş, Xanım Əbil qızı isə 09.05.1971-ci tarixdə vəfat etmişdir. Həmçinin müəyyən edilmişdir ki, ünvan 3 ünvanının 1/3 hissəsi Xanım Əbil qızının vəfatından sonra 1 saylı DNK-nın, 04 oktyabr 1986-cı il tarixli, 2kn-H/2834 reyest nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X1 adına qeydiyyata alınmış, sonradan həmin 1/3 hissə 4 saylı notariat kontorunun, 2V-1/07 reyestr nömrəli, 28.02.2008-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 adına dövlət reyestrində qeydiyyata alınmış, lakin sözügedən hissə 50 saylı notariat kontorunun 4ə-946 reyestr nömrəli, 25.05.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına özgəninkiləşdirilmiş, ünvan 3 ünvanının 1/3 hissəsi hazırda X10 mülkiyyətindədir, lakin həmin fərdi yaşayış evinin qalan 2/3 hissəsi isə Xanım Əbil qızının adında açıq saxlanılmışdır. İddiaçılar ərizə ilə Bakı şəhəri 1 saylı Notariat Ofisinə müraciət edərək X25nın qanun üzrə vərəsələri hesab edilərək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlakının 2/3 payına dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsələr də, Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən iddiaçılara vərəsəlik işi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş zəruri sənədlər təqdim edilməməsi səbəbindən məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Məhkəmə qeyd edir ki, X5 ilə yanaşı iddiaçılar İddiaçı1 və İbrahimova (Muradova) X14 mərhum X25nın övladları olması, ünvan 3 ünvanında yerləşən yaşayış evinin 1/3 hissəsinə Xanım Əbil qızının oğlu X1 vərəsəlik hüququ haqqında şəhadətnamə alması və həmin fərdi yaşayış evinin qalan 2/3 hissəsinin Xanım Əbil qızının adında açıq saxlanılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaqla işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, MPM 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qanunvericiliyin tələbini, mərhum Xanım Əbil qızının 09.05.1971-ci tarixdə vəfat etdiyini və vərəsəlik münasibətlərinin də həmin vaxtdan yarandığını nəzərə alaraq hesab edir ki, hazırki işə baxılarkən 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (köhnə redaksiyada) müddəaları tətbiq olunmalıdır. 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (köhnə redaksiyada): - 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. - 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. - 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənlər) 1-ci növbəli vərəslər hesab olunurlar. - 552-ci maddəsinin İ hissəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. - Həmin normanın İİ hissəsinə əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. - Sözügedən normanın İİİ hissəsinə əsasən bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. - 555-ci maddəsinin İ hissəsinə əsasən vərəsə digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər. - 556-cı maddəsinin İ hissəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. - Həmin normanın İİİ hissəsinə əsasən vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Məhkəmə sadalanan qanunvericilik aktı normalarının tələbini, eləcə də Xanım Əbil qızının övladları olmaqla onun vərəsələri olmalarını, ünvan 3 ünvanında yerləşən yaşayış evinin məhz 1/3 hissəsinə oğlu X1 vərəsəlik hüququ haqqında şəhadətnamə almasını, həmin fərdi yaşayış evinin qalan 2/3 hissəsinin isə hazıradək Xanım Əbil qızının adında açıq saxlanılmasını, həmçinin iş materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, X5 ilə yanaşı iddiaçılar İddiaçı1 və İbrahimova (Muradova) X21 da mərhum X25nın uşaqları olmaqla onun qanun üzrə vərəsələridir və X25nın qanun üzrə vərəsələri hesab edilərək onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlakının 2/3 payına dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddiaları əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və İbrahimova (Muradova) X21 09.05.1971-ci il tarixdə vəfat etmiş Xanım Əbil qızının qanun üzrə vərəsələri hesab edilməli və mərhum Xanım Əbil qızının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlakının 2/3 payına dair iddiaçılar İddiaçı1 və İbrahimova (Muradova) X17 (hər birinə 1/3 pay olmaqla) qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 və İbrahimova (Muradova) X21 09.05.1971-ci il tarixdə vəfat etmiş Xanım Əbil qızının qanun üzrə vərəsələri hesab edilsin və mərhum Xanım Əbil qızının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlakının 2/3 payına dair iddiaçılar İddiaçı1 və İbrahimova (Muradova) X17 (hər birinə 1/3 pay olmaqla) qanun üzrə vərəsəlik şəhadətnaməsi verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2401/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2401/2021
23.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver