Məhkəmə qərarları › İş №2(009)-2479/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2479/2025

24.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2479/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Qüllə küçəsi 20 saylı evin 1 və 3 nömrəli mənzillərinə dair istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Qüllə küçəsi 20 saylı evin 1 və 3 nömrəli mənzillərinin mülkiyyətçisidir. Cavabdeh onun oğludur. Cavabdeh qeyd edilən yaşayış yeri üzrə qeydiyyata salınıb, lakin heç bir zaman həmin mənzillərə yaşamayıb. Cavabdehin 3 yaşayış evi və 12 sot torpaq sahəsində bağ evi mövcuddur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olumasını xahiş etmişdir. Məhkəmə cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də məhkəmə AR MPMnin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: ÖM seriyalı 250370 və ÖM seriyalı 230562 nömrəli qeydiyyat vəsiqələrinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 20 saylı evin 1 və 3 nömrəli mənzilləri xüsusi mülkiyyəti kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçmişdir. DƏDRX-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ev 21, mənzil 7, Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ev 21, mənzil 14, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 196, mənzil 97, Bakı şəhəri, Xəzər ayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 140 saylı bağ sahəsində yerləşən 0,12 ha torpaq sahəsi və Bakı şəhəri, Xəzər ayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 141 saylı bağ sahəsiCavabdeh xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında cavabdehin Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 20 saylı evin 1 və 3 nömrəli mənzillərində yaşamadığı təsdiq olundu. İddiaçı tərəfin qeyd etdiklərindən və iş materiallarından aydın olur ki, cavabdeh mübahisəli ünvanda formal olaraq qeydiyyatda olmaqla orada yaşamır. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 20 saylı evin 1 və 3 nömrəli mənzillərində qeydiyyatda olmağına baxmayaraq, sözügedən evdə yaşamadığından həmin evdən istifadə hüquqları yaranmamışdır. Yaranmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad edilən Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı «yaşayış sahəsinə istifadə hüququnun xitam edilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, cavabdehin sözügedən mənzilə istifadə hüquqları ümumiyyətlə yaranmadığından mövcud olmayan hüquqa xitam verilməsi mümkün deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında “ 04 aprel 1996-cı il tarixli AR Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq icra hakimiyyəti orqanları, yəni, polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Qanunun məzumuna əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 20 saylı evin 1 və 3 nömrəli mənzillərindən istifadə hüquqlarına malik olmadığı halda həmin mənzildə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının hüquqlarının pozuntusuna səbəb ola biləcək hal kimi qiymətləndirilə bilər. Bu səbəbdən hazırki qətnamə cavabdehin sözügedən evə yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsas hesab edilməli və cavabdehin həmin evə olan qeydiyyatı ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi 20 saylı evin 1 və 3 nömrəli mənzillərinə olan yaşayış yeri üzrə pasport qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar