Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-250/2023 17.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktların müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxxx 1973-cü ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olmağı və doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında X15 (milliyəti kürd), ana qrafasında X11 (milliyəti kürd) göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1973-cü ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuşdur. Valideynləri onun doğumunu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışlar. 15 aprel 1997-ci ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuşdur. Təbriz Əliyev və Pərviz Əliyev. X2 və anası X11 Ermənistan Respublikası Ararat rayonunda vəfat etmişlər. Müəyyən sənədləşmə işlərinin aparılması üçün bu yaxınlarda onun doğum haqqında şəhadətnaməni tələb olunmuşdur. O da bu məsələ ilə əlaqədar lazım olduğu üçün özünə məxsus olan doğum haqqında şəhadətnamənin əslini axtarsa da tapa bilmədi. Hazırda müəyyən sənədləri toplamaq üçün doğum haqqında şəhadətnamənin əsli də tələb olunur. Lakin bu sənəd onda deyil, itirmişdir. Doğum akt qeydinin isə bərpası mümkün deyil. Buna görə də hesab edir ki, onun xx xxxxxxxx 1973-cü ildə Ermənistan Respublikası Ararat rayonunda doğulmağı və bu doğumun qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Doğum haqqında akt qeydinin bərpa edilməsi ilə əlaqədar o müvafiq qeydiyyatda olduğu yerin, yəni Səbail rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin orada ona bu barədə imtina edərək bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Göstərilənlərdən aydın olduğu kimi onun itirdiyi doğum haqqında şəhadətnaməni başqa qaydada almağı mümkün deyildir və ona görə də, mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq onun doğumumun qeyd edilmə faktı müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qaynıdır, həm də əmisi oğludur. 1988-ci ildə məlum hadisələr zamanı Azərbaycana köçəndə sənədi itmişdir. X8 ərizəçinin atası, X11 isə anası olmuşlar, ərizəçinin bir neçə bacı qardaşı olmuşdur. Bacılarından biri də X9 olmuşdur. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi Səbail RPİ tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə, Ermənistan, Ararat rayonunda doğulmuşdur. İş materiallarında olan X13 tərəfindən verilmiş 013231 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Səbail Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 343312 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 aprel 1993-cü il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X3, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Səbail Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 193078 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 iyul 2000-ci il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuşdur, ata qrafasında X3, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 01 avqust 1966-ci il təvəllüdlü X1 rayonunda anadan olmuşdur, ata qrafasında X15, milliyəti kürd, ana qrafasında X11, milliyəti kürd qeyd edilmişdir. İş materiallarında olan natamam orta təhsil haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Ermənistan SSR, Ararat rayonu, Xalisinski kənd orta məktəbində təhsil alaraq 1988-ci ildə natamam orta təhsil məktəbini bitirmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə, Ermənistan SSR, Ararat rayonunda doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin X2, milliyəti kürd, anası isə X11, milliyəti kürd olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadəsi və ərizəçiyə qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli orqan - Səbail RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində əks olunmuş müvafiq məlumatlarla da öz təsdiqini tapır. Məhkəmə şahid ifadəsinə qiymət verərək, onun ərizəçinin qohumu olduğunu, eləcə də həmin şahid ifadəsində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X4 ifadəsini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsini və verilmiş sənəddə ərizəçiyə məxsus məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmiş və ərizəçi həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Sonradan doğum haqqında şəhadətnaməsini itirmiş, başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpası mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Ermənistan, Ararat rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan, Ararat rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X15 - milliyəti kürd, ana qrafasında isə X11 milliyəti kürd göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan, Ararat rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X15 - milliyəti kürd, ana qrafasında isə X11 milliyəti kürd məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi doğumu haqqında bərpa edilən akt qeydində göstərilən məlumatlar əsasında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-250/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-250/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver