Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2471/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi X1 ilə İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti” X7 X9 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və işə bərpa tələbinə dair mülki işin ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti” X7 X9 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Ağsu rayon Məhkəməsinə müraciət etmişdir. Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi aidiyyət üzrə Ağsu rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmış, həmin qərardaddan verilən şikayət əsasında Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, sonrakı prosessual hərəkətlər edilməsi üçün iş Ağsu rayon Məhkəməsinə qaytarılmışdır. Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(016)-931/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti” X7 X9 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab ediməsi və işə bərpa tələbinə dair mülki iş üzrə cavabdeh Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti” X7 X4 İstismarı İdarəsi əsl cavabdeh “X6 Xidməti” X8 əvəz edilmiş və mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, mülki iş Ağsu rayon Məhkəməsi tərəfindən aidiyyət qaydalarına uyğun olaraq icraata götürülmüşdürsə, bu halda cavabdehi əsl cavabdehlə əvəz etdikdən sonra həmin işi aidiyyəti üzrə əvəz etdiyi cavabdeh hüquqi şəxsin hüquqi ünvanı üzrə yerləşən başqa rayon məhkəməsinə göndərilməsinə yol verilmir. Belə ki, AR MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə hesab edir ki, Ağsu rayon Məhkəməsinin icraatında olan İddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab ediməsi və işə bərpa tələbinə dair iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq Ağsu rayon Məhkəməsi tərəfindən icraata götürüldüyündən, iddia əsl cavabdehə qarşı verilmədiyi halda cavabdehin əsl cavabdehlə əvəz edilməsindən sonra əvəz edilmiş əsl cavabdehin hüquqi ünvanı Səbail rayonu olsa belə, bu hal işin sonradan aidiyyəti üzrə Səbail rayon Məhkəməsinə göndərilməsinə əsas ola bilməz. Yəni iddia ərizəsi əvvəlcədən aidiyyət qaydalarına uyğun olaraq icraata götürüldüyü üçün, sonradan cavabdeh əsl cavabdehlə əvəz olunsa da həmin məhkəmədə baxılmalı idi. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Məhkəmə hesab edir ki, aidiyyət qaydalarına riayət etməklə Ağsu rayon Məhkəməsinin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, qanunvericiliyin tələblərinə görə mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. AR MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənləri və məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar fikir ayrılığını nəzərə alaraq məhkəmə hesab edir ki, Ağsu Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 32.2, 44.1 və 44.5 maddələrini rəhbər tutub məhkəmə… QƏRARA ALDİ: Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(016)-931/2025 saylı qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilmiş İddiaçı cavabdeh “Azərbaycan Dövlət Su X2 Su Melorasiya Xidməti” X7 X9 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab ediməsi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin həll olunması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2471/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2471/2025
15.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver