Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-244/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin boşaldılaraq təhvil verilməsi, həmin mənzillərdən istifadəyə olan maneçiliyinin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m. olan 3 otaqdan ibarət 28 saylı mənzilin cavabdehdən alınması, həmin mənzilin tam boşaldılaraq ona təhvil verilməsi, cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətlərin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddia ərizəsində iddiaçı alqı-satqı müqaviləsi əsasında aldığı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m. olan 3 otaqdan ibarət 28 saylı mənzilin ona təhvil verilməsini və həmin mənzildən istifadəyə olan maneçiliyin aradan qaldırılmasını xahiş etmişdir. Buradan da, görünür ki, hazırki mülki iş müstəsna aidiyyat qaydalarını tənzimləyən MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür.Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla məhkəmənin icraatına qəbul edilmişdir və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehin nümayəndəsi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlmnəmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab etmişdir ki, hazırki iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla məhkəmənin icraatına qəbul edilmişdir və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi əsasında aldığı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m. olan 3 otaqdan ibarət 28 saylı mənzilin ona təhvil verilməsini və həmin mənzildən istifadəyə olan maneçiliyin aradan qaldırılmasını xahiş etmişdir. Buradan da, görünür ki, hazırki mülki iş müstəsna aidiyyat qaydalarını tənzimləyən MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür.Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla məhkəmənin icraatına qəbul edilmişdir və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44, 45 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin boşaldılaraq təhvil verilməsi, həmin mənzillərdən istifadəyə olan maneçiliyinin aradan qaldırılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-244/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-244/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver