Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2479/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs qismində Cavabdeh və Maraqlı şəxs cəlb edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası ərizə ilə məhkəməyə müraciət edərək, valideyn himayəsindən məhrum olmuş xx.xx.2015-ci il təvəllüdlü X13 Suriya Respublikasında doğulması faktının, qəyyum təyin olunması üçün qohumluq şəxsiyyətini müəyyən edib, doğum qeydinin ata qrafasında X14, ana qrafasında isə Bşir Bəyən göstərilməklə adına doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan vətəndaş Maraqlı şəxs Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək, İraq və Suriya Ərəb Respublikasından Azərbaycan Respublikasına repatriasiya və deportasiya edilmiş, gəlini Şahid ilə birlikdə yaşayan X13 “Doğum haqqında Şəhadətnamə”sinin olmadığını bildirmiş və bu məsələnin həllində ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Maraqlı şəxs onu da qeyd etmişdir ki, oğlu X14 2013-cü ildə işləmək adı ilə ailəsi ilə birlikdə Türkiyə Respublikasına yollanıb, daha sonra naməlum səbəbdən Suriya Respublikasına keçmiş, uzun müddət ərzində onlar barəsində məlumat əldə edə bilməmişdir. Maraqlı şəxs dediklərinə görə, oğlu evli olarkən digər Bşir Bəyən adında suriyalı qadınla qeyri-rəsmi nikaha daxil olub, bu nikahdan Ömər adında oğlu anadan olub. Maraqlı şəxs gəlini, Şahid bildirmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X13 atası X15 və anası, Suriya vətəndaşı Bşir Bəyən dağıntılar altında qalaraq vəfat etmişlər, Ömər Manafov 2 yaşından Şahid himayəsindədir. Uşaq, əmisi X2 mülkiyyətində olan, ünvan 3 ünvanında digər qardaşbacıları və Şahid ilə birlikdə yaşayır. Müraciətin araşdırılması zamanı “ARMA” LTD tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənədə, DDC laboratoriyasında edilən DNA Yarım qohumluq testinə əsasən Maraqlı şəxs nəvəsi Zeynəb Manafova ilə Ömər Manafov arasında bacı-qardaşlıq kombinasiyası indeksi 206, 2 insan arasında qohumluq bağının 99.5 % olduğunun müəyyən edildiyi bildirilmişdir. Ərizəçi Maraqlı şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi və Azərbaycanın İraqdakı Səfirliyinin “Ölkəyə qayıtma” şəhadətnaməsi əsasında nəvələri xx.xx.2006-cı il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X34, xx.xx.2015-ci il təvəllüdlü X35, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 anaları Şahid ilə birlikdə Azərbaycan Respublikasına gətirilmişlər. xx.xx.2015-ci il təvəllüdlü valideyn himayəsindən məhrum olmuş X35 istisna olaraq, uşaqların hamısının sənədi var. Onlar hal-hazırda Maraqlı şəxs digər oğlu X2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 48 saylı mənzildə yaşayırlar. Valideyn himayəsindən məhrum olmuş xx.xx.2015ci il təvəllüdlü X13 doğum haqqında şəhadətnaməsi olmadığından onun üzərində qəyyum təyin olunması tərəflərindən mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, oğlu X14 2013-cü ildə işləmək adı ilə ailəsi ilə birlikdə Türkiyə Respublikasına yollanıb, daha sonra naməlum səbəbdən Suriya Respublikasına keçmiş, uzun müddət ərzində onlar barəsində məlumat əldə edə bilməmişdir. Oğlu Cəmil ailəsi ilə birlikdə Suriyada olarkən Bşir Bəyən adında suriyalı qadınla qeyri-rəsmi nikaha daxil olub və bu nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X35 dünyaya gəlmişdir. Oğlu Cəmil uşaq dünyaya gələnədək bomba partlamasından həlak olmuşdur. Uşağın anası isə uşaq təxminən 2 yaşında olarkən dağıntılar altında qalıb həlak olmuşdur. Bundan sonra onun gəlin Şahid 2 yaşında olan Öməri öz himayəsinə götürərək, digər uşaqları ilə birlikdə böyütmüşdür və uşaq Şəbnəmi öz anası bilir. Şəbnəmin uşaqları da Öməri öz qardaşları kimi bilirlər. Şəbnəm uşaqları ilə birlikdə Suriydan Azərbaycana gətirildikdən sonra onun oğlu X2 mülkiyyətində olan, ünvan 3 ünvanında yaşayırlar. Ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.7-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, mərhum Manafov Cəmil onun həyat yoldaşı olub. O, birinci uşağına hamilə olanda həyat yoldaşı ilə birlikdə Dəməşq şəhərinə getmişlər. Birinci uşağı Məryəm 2006-cı ildə Dəməşq şəhərində doğulub. Sonra onlar deportasiya olublar və Bakı şəhərinə gəliblər. Onun iki uşağı Zeynəb və Muaz Bakıda doğulublar. 2013-cü ildə, o, həyat yoldaşı Cəmil və üç uşağı ilə birlikdə Suriyaya gediblər. 2014-cü ildə əri Cəmil orada ölüb. Əri öləndən sonra ərinin qeyri rəsmi nikahda olduğu qadın hamilə idi və həmin qadının 2015-ci ildə bir oğlan uşağı dünyaya gəldi, həmin uşaq Ömərdir. O da Cəmildən hamilə olduğu üçün onun da 2015-ci ilin fevral ayında bir uşağı oldu. Ömərin anası 2016-cı ildə dağıntılar altında qalıb ölmüşdür. Həmin qadının rəfiqəsi ona 2017-ci ildə Ömər barədə bildirib və o da Öməri götürüb öz övladı kimi böyüdüb. Öməri götürəndə uşağın 2 yaşı var idi. Ömər onu anası və onun uşaqlarını isə öz bacı, qardaşları kimi bilir. Cəmilin ata və anasını isə öz nənə və babası kimi bilir. O və uşaqları Suriyadan Azərbaycana gətiriləndən sonra Cəmilin qardaşı X2 mülkiyyətində olan ünvan 3 ünvanında yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki, o, 2006cı ildə Dəməşq şəhərində doğulub. Ailədə hal-hazırda 7 (yeddi) uşaqdırlar. Ömər onun qardaşıdır və 2015-ci ildə doğulub. Məhkəmə iclasında anası Şahid iştirakı ilə dindirilən yetkinlik yaşına çatmamış X18 göstərmişdir ki, o, 2008-ci ildə Bakı şəhərində doğulmuşdur. Ailədə hal-hazırda 7 (yeddi) uşaqdırlar. Ömər onun qardaşıdır və 2015-ci ildə doğulub. Məhkəmə işə baxıb, ərizəçinin nümayəndəsini, maraqlı şəxsi Maraqlı şəxs və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-30/2-1989/2024 nömrəli məktubdan görünür ki, 2018-2024-cü illərdə İraq və Suriya Ərəb Respublikasından Azərbaycana ölkə vətəndaşı olan uşaqlar repatriasiya və deportasiya edilmiş, ailələri tərəfindən qəyyumluq və himayəyə götürülmüşdür. Uşaqların qəyyum ailələrdə ehtiyaclarının müəyyənləşdirilməsi, onların psixo-sosial vəziyyətinin qiymətləndirilməsi və xidmətlərlə təmin olunması istiqamətində müvafiq dövlət qurumları əməkdaşlarının iştirakı ilə mütəmadi işlər aparılır. Aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrup tərəfindən uşaqların təhlükəsizliyi təmin edilmiş və hüquqlarının müdafiəsi istiqamətində tibbi, sosial, psixoloji, hüquqi və digər xidmətlər göstərilmişdir. Ö.Manafovun ata tərəfindən yaxın qohumlarının (bacı və qardaş) bioloji qohumluğunun müəyyən edilməsi (DNT) testinə əsasən qayıdış vərəqəsi ilə uşağın üzərində nənə Maraqlı şəxs (Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 21/7, mənzil 54) qəyyum təyin edilməsinə dair müvafiq sərəncam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1953-cü ildə ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “ARMA” LTD tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sənədə, DDC laboratoriyasında edilən DNA Yarım qohumluq testinə əsasən Maraqlı şəxs nəvəsi Zeynəb Manafova ilə Ömər Manafov arasında bacı-qardaşlıq kombinasiyası indeksi 206, 2 insan arasında qohumluq bağının 99.5 % olduğunun müəyyən edildiyi bildirilmişdir. İş materiallarında olan AR MN Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 7 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 339 saylı arayışından görünür ki, ünvan 7 ünvanında X8, X9, X12, X10, Maraqlı şəxs, X20 və X6 qeydiyyatdadırlar. İş materiallarında olan AR MN Bakı Qarnizonu Mənzil-İstismar Hissəsi 7 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, 340 saylı arayışından görünür ki, ünvan 8 ünvanında Şahid, X16, X17, X34, X7, X36, X24 və X21 qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ seriyalı 297546 nömrəli, xx.xx.2007-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X4 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Manafova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı 10552045 nömrəli, xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə Suriyanın Dəməşq şəhərində doğulmuşdur, atası Manafov Cəmil, anası Şahiddir. İş materiallarında olan AZ-İİ seriyalı 083004 nömrəli xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X15, anası Şahiddır. İş materiallarında olan AZE seriyalı 10552417 nömrəli, xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X29 xx.xx.2009-cu il tarixdə şəhərində doğulmuşdur, atası Manafov Cəmil, anası Şahiddir. İş materiallarında olan AA0243650 nömrəli, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, Manafov Ömər xx.xx.2015-ci ildə Suriyada doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.4-cü maddəsinə əsasən fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə qeyd edir ki, xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını uşağın doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə aparır. Lakin maraqlı şəxsin nəvəsinin doğulduğu dövrlərdə Azərbaycan Respublikasının Suriyadakı diplomatik nümayəndəliyi fəaliyyət göstərmirdi. Məhkəmə qeyd edir ki, X35 xx.xx.2015-ci ildə Suriyada doğulduğu iş materiallarında olan Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsində öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X35 2 yaşından atasının rəsmi nikahda olan həyat yoldaşı Şahid himayəsindədir. Məhkəmə hesab edir ki, ərizə təmin edilərək, maraqlı şəxsin nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X13 Suriyada doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci və 307.2.3-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların, doğumun, övladlığa gotürmənin, nikahın, boşanmanın, ölümün qeydə alınma faktının müəyyən edilməsi barədə işlərə baxır. Adı çəkilən Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinin tələblərinə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cıi maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X13 Suriya Respublikasında doğulması faktı müəyyən edilsin. xx.xx.2015-ci il təvəllüdlü X13 doğum haqqında şəhadətnaməsində ata qrafasında X14, ana qrafasında Bşir Bəyən qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2479/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2479/2024
17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver