Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2430/2020 12.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 3 ünvanına istifadə hüququnun itirilmiş hesab olunması və onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə aralarında olan şifahi razılaşma (şifahi müqavilə) etbarsız hesab edilməklə ünvan 2 mənzil 3 ünvanındakı fərdi yaşayış evi üçün çəkmiş olduğum 16.060 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iddia ərizəsi 2(009)-2430/2020 saylı nömrə altında icraata qəbul edilmişdir. Həmin məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X2 şifahi vəsatət verərək, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki işlər bir-biri ilə əlaqəli olduğundan iş üzrə tam, hərətərəfli və obyektiv araşdırma aparılması, həqiqətin üzə çıxarılması və son nəticədə ədalətli və qanuni qərar qəbul edilməsi üçün həmin işlər bir icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, həmçinin cavabdehin mövqeyini dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair 2(009)-2430/2020 saylı mülki işlə iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(009)-2326/2020 saylı mülki işlər bir-biri ilə əlaqəli olduğundan iş üzrə tam, hərətərəfli və obyektiv araşdırma aparılması üçün bir icraata birləşdirilməli və həmin işlər üzrə iddialara birlikdə baxılmalıdır. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılmasını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair 2(009)-2430/2020 saylı mülki işlə iddiaçı Cavabdeh – cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(009)-2326/2020 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş işlər üzrə icraat 2(009)-2326/2020 №-si ilə aparılsın. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2430/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2430/2020
12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver