Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2470/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Ağsu rayon Məhkəməsi tərəfindən göndərilmiş İddiaçı cavabdeh X2 Xidməti X1rşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ağsu rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Dövlət su ehtiyatları agentliyinin X2 xidməti publik hüquqi şəxs X4 Sistemlərinin istismarı İdarəsinin 23 aprel 2025-ci il tarixli 57 nömrəli əmrinin ləğv edilməsini, iddiaçının həmin İrriqasiya səhəsi bölməsinin texniki-hidrometr vəzifəsinə bərpa olunmasını, həmçinin iddiaçının xx.xx.2025-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə verərək mülki iş üzrə cavabdeh Azərbaycan Dövlət su ehtiyatları agentliyinin X2 xidməti publik hüquqi şəxs X4 Sistemlərinin istismarı İdarəsinin əsl cavabdeh X2 Xidməti Publik Hüquqi Şəxsi ilə əvəz edilməsini və mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Ağsu rayon Məhkəməsinin 2(016)-933/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X2 Xidməti X1rşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddia ərizəsi üzrə 2(016)-933/2025 nömrəli mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh X2 Xidməti Publik Hüquqi Şəxsin hüquqi ünvanı (VÖEN: **********) ünvan 1i Nəsimi rayonunun inzibati ərazisinə aiddir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45.4, 263-264, 267-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağsu rayon Məhkəməsindən daxil olmuş İddiaçı – cavabdeh X2 Xidməti X1rşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2470/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2470/2025
17.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver