Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-250/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilkin və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 08.06.2020-ci il tarixli, 134 saylı əmrinin ləğv edilməsi, onun "xxxx" MMC-də maliyyə meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ilin mart ayında “İOSC LTD" MMC-də maliyyə meneceri kimi işə başlayaraq əmək müqaviləsi bağlamışdır. Sonradan ona məlum olmayan səbəblərdən işdən azad edilmişdir. Belə ki, 18.06.2020-ci il tarixində regional menecer Yasəf Eyvazzadə tərəfindən bildirilmişdir ki, koronovirus pandemiyası ilə əlaqədar olaraq evdə online və tam iş rejimində işləyəcəklər. O, da regional menecer Yasəf Eyvazzadənin dediklərinə əsasən işə getməmiş, evdən online rejimdə işləmişdir. O, 27.06.2020-ci il tarixində koronovirus xəstəliyinə tutulmuş, xəstəliyi ağır dərəcəli olduğundan həkim tərəfindən işə başlamağa 25.07.2020-ci il tarixindən sonra icazə verilmişdir. 18.06.2020-ci il tarixdən 02.07.2020-ci il tarixə kimi evdən onlayn rejimdə işləmişdir. O, 02.07.2020-ci il tarixində axşam saatlarında “e-gov.az” saytında şəxsi kabinetinə giriş edə bilməmişdir. Bundan sonra şirkət rəsmiləri ilə əlaqə saxlamaq istəsə də, telefon zənglərinə cavab verilməmişdir. Bundan sonra vəkili Vəkil2 cavabdehə yazılı şəkildə müraciət edərək, cavabdeh tərəfindən “onun əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi olaraq əmrin verilib-verilməməsi barədə məlumat verilməsini, əgər əmr verilibsə əmrin surətinin təqdim edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq təqdim edilmiş məktubla bildirilmişdir ki, onun əmək müqaviləsinə xitam verilmiş və eyni zamanda əmrin surəti təqdim edilmişdir. Həmin əmrdən görünür ki, o, 10.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, o, heç vaxt əmək vəzifələrini kobud şəkildə pozmamış, şirkət rəhbərliyinin tələbi ilə və sonradan koronovirus xəstəliyinə tutulduğuna görə işə getməmişdir. Lakin işə getmədiyi halda da online rejimdə əmək vəzifələrini icra etmişdir. Cavabdeh onun əmək vəzifələrini kobud şəkildə pozduğu halları göstərməmiş, işdən çıxarıldığı halda onunla son haqq-hesab aparılmamışdır. Qeyd edir ki, o, işlədiyi dövrdə heç zaman intizam pozuntusuna yol verməmiş, işə hər zaman vaxtı-vaxtında getmiş, ona tapşırılan bütün tapşırıqları vaxtında yerinə yetirmiş və iş yoldaşları ilə də münasibətləri normal olmuşdur. O, işlədiyi dövrdə heç zaman müəssisə rəhbərliyi tərəfindən xəbərdarlıq və töhmət almamışdır. Cavabdeh tərəfindən ona xəbərdarlıq olunmadan, heç bir töhmət verilmədən əsassız olaraq onun işdən azad olunmağı tamamilə qanunaziddir. Eyni zamanda əmrin surətini aldıqda ona məlum olmuşdur ki, o, işlədiyi dövrdə işdən çıxarılmağı barədə əmr verilmişdir. Belə ki, işdən çıxarılmağı barədə əmr 10.06.2020-ci il tarixdə verilməsinə baxmayaraq, 18.06.2020-ci il tarixə kimi işə getmişdir. 18.06.2020-ci il tarixdən 02 iyul 2020-ci il tarixi də daxil olmaqla o, evdən online rejimdə işləyərək əmək vəzifələrini lazımınca icra etmişdir. Göründüyü kimi, cavabdeh təşkilat qeyd edilən müddəalarla onun əmək hüquqlarını kobud surətdə pozmuşdur. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 135830 (yüz otuz beş min səkkiz yüz otuz) manat məbləğində vurulmuş zərərin, 4000 (dörd min) manat məbləğində hüquqi yardım xərclərin, 310 (üç yüz on) manat vəkillə bağlanmış müqaviləyə dair xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh İddiaçı 147.403,76 (yüz qırx yeddi min dörd yüz üç manat yetmiş altı qəpik) manat məbləğində vurulmuş zərərin, 4000 (dörd min) manat məbləğində hüquqi yardım xərclərin, 310 (üç yüz on) manat vəkillə bağlanmış müqaviləyə dair xidmət haqqının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2014-cü il tarixində 4 saylı əmək müqaviləsi bağlanmışdır. Cavabdehin əmək müqaviləsinə 08 iyun 2020-ci il tarixində 134 saylı əmrə əsasən xitam verilmişdir. Bununla bağlı cavabdeh ilə telefon danışığı olmuş və ona əmək müqaviləsinə xitam verildiyi və əmrlə tanış olmaq və əmək kitabçasının təhvil alması üçün işə gəlməli olması bildirilsə də, cavabdeh tərəfindən bu günədək sənədlər təhvil alınmamışdır. Cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə onun bacısı X7 və onun həyat yoldaşı Elşən Pənahov ilə telefon danışığı və görüşlər keçirilmişdir. Görüşlər zamanı cavabdehin əmək müqaviləsinə xitam verilməsinin səbəbləri izah edilmiş və ona qarşı iddia qaldırılacağı və iddiaçıya vurduğu ziyanı ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Sonuncu belə görüş 01 avqust 2020-ci il tarixində cavabdehin həyat yoldaşı Elşən Pənahov ilə olmuşdur. Belə ki, cavabdeh iddiaçıya vurulan ziyanı boynuna almamış və vurulan ziyanı könüllü ödəməmişdir. Cavabdeh tərəfindən qanunvericilik və Əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən aşağıda sadalanan hüquq pozuntularına yol verilmişdir. Cavabdeh digər istifadəçilərin (işçilərin) istifadəçi adı (“Login”) və şifrəsindən istifadə edərək iddiaçıya məxsus proqram təminatına (anbarın tərkibində məhsulların sayına nəzarət, iddiaçıya gələn sifarişlər, iddiaçı tərəfindən təhvil verilən mal və materiallar, avadanlıq və alətlər və s. barədə məlumatlar, təchizatçılardan mal-material və s. almaq üçün edilmiş sifarişlər, hesab fakturalar və s. barədə məlumatı özündə təşkil edən proqram təminatı) icazəsiz daxil olmuşdur. Həmin proqram təminatında cavabdehə aidiyyəti olmayan məlumatlara baxış keçirmiş və heç bir göstəriş və razılıq olmadan bu məlumatların surətini saxlamışdır. Həmçinin, cavabdeh tərəfindən sistemdən malların alış və satış qiymətləri icazəsiz olaraq əldə edilmişdir. Cavabdeh iddiaçının kommersiya sirrini daşıyan məlumatları, proqram təminatından köçürmüşdür. Cavabdeh tərəfindən həmçinin öz səlahiyyətlərdən sui-istifadə edilərək proqram təminatında keçmişdə baş vermiş əməliyyatların üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişikliklər etmiş və nəticədə şirkətə maddi ziyan dəymişdir. Qeyd edilənlərlə bağlı şirkətdə daxili audit başlanılmış və ilkin hesablamalara əsasən iddiaçıya 135830 (yüz otuz beş min səkkiz yüz otuz) manat məbləğində zərər dəymişdir. Nəzərə alaraq ki, audit halhazırda davam edir, və şirkətin təchizatçıları və müştəriləri ilə mövcud hüquq pozuntusu ilə bağlı görüşlər keçirilir, vurulmuş zərərin artacağı istisna olunmur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə 08 iyun 2020-ci il tarixində 134 saylı əmrə əsasən xitam verilmişdir. Bununla bağlı iddiaçı ilə telefon danışığı olmuş və ona əmək müqaviləsinə xitam verildiyi və əmrlə tanış olmaq və əmək kitabçasının təhvil alması üçün işə gəlməli olması bildirilsə də, iddiaçı tərəfindən bu günədək sənədlər təhvil alınmamışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının bacısı X7 və iddiaçının həyat yoldaşı Elşən Pənahovla telefon danışığı və görüşlər keçirilmişdir. Görüşlər zamanı İddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbləri izah edilmiş və ona qarşı iddia qaldırılacağı və Cavabdehə vurduğu ziyanı ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Sonuncu belə görüş 01 avqust 2020-ci il tarixində iddiaçının həyat yoldaşı Elşən Pənahov ilə olmuşdur. Qeyd edilənlərdən aydın olur ki, iddiaçıya onun əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmiş və o özü bilərəkdən müvafiq sənədləri almaqdan boyun qaçırırmışdır. İddiaçıya onun əmək müqaviləsinə xitam verilməsinin aydın olması və özünün bilərəkdən müvafiq sənədləri almaqdan imtina etməsi həm də onunla təsdiq edilir ki, iddiaçı 6 aydır ki, işə gəlmir. Buradan sual yaranır ki, iddiaçı onun əmək müqaviləsinə xitam verilməsini bilmirdisə niyə işə gəlmirdi, niyə əmək haqqı almırdı. Niyə bu suallar əmək haqqı almadığı ayda deyil, 6 ay sonra qaldırılır? İddiaçının onlayn şəkildə evdən çalışma barədə tapşırıq alması həqiqəti əks etdirmir. Belə ki, guya ki, bu barədə iddiaçıya tapşırıq verən Yasəf Eyvazov cavabdehin nə rəhbər nə də digər vəzifəsində çalışmır və Yasəf Eyvazov tərəfindən iddiaçıya belə bir göstəriş verilməmişdir. İddiaçının hüququnun pozulması ona 08 iyun 2020-ci il tarixində ona bu barədə məlumat verilərkən məlum olmuşdur. Beləliklə, iddiaçı işə bərpa barədə 08 iyun 2020-ci il tarixindən bir ay ərzində iddia qaldıra bilərdi. Məhkəmədən buraxılmış iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbin təmin olunması, qarşlılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək, qarşılıqlı iddianı isə müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2014-cü il tarixində 4 saylı əmək müqaviləsi bağlanmış, onun əmək müqaviləsinə 08 iyun 2020-ci il tarixində 134 saylı əmrə əsasən xitam verilmişdir. Bununla bağlı cavabdeh ilə telefon danışığı olmuş və ona əmək müqaviləsinə xitam verildiyi və əmrlə tanış olmaq və əmək kitabçasının təhvil alması üçün işə gəlməli olması bildirilsə də, cavabdeh tərəfindən bu günədək sənədlər təhvil alınmamışdır. Cavabdeh tərəfindən qanunvericilik və əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklər lazımı qaydada yerinə yetirilməmişdir. Belə ki, cavabdeh tərəfindən qarşılıqlı iddiada sadalanan hüquq pozuntularına yol verilmiş, şirkətə maddi ziyan vurmuşdur. Əlavə olaraq bildirmişdir ki, iş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi, 188.253.226.32 İP ünvanından edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsus olması müəyyən olunmuş, tərəfindən internet saytlarda axtarış edərkən bu nömrənin Mərdəkan qəsəbəsində yaşayan abunəçiyə məxsus olması müəyyən edilmişdir. Cavabdehin qeydiyyat ünvanının da Mərdəkan qəsəbəsində olduğunu nəzərə alaraq hesab edir ki, məhz İddiaçı bu nömrə vasitəsilə də internetə və proqrama daxil olması müəyyən olunur. Göstərilənləri nəzərə alaraq ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16 fevral 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi X2 ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddianı isə müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı şirkətin ən yaxşı işçisi olmuşdur. O, dəyərli işçi olduğu səbəbindən onun ailə üzvləri - iki bacısı da öz şirkətdə işlə təmin olunmuş, həyat yoldaşı isə onların vasitəçiliyi ilə başqa şirkətdə işə qəbul edilmişdir. Təəsüf edirlər ki, Ülviyyə xanımın iş fəaliyyətində belə pozuntular aşkarlanmışdır. Belə ki, onlar son zamanlar şirkətin fəaliyyəti ilə bağlı nöqsanlar, yeyintilərin olduğunu aşkar etmişlər. Öz daxili araşdırmaları nəticəsində yeyintilərin olduğunu müəyyən etmişlər və bunları Ülviyyə xanımın İP adresindən olunduğu məlum olmuşdur. Elektron sistemə müdaxilə edə biləcək səlahiyyət onda, şirkətin direktorunda və vəzifəsindən irəli gələrək Ülviyyə xanımda olmuşdur. Elektron sistemə giriş icazəsi Ülviyyə xanıma verilmiş, o, hətta öz evində iş yerindən ona təqdim edilmiş, şirkətin sistemi quraşdırılmış noutbook vasitəsilə də şirkətin sistemə daxil olaraq işləyirdi. Hər bir işçinin özünə məxsus İP ünvanı mövcuddur və bütün əməliyyatlar həmin İP ünvan ilə həyata keçirilir. Elektron poçt belə İP ünvana bağlı olur. Hər işçiyə şirkətin sistemi quraşdırılmış komputer və ya noutbook verilir və ona icazəli İP kod verilir. Göstərilənləri nəzərə alaraq ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, iş materiallarını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh MMC-nin baş direktoru X10 ilə İddiaçı arasında bağlanmış 01.01.2014cü il tarixli, 04 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. - Qeyd edilən əmək müqaviləsinə əsasən bu əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-cimaddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. - “əmək qabiliyyətinin olmaması vərəqəsi”dən görünür ki, İddiaçı 27.06.2020-ci il tarixdən 09.07.2020-ci il tarixədək “Covid-19” xəstəliyi ilə əlaqədar işdən azad olunmuşdur. - Cavabdeh MMC-nin direktoru X11 və maliyyə direktoru X5 tərəfindən tərtib olunmuş 08 iyun 2020-ci il tarixli Aktdan görünür ki, 02 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında Cavabdeh MMC-də Biznesin İnkişafı üzrə Menecer vəzifəsində çalışan İddiaçı aşağıda qeyd olunan əmək vəzifəsinin kobud şəkildə pozuntuları aşkar olunmuşdur. İddiaçı ona aid olmayan, digər istifadəçilərin loqin və parolundan istifadə edərək Cavabdeh MMC-nin sifarişlərini idarə edən proqram təminatına icazəsiz girmiş, həmin proqram təminatında İddiaçı və onun vəzifə səlahiyyətlərinə aidiyyəti olmayan məlumatların nüsxəsini çıxarmış, habelə, sistemdən malların alış və satış qiymətlərini icazəsiz əldə etmişdir. Bundan başqa, X6 MMC-nin Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişmiş və nəticədə şirkətə maddi ziyan dəymişdir. Bununla da İddiaçı Cavabdeh MMC-nin kommersiya sirri sayılan istehsal, marketinq və bazarlama məlumatlarını, habelə müştərilərin fərdi və kommersiya məlumatlarını qanunsuz əldə etmiş və şirkətə maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı İddiaçı izahat verməsi, bu əməli törətməsinin səbəbini açıqlaması təklif olundu. Ona izahat vermək tələb edilsə də, o, nə yazılı nə də şifahi qaydada izahat vermədi. - Cavabdeh MMC-nin baş direktoru tərəfindən imzalanmış 08.06.2020-ci il tarixli əmrdən görünür ki, İddiaçı 10.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh MMC-nin əməkdaşları X11, X8 və X5 tərəfindən tərtib olunaraq imzalanmış 10.06.2020-ci il tarixli Aktdan görünür ki, Cavabdeh MMC tərəfindən 01.01.2014-cü il tarixli 4 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında İddiaçı 09 iyun tarixdə saat 10:48-də telefon ilə məlumat verilmiş və o, əmri qəbul etməkdən imtina etmişdir, imtinanın səbəbləri izah olunmamışdır. - Cavabdeh MMC-nin direktoru X11 və maliyyə direktoru X5 tərəfindən tərtib olunmuş 27.01.2021-ci il tarixli Aktdan görünür ki, 02 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında Cavabdeh MMC-də Satış meneceri çalışan İddiaçı MMC-nin Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişdirməsi nəticəsində şirkətə dəyən maddi ziyan MMC-nin əməkdaşları tərəfindən araşdırılmış və bu Akta əlavə olunmuş cədvəldə qeyd olunmuşdur. Cədvəldə Qaimə sənədinin ilkin tarixi və dəyişiklik olunan tarix, Qaimədə olan malın ilkin sayı və dəyişiklikdən sonrakı say, bu sayların fərqi və malın ədədinin qiyməti, və sonda yaranmış say fərqinin malın ədədinə hasili nəticəsində əmələ gələn ziyanın məbləği göstərilmişdir. Ziyanın məbləği günün valyuta kursuna uyğun olaraq manata çevrilmiş və cədvəldə manatla göstərilmişdir. - Cavabdeh MMC-nin direktoru X11 və maliyyə direktoru X5 tərəfindən tərtib olunmuş 02.02.2021-ci il tarixli Aktdan görünür ki, 02 iyun 2020-ci il tarixində "xxxx" MMC-nin təqdim etdiyi bildiriş əsasında Cavabdeh MMC-də əməliyyatçı vəzifəsində çalışan İddiaçı MMC-nin Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra geri tarix ilə dəyişdirməsi nəticəsində şirkətə dəyən maddi ziyan MMC-nin əməkdaşları tərəfindən araşdırılmış və maddi ziyanın dəyəri 152234.36 (yüz əlli iki min iki yüz otuz dörd manat, otuz altı qəpik) manatdır. Maddi ziyanın detalları bu Akta əlavə olunmuş cədvəldə qeyd olunmuşdur. Cədvəldə qaimə sənədinin ilkin tarixi və dəyişiklik olunan tarix, Qaimədə olan malın ilkin sayı və dəyişiklikdən sonrakı say, bu sayların fərqi və malın ədədinin qiyməti və sonda, yaranmış say fərqinin malın ədədinə hasili nəticəsində əmələ gələn ziyanın məbləği göstərilmişdir. Ziyanın məbləği günün valyuta kursuna uyğun olaraq manata çevrilmiş və cədvəldə manatla göstərilmişdir. - “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 avqust 2017-ci il tarixli audit rəyinin surətindən görünür ki, Cavabdeh MMC-də mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır. - “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 mart 2018-ci il tarixli audit rəyinin surətindən görünür ki, Cavabdeh MMC-də mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır. - “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 mart 2019-cu il tarixli audit rəyinin surətindən görünür ki, Cavabdeh MMC-də mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktiki münasibətlərə uyğun olan mənzərəsini yaradır. - “X17” MMC ilə Cavabdeh MMC arasında auditor xidməti göstərilməsi barədə 29 yanvar 2021-ci il tarixli, 0299 nömrəli müqavilədən görünür ki, tərəflər arasında auditor xidməti göstərilməsi barədə müqavilədə göstərilən şərtlər əsasında müqavilə bağlanması razılaşdırılmışdır. Müqavilənin predmetini 01.03.2015-ci il tarixdən 31.05.2020-ci il tarixədək anbarda olan material qiymətlərinin varlığı, saxlanması və uçotunun düzgün aparılmasının yoxlanılması təşkil edir. Göstərilmiş auditor xidmətinin nəticəsi yazılı aktlar və rəylə rəsmiləşdirilir. - “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin “İOSC LTD MMC-nin maliyyə hesabatları və alqı-satqı əməliyyatlarına dair Aktdan görünür ki, Cavabdeh MMC-nin maliyyə hesabatları və alqı-satqı əməliyyatlar üzrə 01.01.2015-ci il tarixdən 31.12.2020-ci il tarixinədək dövriyyəsi üzrə audit keçirilmiş və Cavabdeh MMC tərəfindən fiziki şəxslərə köçürülmüş avans ödəniş üzrə tam məbləğdə elektron qaimə alınmamışdır. İddiaçı alqısatqı və sistemdə müdaxilələr üzrə: - Cavabdeh MMC tərəfindən təqdim olunan “İddiaçı tərəfindən UFC proqramında aparılan dəyişikliklər” sənədinə əsasən audit aparılmışdır. Dəyişikliklərin şirkətin maliyyə sənədlərinə uyğun olmaması və beləliklə qanunsuz olması aşkar edilmişdir. Hesablamalar nəticəsində maliyyə sistemində müdaxilələr əsasında Cəmiyyətə 147403,76 (bir yüz qırx yeddi min dörd yüz üç) manat 76 qəpik ziyan vurulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə komputer-texniki ekspertizasının 5/699 nömrəli, 08.10.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, 24.09.2021-ci il tarixdə Məhkəmə Ekspertiza Mərkəzinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən daxil olmuş məktubda 15.05.2020-ci il tarixindən saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsus olması müəyyən edilsə də, İddiaçı məxsus olmasına dair hər hansı bir məlumat məktubda öz əksini tapmamışdır. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində qeyd edilmişdir ki, internet qlobal sisteminə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı (İR X9) mövcuddur. İstifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatı aparılır. İstifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodu hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyünü nəzərə alaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanlanmış məktubdan görünür ki, 15.05.2020-ci il tarixində saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğular ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsusdur. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-i tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə ünvanlanmış 16.09.2021-ci il tarixli 105-1-15/03/3499-21 saylı cavab məktubundan görünür ki, 15.05.2020-ci il tarixindən saat 00:20-dən 00:58-dək qeyd edilən İP ünvandan (188.253.226.32) müvafiq sistemə (85.132.108.250) edilən bütün sorğuların ***-**-** nömrəsi ilə qeydiyyatdan keçən abunəçiyə məxsusdur. - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC-nin saytından çıxarışdan görünür ki, ***-**-** nömrəli telefonun abunəçisi X3r. - İddiaçı adına olan, 30.09.2015-ci il tarixdə ASAN 3 tərəfindən verilmiş seriya AZE № ******** saylı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun yaşayış yeri (qeydiyyatı) Xəzər rayonu, Mərdəkan qəs. D.Dadaşov küç. ev 14-dür. - “İOSC LTD" MMC (Müştəri) ilə «X22» MMC (De Novo) arasında bağlanmış hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilənin İ hissəsindən görünür ki, De Novo tərəfindən müştəriyə əmək mübahisəsi ilə əlaqədar şirkətin maraqlarının birinci instansiya məhkəməsi mərhələsində təmsil edilməsi, o cümlədən etirazın və qarşılıqlı iddianın hazırlanması ilə əlaqədar hüquq xidmətinin qiyməti avans olaraq 4000 AZN (ədv və hər hansı xərclər (tərcümə, notariat təsdiq, kuryer/poçt, nəqliyyat xərcləri, vəkil ilə müqavilənin imzalanması üçün xidmət haqqı daxil deyil) - Cavabdeh ilə 21 saylı Vəkil Bürosu arasında bağlanmış 18.11.2020-ci il tarixli, 438 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, müraciət edən şəxsin adından X4 tərəfindən Cavabdehnə hüquqi yardıma görə 310 manat məbləğində pul ödənilmiş, müqavilə üzrə hüquqi yardım göstərilməsi Vəkil1 həvalə edilmişdir. Müqavilənin 2.1 bəndinə görə hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2011-ci ilin 01 yanvar 2014-cü il tarixində 4 saylı əmək müqaviləsinə əsasən “İOSC LTD" MMC-də maliyyə meneceri kimi işə başlamış, əmək müqaviləsinə 08 iyun 2020-ci il tarixində 134 saylı əmrə əsasən 10.06.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İlk iddiaçı həmin əmrin qanuniliyini mübahisələndirərək tələbinin əsası kimi heç vaxt əmək vəzifələrini kobud şəkildə pozmamasına, şirkət rəhbərliyinin tələbi ilə və sonradan koronovirus xəstəliyinə tutulduğuna görə işə getməyərək bu halda da online rejimdə əmək vəzifələrini icra etməsinə davam etməsinə, cavabdehin onun əmək vəzifələrini kobud şəkildə pozduğu halları göstərməməsinə, işlədiyi dövrdə heç zaman intizam pozuntusuna yol verməyərək işə hər zaman vaxtı-vaxtında getməsinə, ona tapşırılan bütün tapşırıqları vaxtında yerinə yetirməsinə, işlədiyi dövrdə heç zaman müəssisə rəhbərliyi tərəfindən xəbərdarlıq və töhmət almamasına, cavabdeh tərəfindən ona xəbərdarlıq olunmadan, heç bir töhmət verilmədən əsassız olaraq onun işdən azad olunmağının tamamilə qanunazidd olmasına istinad etmişdir. İlk iddia üzrə cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi ilk iddiaçının özünün və digər istifadəçilərin (işçilərin) istifadəçi adı (“Login”) və şifrəsindən istifadə edərək şirkətin proqram təminatına icazəsiz daxil olmaqla, həmin proqram təminatında cavabdehə aidiyyəti olmayan məlumatlara baxış keçirməsinə, heç bir göstəriş, razılıq olmadan bu məlumatların surətini saxlamaqla, həmçinin, sistemdən malların alış və satış qiymətlərinin icazəsiz olaraq əldə edilməsinə, iddiaçının kommersiya sirrini daşıyan məlumatları, proqram təminatından köçürməsinə, bununla da öz səlahiyyətlərindən sui-istifadə edərək proqram təminatında keçmişdə baş vermiş əməliyyatların üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişikliklər etməsinə və nəticədə şirkətə maddi ziyan dəyməsinə, eləcə də, barəsində verilmiş əmrin qanunvericiliyinin tələblərinə uyğun verilməsinə, iddiaçının isə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyü üçün prosessual hərəkətlər etmək hüququnu itirməsinə istinad etmişdir. Məhkəmə tərəflərin ilk iddia üzrə tələb və etirazında istinad etdiyi hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllinin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Belə hallardan biri əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması («e» bəndi) hesab edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 188.253.226.32 saylı İP ünvanı ilk iddiaçıya məxsusdur. Ekspert rəyindən və ilk iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus İP ünvandan Cavabdeh MMC-nin UFC proqramına daxil olunmuş, Proqram təminatında olan köhnə əməliyyatları, üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişdirməsi baş vermişdir. İlk iddia üzrə cavabdeh bu müdaxilə ilə şirkətə maddi ziyan dəyməsini göstərmiş, ilk iddiaçı tərəf də İP ünvanın iddiaçıya məxsus olmasını təsdiq etmiş, lakin cavabdehin proqram təminatına girişin onun tərəfindən edilməsi ilə razılaşmayaraq bu faktın olmasını inkar etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə ilk iddiaçının üzərinə düşən sübutetmə yükü barəsində verilmiş əmrin qanunvericinin tələblərinə uyğun olmamasını sübut etməkdən, cavabdehin üzərinə düşən sübutetmə yükü isə göstərilənlərin əksini sübut etməkdən ibarət olmuşdur. Cavabdeh tərəfin iddiaçının dəlillərini təkzib edən əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquq pozuntuları törətməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması faktları mövcud olduğu üçün mübahisələndirilən əmrin qanunvericiliyin tələblərinə uyğun bu formada verilməsi zərurəti yaranmışdır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, ilk iddiaçı tərəf əmək fəaliyyəti zamanı pozuntulara yol verməməsini göstərməsinə baxmayaraq, cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi halları təkzib etmək üçün heç bir cəhd etməmiş, yalnız irəli sürülən dəlillərin əsassız olmasını ümumi sözlərlə ifadə etməklə kifayətlənmişdir. Halbuki, işin materiallarından görünür ki, cavabdeh tərəf məhz iddiaçıya məxsus İP ünvanla bağlı təqdim etdiyi aktlarda göstərilən vaxtlarda və qaydada onun proqram təminatına daxil olmasını təsdiq edən sübutlara (aktlar, audit rəyi və s.) əsaslanır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə komputer-texniki ekspertizasının 5/699 nömrəli, 08.10.2021-ci il tarixli rəyinin nəticə hissəsində “Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilənlərə əsasən İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsinin mümkün ola biləcəyi göstərilsə də, Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində qeyd edilmişdir ki, internet qlobal sisteminə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı İP (X9) mövcuddur. İstifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatı aparılır. İstifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodu hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyünü nəzərə alaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsi mümkün ola bilər. Göründüyü kimi Rəydə istifadəçinin hansı ünvanda olmasından asılı olmayaraq internet şəbəkəsindən istifadə etdiyi andan müvafiq İP ünvana görə şəbəkə üzrə qeydiyyatının aparıldığı göstərilmiş və məhz istifadəçilərin yaxın ətraflarında mövcud təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırıla və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunmasının mümkünlüyü nəzərə alınaraq, İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə kənar şəxslərin istifadəsinin mümkün ola biləcəyi nəticəsinə gəlinmişdir. İddiaçı tərəfindən isə təhlükəsizlik kodunun hər hansı bir vasitə ilə qırılaraq və ya həmin kodun müxtəlif yollarla kənar şəxslər tərəfindən əldə olunaraq İddiaçı məxsus İP ünvanından kənar vasitələrdən (kompüter və s.) istifadə edilməklə müxtəlif vaxtlarda müvafiq proqrama daxil olunmasına dair heç bir sübut növü məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Yəni, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması ilk iddiaçının birbaşa vəzifəsi olduğu halda onun nümayəndəsinin belə sübutlar təqdim etmədən cavabdehin iddiaya etirazının əsassız olması ilə bağlı izahatları özü-özlüyündə ilk iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Normanın məzmununa görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən isə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından ilk iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edə bilməmiş və ilk iddianın əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə, 08.06.2020-ci il tarixli əmrin ləğv edilməsinə dair ilk iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığı üçün əsassızdır və tələbin bu hissəsi əsassız olduğu üçün rədd edilməli olduğundan tələbin digər, yəni törəmə hissələrinə (işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Məhkəmə cavabdeh tərəfin ilk iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır: Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hazırkı mülki iş üzrə ilk iddiaçının iddiasının əsassız olması səbəbi ilə rədd edilməli olduğu qənaətinə gəldiyini nəzərə alaraq iddia müddəti tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə qarşılıqlı iddia üzrə aşağıdakıları qeyd edir: İşin materiallarında olan Cavabdeh MMC-nin baş direktoru X10 ilə İddiaçı arasında bağlanmış 01.01.2014-cü il tarixli, 04 nömrəli əmək müqaviləsinin 5.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsinin tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericliklə müəyyən edilmiş qaydada və maddi və mənəvi məsuliyyət daşıyır. Qarşılıqlı iddiaçının həmin iddia üzrə cavabdehin qanuna zidd hərəkəti nəticəsində UFC proqramında edilən dəyişikliklər nəticəsində iddiaçıya külli miqdarda zərər dəyməsi əsasən onunla əsaslandırılmışdır ki, cavabdeh maddi gəlir əldə etmək üçün qeyd edilən qanunsuz hərəkətlərə yol vermişdir. Belə ki, UFC sistemə giriş ilə bağlı sənədlərdən görünür ki, cavabdeh müdaxilə səlahiyyəti olmaya-olmaya UFC sisteminə daxil olmuş və qeyri qanuni müdaxilələr etmişdir. Misal olaraq qeyd edilmişdir ki, müştəri tərəfindən mal anbara geri göndərilmədiyi halda cavabdeh sistemə müdaxilə etmiş guya malın geri göndərildiyini qeyd etmişdir. Bununla cavabdehin malı əldə etmək imkanı yaranmışdır. Nəticədə malın dəyəri müştəri tərəfindən ödənilməmiş və mal yoxa çıxmışdır. Belə bir dəyişikliyi etmək məqsədinin maddi gəlir əldə etmək olduğu açıq-aydındır. Cavabdeh tərəfindən qeyri-qanuni hərəkət edilməsi məhkəməyə təqdim edilən auditor rəyləri, aktlar, hesab-fakturalar vasitəsi ilə təsdiq edilir. Həmçinin cavabdeh nə yazılı, nə də şifahi izahatında belə bir addımlara niyə yol verdiyini aydınlaşdırmır və aydınlaşdırmağa da cəhd etmir. İddiaçının cavabdehin qanunsuz hərəkətlərinin məqsədini sübut etmək öhdəliyi olmasa da qeyd edilir ki, cavabdehin həyat yoldaşı tərəfindən, iddiaçı ilə eyni profilli şirkət təsis edilmiş və bu cavabdehə iddiaçının sisteminə icazəsiz daxil olmaqla (anbarın tərkibində məhsulların sayına nəzarət, iddiaçıya gələn sifarişlər, iddiaçı tərəfindən təhvil verilən mal və materiallar, avadanlıq və alətlər və s. barədə məlumatlar, təchizatçılardan mal-material və s. almaq üçün edilmiş sifarişlər, hesab fakturalar və s. barədə məlumatı özündə təşkil edən proqram təminatı girişi) həyat yoldaşına belə bir məlumatı ötürsün və nəticədə cavabdehin müştəriləri ilə əlaqə qursun və haqsız rəqabət etsin. Araşdırma zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı Cavabdeh MMC-nin istifadəçi adı (“Login”) və şifrədən istifadə edərək müvafiq proqram təminatına (anbarın tərkibində məhsulların sayına nəzarət, ona gələn sifarişlər, onun tərəfindən təhvil verilən mal və materiallar, avadanlıq və alətlər və s. barədə məlumatlar, təchizatçılardan mal-material və s. almaq üçün edilmiş sifarişlər, hesab fakturalar və s. barədə məlumatı özündə təşkil edən proqram təminatı) icazəsiz daxil olmuş, həmin proqram təminatında cavabdehə aidiyyəti olmayan məlumatlara baxış keçirmiş, heç bir göstəriş və razılıq olmadan bu məlumatların surətini saxlamış, həmçinin, tərəfindən sistemdən malların alış və satış qiymətləri icazəsiz olaraq əldə edilmiş, qarşılıqlı iddiaçının kommersiya sirrini daşıyan məlumatları, proqram təminatından köçürmüş, daha sonra öz səlahiyyətlərindən sui-istifadə edərək proqram təminatında keçmişdə baş vermiş əməliyyatlarda üzərindən bir neçə ay keçdikdən sonra, geri tarix ilə dəyişiklər etməsi nəticəsində Cavabdeh MMC-yə maddi ziyan dəymişdir. İşin bu halları, yəni, qarşılıqlı iddia üzrə cavabdehə məxsus istifadəçi adı (Elektron ünvan 1) logini ilə UFC proqramına çoxsaylı şəkildə müdaxilələr olması "xxxx" MMC tərəfindən təqdim edilən 02 iyun 2020-ci il tarixli aktın məzmunu ilə təsdiqlənir. Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilən 02 iyun 2020-ci il tarixli akta əsasən maliyyə şöbəsi tərəfindən yoxlama aparılmış və müəyyən edilmişdir ki, İddiaçı məxsus istifadəçi adından iş saatından kənar vaxtlarda da 188.253.226.32 İP ünvanından UFC proqramına daxil olunaraq dəyişikliklər edilmişdir. Qısa vaxt ərzində eyni İP ünvandan digər işçinin istifadəçi adından (Elektron ünvan 2) daxil olmaqla bir sıra dəyişikliklər edilmişdir. İşin materiallarından görünür ki, qeyd edilənlərlə bağlı Cavabdeh MMC-də daxili audit başlanılmış və ilkin audit rəyi tərtib edilmiş, bundan sonra da audit davam etmiş, audit aparılan müddətdə iddiaçının işçiləri, təchizatçıları və müştəriləri ilə mövcud hüquq pozuntusu ilə bağlı görüşlər keçirilmiş, proqram təminatına baxış keçirilmiş və yekun rəy təqdim edilmişdir. Məhkəməyə həmçinin qarşılıqlı iddia üzrə cavabdehin UFC proqramına daxil olunaraq dəyişikliklər etməsi nəticəsində dəymiş zərəri sübut edən digər sənədlər (hesab fakturalar, elektron vergi hesab fakturalar, qaimələr və s.) də təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 194-cü maddəsinin tələblərinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. - 199-cu maddəsinin məzmununa əsasən işçinin qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korlaması,, məhv etməsi, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurması,, işəgötürənin kommersiya sirrini yayması onun vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması üçün müəyyən edilmiş hallardandır. (normanın «ç» və «e» bəndləri.) - 201-ci maddəsinin 3-cü hissəsinə əsasən əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Məhkəmə qarşılıqlı iddia üzrə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, “X19” MMC-nin 10 iyun 2021-ci il tarixdə başlamış və 31.06.2021-ci ildə başa çatmış audit Aktı ilə UFC proqramında cavabdeh tərəfindən qanunsuz hərəkətlərin aparılması və cavabdeh tərəfindən maliyyə sisteminə müdaxilələr əsasında Cəmiyyətə 147.403,76 (bir yüz qırx yeddi min dörd yüz üç manat yetmiş altı qəpik) manat ziyan vurulmağı təsdiqləndiyi üçün qarşılıqlı iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən ilk iddia üzrə verdiyi hüquqi dəyərləndirmədə göstərdiyi kimi, İddiaçı (nümayəndəsinin) ona qarşı olan iddianın əsassız olması və irəli sürülən iddia dəlillərinin təkzib edilməsində ümumi sözlərlə kifayətlənməsini, hər hansı təkzibedici sübut təqdim etməməsini də nəzərə alır. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 1. Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qarşılıqlı iddianın 310 (üç yüz on) manat vəkillə bağlanmış müqaviləyə dair xidmət haqqının ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyindən rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə həmçinin qarşılıqlı iddianın 4000 (dörd min) manat məbləğində hüquqi yardım xərclərinin cavabdeh İddiaçı tutulması hissəsinin təmin edilməsini də mümkün saymır və iddianın 4000 (dörd min) manat məbləğində hüquqi yardım xərclərinin cavabdeh İddiaçı tutulması hissəsinin də əsassız olduğu üçün rədd edilməsi nəticəsinə gəlir. Belə ki, qarşılıqlı iddiaçı tələbinin bu hissəsini onunla «X22» MMC arasında bağlanmış hüquq xidmətlərinin göstərilməsi haqqında 18.11.2020-ci il tarixli müqavilənin məzmunu ilə əsaslandırmışdır. Məhkəmə Vəkil Bürosu ilə bağlanmış müqaviləyə istinadən hesab edir ki, əvvəla bu müqavilənin Cavabdeh ilə «X22» MMC arasında bağlanmış hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə ilə hər hansı hüquqi bağlılığı müəyyən edilmir və həmçinin də ilk iddiaya etirazın və qarşılıqlı iddianın hazırlanması ilə əlaqədar hüquqi yardımın məhz «X22» MMC tərəfindən göstərilməsi də sübut olunmur. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə kompüter-texniki ekspertizası tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manatdır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilk iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 147.403,76 (bir yüz qırx yeddi min dörd yüz üç manat yetmiş altı qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi tutularaq Cavabdeh MMC-yə ödənilməli, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməməli, 5 (beş) manat dövlət rüsumu Cavabdeh MMC-yə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə kompüter-texniki ekspertizasının dəyəri olan 53,65 (əlli üç manat altmış beş qəpik) manatın 30 (otuz) manat hissəsi İddiaçı, 23,65 (iyirmi üç manat altmış beş qəpik) manat hissəsi Cavabdeh MMC-dən tutularaq, müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair ilk iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı vurulmuş maddi zərərin əvəzi olaraq 147.403,76 (bir yüz qırx yeddi min dörd yüz üç manat yetmiş altı qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi tutularaq Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə kompüter-texniki ekspertizasının dəyəri olan 53,65 (əlli üç manat altmış beş qəpik) manatın 30 (otuz) manat hissəsi İddiaçı, 23,65 (iyirmi üç manat altmış beş qəpik) manat hissəsi Cavabdeh MMCdən tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-250/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-250/2021
26.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver