Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2485/2025 27.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı Cəfərov Malı̇ k Müseyı̇ b oğlunun, Cavabdeh1 Mı̇ rsaday qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 Nazı̇ m oğlunun və Seyı̇ dov Rüstəm Mı̇ rsaday oğlunun iştirakı ilə, İddiaçı Cəfərov Malı̇ k Müseyı̇ b oğlunun cavabdehlər Cavabdeh1 Mı̇ rsaday qızına, Cavabdeh2 Nazı̇ m oğluna və Seyı̇ dov Rüstəm Mı̇ rsaday oğluna qarşı "fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cəfərov Malı̇ k Müseyı̇ b oğlu cavabdehlər Cavabdeh1 Mı̇ rsaday qızına, Cavabdeh2 Nazı̇ m oğluna və Seyı̇ dov Rüstəm Mı̇ rsaday oğluna qarşı "fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mirsaday qızı tərəfindən onun yaşadığı Bakı şəhəri, Səbail rayonu, E.İsmayılov küçəsi 75A saylı evə, ona məxsus ünvan 1 ünvanda yerləşən 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsindən keçməklə çəkilmiş qaz xəttinin və həmin evin onun həyətyanı sahəsiylə sərhəd divarında quraşdırdırılmış qaz sayğacının və suqızdırıcı cihazın Cavabdeh1 Mirsaday qızının vəsaiti hesabına sökülüb çıxarılması, həmçinin cavabdehlərə aid əşyaların ona məxsus həyətyanı sahədən çıxarılması, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin 13 kv.m-dən ibarət həyətyanı torpaq sahəsinə müdaxilələrin cavabdehlər Cavabdeh1 Mirsaday qızına, Cavabdeh2, X1 və digər şəxslərə qadağan edilməsi, tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər mülki iş üzrə aralarında barışıq sazişi bağlandığından həmin barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Tərəflər məhkəməyə Barışıq Sazişini təqdim edərək, Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cəfərov Malı̇ k Müseyı̇ b oğlu və Cavabdeh1 Mı̇ rsaday qızı, Cavabdeh2 Nazı̇ m oğlu və Seyı̇ dov Rüstəm Mı̇ rsaday oğlu arasında bağlanmış xx.xx.2026-cı il tarixli Barışıq sazişindən görünür ki, 1. ünvan 2 ünvanında yerləşən 13 kv.m-dən ibarət İddiaçı ifadəsində olan torpaq sahəsində Cavabdeh2 tərəfindən uçurulmuş hasarın öz xərcinə bərpa olunmasını, 2. Cavabdeh2 Nazım oğlunun nərdivan vasitəsi ilə evinin üstündə yerləşən su çəninə, cavabdehin evinin arxa divarına vurulmuş qızdırıcı cihaza baxmaq üçün yalnız ona icazə verilməsi, Cavabdeh1 Mirsaday qızına, Cavabdeh3, o cümlədən cavabdehlərin keçmiş və hazırkı ailə üzvülərinə evin arxa hissəsinə açməsinə icazə verməməsi əgər cavabdehlər onun şərtlərini qəbul edərsə mübahisəli torpaq sahəsinin, yəni iddiaçının istifadəsində olan torpaq sahəsinə aid qapının açarının birini Cavabdeh2 vermək şərtlərini qəbul edirlər. 4. İddiaçı cavabdehlər Cavabdeh1 Mirsaday qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi” barədə iddia tələbindən imtina edir və həmin tələbləri bir daha mübahisələndirməməyi öhdəsinə götürür. 5. Tərəflər razılaşırlar ki, bu barışıq sazişinin tərəflərindən hər hansı biri həmin sazişdən irəli gələn öhdəliklərini sazişdə göstərilən müddətdə icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə huququ pozulan tərəf müvafiq məzmunlu icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Səbaıl rayon məhkəməsinə müraciət etməyə haqlıdır. 6. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının və bununlada Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan 2(009)-2485/2025 saylı mülki iş üzrə icraata xitam verilməsinin AR Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilmiş nəticələri onlara məlumdur. 7. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olmur. 8. Bu barışıq sazişi azərbaycan dilində və onu bağlayan şəxslərdən hər biri və məhkəmə üçün bir nüsxə olmaqla, cəmi 5 (beş) nüsxədə tərtib olunub imzalandı. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu sazişin onların mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflər barışıq sazişini təsdiq etdikdə bu barədə məhkəmə qərardad çıxarır, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (MPM 191.2) Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. (MPM-262.4) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin məzmunu tərəflərə izah edilmişdir. Yuxarda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261, 262, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: I. İddiaçı Cəfərov Malı̇ k Müseyı̇ b oğlu ilə cavabdehlər Cavabdeh1 Mı̇ rsaday qızı, Cavabdeh2 Nazı̇ m oğlu və Seyı̇ dov Rüstəm Mı̇ rsaday oğlu arasında bağlanmış xx.xx.2026-cı il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilsin:
1. ünvan 2 ünvanında yerləşən 13 kv.m-dən ibarət İddiaçı ifadəsində olan torpaq sahəsində Cavabdeh2 tərəfindən uçurulmuş hasarın öz xərcinə bərpa olunmasını,
2. Cavabdeh2 Nazım oğlunun nərdivan vasitəsi ilə evinin üstündə yerləşən su çəninə, cavabdehin evinin arxa divarına vurulmuş qızdırıcı cihaza baxmaq üçün yalnız ona icazə verilməsi, Cavabdeh1 Mirsaday qızına, Cavabdeh3, o cümlədən cavabdehlərin keçmiş və hazırkı ailə üzvülərinə evin arxa hissəsinə açməsinə icazə verməməsi əgər cavabdehlər onun şərtlərini qəbul edərsə mübahisəli torpaq sahəsinin, yəni iddiaçının istifadəsində olan torpaq sahəsinə aid qapının açarının birini Cavabdeh2 vermək şərtlərini qəbul edirlər.
4. İddiaçı cavabdehlər Cavabdeh1 Mirsaday qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi” barədə iddia tələbindən imtina edir və həmin tələbləri bir daha mübahisələndirməməyi öhdəsinə götürür.
5. Tərəflər razılaşırlar ki, bu barışıq sazişinin tərəflərindən hər hansı biri həmin sazişdən irəli gələn öhdəliklərini sazişdə göstərilən müddətdə icra etmədikdə və ya lazımı qaydada icra etmədikdə huququ pozulan tərəf müvafiq məzmunlu icra vərəqəsinin verilməsi üçün Bakı şəhəri Səbaıl rayon məhkəməsinə müraciət etməyə haqlıdır.
6. Tərəflər bildirirlər ki, bu barışıq sazişinin bağlanmasının və bununlada Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan 2(009)-2485/2025 saylı mülki iş üzrə icraata xitam verilməsinin AR Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində göstərilmiş nəticələri onlara məlumdur.
7. Bu sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə sazişin etibarsızlığına səbəb olmur.
8. Bu barışıq sazişi azərbaycan dilində və onu bağlayan şəxslərdən hər biri və məhkəmə üçün bir nüsxə olmaqla, cəmi 5 (beş) nüsxədə tərtib olunub imzalandı. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir.
II. İddiaçı Cəfərov Malı̇ k Müseyı̇ b oğlunun cavabdehlər Cavabdeh1 Mı̇ rsaday qızına, Cavabdeh2 Nazı̇ m oğluna və Seyı̇ dov Rüstəm Mı̇ rsaday oğluna qarşı "fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə müdaxilələrin qadağan edilməsi" tələbinə dair 2(009)-2485/2025 saylı mülki işin icraatına xitam verilsin. III. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Rəna Qafarova