Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2457/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X2, Ərizəçi (maraqlı şəxs kimi Bakı şəhəri 28 saylı Notariat ofisi qeyd edilən) “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs kimi Bakı şəhəri 28 saylı Notariat ofisi qeyd edilən) “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixində vəfat etmiş miras qoyan X1 mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması və onun X1 vərəsəsi qismində tanınaraq mirasın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni yoxlayaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 152.1.1və 152.1.7.-ci maddələrinə əsasən, iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədikdə, eləcə də bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Ərizəçi ərizəsində “xx.xx.2019-cu il tarixində vəfat etmiş miras qoyan X1 mirasının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması”nı xahiş etsə də, qeyd edilən tələb üzrə işlərə iddia icraatı qaydasında baxılmasını və iddia ərizəsinin iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmaqla məhkəməyə müraciət edilməli olduğunu nəzərə almamış, həmçinin ikinci tələbi olan “onun X1 vərəsəsi qismində tanınaraq mirasın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbi ilə birləşdirərək tərəfləri ərizəçi və maraqlı şəxs kimi qeyd etməklə ərizə şəklində məhkəməyə müraciət etmiş, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Ərizəçi tərəfindən verilmiş ərizə qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs kimi Bakı şəhəri 28 saylı Notariat ofisi qeyd edilən) “hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2457/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2457/2020
11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver