Məhkəmə qərarları › İş №2(009)-2509/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2509/2025

15.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2509/2025 15.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil3, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) torpağın icarə hüquqlarının alqısatqısı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı (Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) torpağın icarə hüquqlarının alqısatqısı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh1 Goranboy rayonunun Qaramusalı kəndində yerləşən 50 ha torpaq sahəsi ona 99 il müddətinə, Goranboy rayonunun Nadirkənd kəndində yerləşən 3.3016 ha və 35.7509 ha torpaq sahələri isə ona 46 il müddətinə icarəyə verilmişdir və onun bu torpaq sahələri üzərində olan icarə hüququ rəsmi sənədlərlə təsdiq olunmaqla öz əksini tapmışdır. 2022-ci ilin axırlarından da o, cavabdehlərdən Cavabdeh1 onun icarəsində olan torpaq sahələrinin icarə hüquqlarını almaq istədik və onun nümayəndəsi olan digər Cavabdeh2 ilə danışıqlar aparmışlar və həmin torpaq sahələrin icarə hüquqlarının alqı-satqısı üçün 320.000 manata razılaşmışlar. Həmin vaxtında bu pulun 270.000 manatını nağdı olaraq Cavabdeh1 nümayəndəsi digər Cavabdeh2 vermişlər və bu barədə ondan yazılı iltizam almışlar. Qalan 50.000 manatı da belə razılaşmışlar ki, sənədləşmə qurtarandan sonra ödəyək. Bundan sonra sənədləşmə aparılması üçün cavabdeh Qalina Yuryevnanın etibarnamə ilə olan nümayəndəsi səlahiyyətlərini etibarnamə vermə yolu ilə onun yaxın qohumu X1. Hələ sənədləşmə aparılmamışdan əvvəldə cavabdehlər onlara onların icarəsində olan sahənin nar bağı olmasını göstərməklə bildirmişlər və sahədə onların xoşlarna gəlmişdir. O, hər ehtimala qarşı torpaq sahəsinin yerləşdiyi ərazinin İcra nümayəndəsi və Bələdiyyə sədrləri ilə də görüşmüş və onlar da təsdiq etmişlər ki, nar bağının altında olan torpaq sahələri Cavabdeh1 icarəsində olan torpaq sahələridir. Bundan sonra onlar DƏDRK Xidmətinin Bərdə Ərazi İdarəsinə müraciət etmişlər ki, mütəxəssislər gəlib icarədə olan torpaq sahələrinin plan və xəritəsini çəkib dəqiqləşdirsinlər və ondan sonra alqı-satqı müqaviləsi bağlansın. Ancaq mütəxəssislər gəlib baxandan sonra bildirmişlər ki, nar bağının bir hissəsi Cavabdeh1 icarəsinə verilən torpaq sahəsinə daxil deyil, sənəddə olan torpaq sahəsi əkinə yararsız dağlıq-daşlıq əraziyə düşür. Həmin vaxtında o, cavabdehlərə bildirmişdir ki, o, həmin torpaq sahələrinin icarə hüququnu almaq istəmir, göstərdikləri torpaq sahələri sənədlə uyğun gəlmir. Ancaq cavabdehlər ona vəd vermişlər ki, alqısatqını bağlasınlar, Əmlak Komitəsi ilə razılaşdırılıb torpağı faktiki olan nar bağına uyğun sürüşdürməklə sənəd alacaqlar. Bu məsələ ilə ağsaqqal Ramiz Mehdiyev özü məşğul olub tapşırmaqla sənəd alacaqlar. Bundan sonra da o, cavabdehlərə inanıb xx.xx.2023-cü il tarixdə Bakı şəhər 29 saylı notariat ofisinə gedərək cavabdehlərdən Cavabdeh1 Yuriyevnanın icarəsində olan və Goranboy rayonu ərazisində yerləşən 50 ha, 3.3016 ha və 35.7509 ha torpaq sahələrinə dair “Torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələri” bağlamışlar. Bundan sonra 2 ildir ki, cavabdeh tərəflə mütəmadi olaraq əlaqə saxlamışdır ki, sənədləri faktiki torpaq sahəsinə uyğunlaşdırsınlar. Ancaq, cavabdehlər hər dəfə demişlər ki, artıq sənədlər Əmlak Komitəsinə təqdim olunub, danışılıb, hətta pulu da verilib, bu gün sabah sənədlər qaydasında olacaqdır. Ancaq hər dəfə onu belə aldadaraq yubatmışlar. Hətta, cavabdehlər ondan qalan 50.000 manatı da istəmişlər ki, sənədin düzəldilməsi üçün pul vermək lazımdır, ancaq o, verməmişdir ki, sənədlər hazır olub qaydaya düşəndə verəcək. Bu 2 il boş vəddən sonra o, tam başa düşmüşdür ki, cavabdehlər onu aldadıb və heç bir sənəd düzəldən deyillər. Odur ki, məsələni qəti qoymuşdur ki, “ya alqı-satqını ləğv edək pulumu qaytarın, ya da ki, sənədləri düzəldin”. Bundan sonra cavabdehlərdən Cavabdeh2 qəti olaraq bildirmişdir ki, torpaq sahələri Ramiz Mehdiyevin arvadı Qalinanın adına olduğuna görə heç kim sənədi düzəltmək istəmir və sənədlə faktiki torpaq sahəsində ki, uyğunsuzluğu aradan qaldırmaq mümkün deyildir. Odur ki, o, həmin torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələrin etibarsız hesab edilərək, ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Göründüyü kimi cavabdehlər faktiki torpaq sahəsinin yerləşdiyi ərazi ilə sənəddə olan uyğunsuzluğu aradan qaldıracaqlar vədi verərək, onu aldatmaqla bu müqavilələri bağlatmışlar, ancaq verdikləri vədi yerinə yetirməyərək onu aldatmışlar. Bu aldatma olmasaydı, ona bu müqavilələri bağlamazdı. Bundan əlavə bildirir ki, “Torpağın icarə hüquqlarının alqı-satqısı” müqavilələrində göstərilən 11.000, 6.000 və 3.000 manat həqiqətən əks etdirmir. Belə ki, o, həmin torpaqların icarə hüququnun alqı-satqısına görə cavabdehlərə nağdı olaraq 270.000 manat pul vermişdir. Bunu cavabdehlərdən Cavabdeh2 öz xətti ilə yazıb imzası ilə təsdiq etdiyi imtizamla da təsdiq edilir. Bundan əlavə bu iddia onun icarə hüququ üzrə daşınmaz əmlak olan torpaq sahəsi üzərində sahiblik hüququnun pozulmasını aradan qaldırmaq üçün iddiadır. İcarə hüququnun alqı-satqısı predmeti olan torpaq sahələri Goranboy rayonunun ərazisində yerləşir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlərdən Cavabdeh1 Yuriyevna ilə onun arasında Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə bağlanmış 3M-146, 3M-147 və 3M- 148 nömrələrlə reyestr qeydiyyatına alınmış “Torpağın icarə hüquqlarının alqı-satqısı” müqavilələrinin etibarsız hesab edilməsi və cavabdehlərə bu alqı-satqılara görə ödədiyi 270.000 manat pulun və ödənilən 570 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı (Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, sözügedən torpaq sahəsini ilk iddia üzrə iddiaçının qeyd etdiyi qiymətə alqı-satqısına razılaşmışlar. Uzun müddət onun tərəfindən müvafiq araşdırma apardıqdan sonra alqı-satqı işi həyata keçirilmişdir. O, ona hər hansı sənədləşmə işlərini söz verməmişdir. Bu barədə aralarında çoxsaylı yazışmalar da mövcuddur. Torpaq sahəsi alqı-satqı olunduqdan sonra ilk iddia üzrə cavabdehlərin həmin torpaq sahəsi ilə bağlı hər hansı etibarnamə verilməmişdir. Bu da bir daha onu göstərir ki, ilk iddia tələbi tamamilə əsassızdır. Cavabdeh əsassız olaraq onun pulunu özündə saxlamış və ona verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında cavabdehdən alınaraq ona verilməlidir. Göstərilənləri nəzərə alaraq qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia tələbinin rədd edilməsi və cavabdeh İddiaçı ona olan 50000 manat əsas borcu, 5000 manat faiz borcu və 240 manat dövlət rüsumu olmaqla, cəmi 55.240,0 manat pul vəsaitinin alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil3 ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 50.000 manat məbləğində pulun sonradan verilməməsi məhz sənədləşmə işinin cavabdehlər tərəfindən razılaşdırılmış qaydada yerinə yetirilməməsi olmuşdur. Cavabdeh isə yalnız nümayəndəsi olduğu şəxs tərəfindən iddia veriləndən sonra həmin pulun tutulması barədə qarşılıqlı iddia verib. Yəni işin faktiki halı ondan ibarətdir ki, iddiaçıya razılaşdırılmış deyil, başqa yararsız torpaq sahəsinin alqı-satqısı əsasında sahə verilmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 ilkin iddianı qəbul etməyərək onun rədd edilməsini, qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, məhkəməyə təqdim etdiyi vatsap yazışmaları da bir daha sübut edir ki, iddiaçıya alqı-satqıdakı torpaq sahələri təqdim edilmiş, iddiaçı tərəfindən bəyənilmiş, hətta həmin sahələrin onlara satılması barədə təkid belə etmişlər. Həqiqətən alqı-satqı 320.000 manat razılaşdırılmış, 270.000 manat ödənilmiş, 50.000 manat isə ödənilməmişdir. Həmin 50.000 manat tələb edildikdə onlara bildirilmişdir ki, satılan sahə ilə bağlı 59.000 manat xərc çəkilib. Bütün bunlar vatsap yazışmalarında öz əksini tapıb. Hətta cavabdehdən hüquq mühafizə orqanlarına da şikayət olunub, 50.000 manat pul tələb edildiyi üçün. Hesab edir ki, alqı-satqı qanuni əsaslarla həyata keçirilib. İddiaçıya baxıb bəyəndiyi sahə satılıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə ilkin iddia üzrə Cavabdeh1 Yuriyevna və onun nümayəndəsi və vəkili Vəkil1, həmçinin 3-cü şəxs 29 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə Cavabdeh1 Yuriyevnanın nümayəndəsi və vəkili Vəkil1 ilkin iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı etirazda göstərmişdir ki, işin hallarından məlumdur ki, İddiaçı və Cavabdeh1 Yuriyevna arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən İddiaçı və Cavabdeh1 Yuriyevna arasında Goranboy rayonu ərazisində yerləşən 3 torpaq sahələrinin İcarə Hüquqlarının alqı-satqısı müqavilələrini bütün hüquqi normaları gözlənilməklə bağlanılmış və bu zaman tərəflər müqavilələrin bağlanılmasına heç bir etiraz, əlavə və ya başqa hər hansı bir düzəlişlərinin olmasını bildirməmişdir. 3 torpaq sahələrinin İcarə Hüquqlarının alqı-satqısı Müqavilələrinin bağlanılması üçün və həmin müqavilələr bağlanılan zaman İddiaçı Cavabdeh1 Yuriyevnaya notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə cəmi 20.000 manat məbləğində pul ödəmişdir. İddiaçının digər iddiaları ilə bağlı bildirir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 Yuriyevnanın qəti şəkildə bildirməsinə görə o, Cavabdeh2 adlı bir şəxsi tanımır və elə bir şəxslə təbii ki, heç bir əlaqəsi və ya münasibəti də olmamışdır. Lakin baxılan əqdlərin bağlanılması zamanı heç bir hüquq normaları, o cümlədən mülki məcəllənin tələbləri pozulmadıqlarından mübahisə edilən əqdlər etibarsız və ya əhəmiyyətsiz əqdlər hesab oluna bilməz. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, flaş-kartda olan video görüntüləri nəzərdən keçirib iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş üzrə Bakı şəhəri 29 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 (etibarnamə əsasında X4 tərəfindən imza etmiş) ünvan 1i ünvanında yerləşən, Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlardan Goranboy rayon İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş ümumi sahəsi 50 ha olan torpaq sahəsinin icarə hüququnu İddiaçı 11.000 manata satmışdır. İş üzrə Bakı şəhəri 29 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 (etibarnamə əsasında X4 tərəfindən imza etmiş) ünvan 2 kəndi ünvanında yerləşən, Dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlardan Goranboy rayon İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş ümumi sahəsi 3.3016 ha olan torpaq sahəsinin icarə hüququnu İddiaçı 3.000 manata satmışdır. İş üzrə Bakı şəhəri 29 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 (etibarnamə əsasında X4 tərəfindən imza etmiş) mülkiyyətində olan ünvan 2 kəndi ünvanında yerləşən, Dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlardan Goranboy rayon İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş ümumi sahəsi 35.7509 ha olan torpaq sahəsinin icarə hüququ üzrə ona məxsus hissəsinin icarə hüququnu hissəsinin icarə hüququnu İddiaçı 6.000 manata satmışdır. İş üzrə Cavabdeh2 tərəfindən yazılmış iltizamın surətindən görünür ki, o, Goranboy rayonunda Qaramusalı kənd ərazisində Cavabdeh1 Yuriyevnanın adına sonra 50 ha 99 il müddətinə icarəyə verilmiş torpaq sahəsini, Nadirkənd ərazisində 2-si ümumilikdə 39 ha olan torpaq sahəsinə görə ümumilikdə icarə hüququnun satılmasına görə 270.000 manat pulu təhvil almışdır. Qeyd olunan ərazilərə idarə olunması üçün etibarnamə vermişdir. Məhkəmə verilmiş ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli Dövlət mülkiyyətinə aid olan Goranboy rayonun Qaramusalı kəndində yerləşən 50 ha torpaq sahəsi 99 il müddətinə, həmin rayonun Nadirkənd kəndində yerləşən 3.3016 ha və 35.7509 ha torpaq sahələri 46 il müddətinə Cavabdeh1 Yuryenaya icarəyə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri 29 saylı notariat ofisində təsdiq edilmiş və Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələrinə əsasən Cavabdeh1 (etibarnamə əsasında X4 tərəfindən imza etmiş) ünvan 1i ünvanında yerləşən, Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlardan Goranboy rayon İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş ümumi sahəsi 50 ha olan torpaq sahəsinin icarə hüququnu İddiaçı 11.000 manata, ünvan 2 kəndi ünvanında yerləşən, Dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlardan Goranboy rayon İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş ümumi sahəsi 3.3016 ha olan torpaq sahəsinin icarə hüququnu 3.000 manata, ünvan 2 kəndi ünvanında yerləşən, Dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlardan Goranboy rayon İcra Hakimiyyəti tərəfindən icarəyə verilmiş ümumi sahəsi 35.7509 ha olan torpaq sahəsinin icarə hüququnu 6.000 manata satmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, həmin torpaq sahələrinin icarə hüquqlarının alqı-satqısı ilə əlaqədar iddiaçı tərəfindən 270.000 manat məbləğində pul ödənişi həyata keçirilmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2022-ci ilin axırlarından da o, cavabdehlərdən Cavabdeh1 onun icarəsində olan torpaq sahələrinin icarə hüquqlarını almaq istəmiş və onun nümayəndəsi olan digər Cavabdeh2 ilə danışıqlar aparmışlar və həmin torpaq sahələrin icarə hüquqlarının alqı-satqısı üçün 320.000 manata razılaşmışlar. Həmin vaxtında bu pulun 270.000 manatını nağdı olaraq Cavabdeh1 nümayəndəsi digər Cavabdeh2 vermişlər və bu barədə ondan yazılı iltizam almışlar. Qalan 50.000 manatı da belə razılaşmışlar ki, sənədləşmə qurtarandan sonra ödəyərlər. Bundan sonra sənədləşmə aparılması üçün cavabdeh Qalina Yuryevnanın etibarnamə ilə olan nümayəndəsi səlahiyyətlərini etibarnamə vermə yolu ilə onun yaxın qohumu X1. Hələ sənədləşmə aparılmamışdan əvvəl də cavabdehlər onlara onların icarəsində olan sahənin nar bağı olmasını göstərməklə bildirmişlər və sahədə onların xoşlarna gəlmişdir. O, hər ehtimala qarşı torpaq sahəsinin yerləşdiyi ərazinin İcra nümayəndəsi və Bələdiyyə sədrləri ilə də görüşmüş və onlar da təsdiq etmişlər ki, nar bağının altında olan torpaq sahələri Cavabdeh1 icarəsində olan torpaq sahələridir. Bundan sonra onlar DƏDRK Xidmətinin Bərdə Ərazi İdarəsinə müraciət etmişlər ki, mütəxəssislər gəlib icarədə olan torpaq sahələrinin plan və xəritəsini çəkib dəqiqləşdirsinlər və ondan sonra alqı-satqı müqaviləsi bağlansın. Ancaq mütəxəssislər gəlib baxandan sonra bildirmişlər ki, nar bağının bir hissəsi Cavabdeh1 icarəsinə verilən torpaq sahəsinə daxil deyil, sənəddə olan torpaq sahəsi əkinə yararsız dağlıq-daşlıq əraziyə düşür. Həmin vaxtında o, cavabdehlərə bildirmişdir ki, o, həmin torpaq sahələrinin icarə hüququnu almaq istəmir, göstərdikləri torpaq sahələri sənədlə uyğun gəlmir. Ancaq cavabdehlər ona vəd vermişlər ki, alqısatqını bağlasınlar, Əmlak Komitəsi ilə razılaşdırılıb torpağı faktiki olan nar bağına uyğun sürüşdürməklə sənəd alacaqlar. Bundan sonra da o, cavabdehlərə inanıb xx.xx.2023-cü il tarixdə Bakı şəhər 29 saylı notariat ofisinə gedərək cavabdehlərdən Cavabdeh1 Yuriyevnanın icarəsində olan və Goranboy rayonu ərazisində yerləşən 50 ha, 3.3016 ha və 35.7509 ha torpaq sahələrinə dair “Torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələri” bağlamışlar. Bundan sonra 2 ildir ki, cavabdeh tərəflə mütəmadi olaraq əlaqə saxlamışdır ki, sənədləri faktiki torpaq sahəsinə uyğunlaşdırsınlar. Ancaq, cavabdehlər hər dəfə demişlər ki, artıq sənədlər Əmlak Komitəsinə təqdim olunub, danışılıb, hətta pulu da verilib, bu gün sabah sənədlər qaydasında olacaqdır. Ancaq hər dəfə onu belə aldadaraq yubatmışlar. Hətta, cavabdehlər ondan qalan 50.000 manatı da istəmişlər ki, sənədin düzəldilməsi üçün pul vermək lazımdır, ancaq o, verməmişdir ki, sənədlər hazır olub qaydaya düşəndə verəcək. Bu 2 il boş vəddən sonra o, tam başa düşmüşdür ki, cavabdehlər onu aldadıb və heç bir sənəd düzəldən deyillər. Odur ki, məsələni qəti qoymuşdur ki, “ya alqı-satqını ləğv edək pulumu qaytarın, ya da ki, sənədləri düzəldin”. Göründüyü kimi cavabdehlər faktiki torpaq sahəsinin yerləşdiyi ərazi ilə sənəddə olan uyğunsuzluğu aradan qaldıracaqlar vədi verərək, onu aldatmaqla bu müqavilələri bağlatmışlar, ancaq verdikləri vədi yerinə yetirməyərək onu aldatmışlar. Bu aldatma olmasaydı, ona bu müqavilələri bağlamazdı. Bundan əlavə bildirir ki, “Torpağın icarə hüquqlarının alqı-satqısı” müqavilələrində göstərilən 11.000, 6.000 və 3.000 manat həqiqətən əks etdirmir. Belə ki, o, həmin torpaqların icarə hüququnun alqı-satqısına görə cavabdehlərə nağdı olaraq 270.000 manat pul vermişdir. Bunu cavabdehlərdən Cavabdeh2 öz xətti ilə yazıb imzası ilə təsdiq etdiyi iltizamla da təsdiq edilir. Bu səbəbdən iddiaçı cavabdehlərdən Cavabdeh1 Yuriyevna ilə onun arasında Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə bağlanmış 3M-146, 3M-147 və 3M-148 nömrələrlə reyestr qeydiyyatına alınmış “Torpağın icarə hüquqlarının alqı-satqısı” müqavilələrinin etibarsız hesab edilməsi və cavabdehlərə bu alqı-satqılara görə ödədiyi 270.000 manat pulun və ödənilən 570 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarına (bundan sonra KM-in qərarı) əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Qeyd edilməlidir ki, MM-nin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı iddiasının əsası kimi torpağın icarə hüquqlarının alqı-satqısının həyata keçirilməmişdən əvvəl ona təqdim olunan və onun tərəfindən bəyənilən torpaq sahələrini deyil, alqı-satqıda başqa yarasız dağlıq-daşlıq olan sahələrin ona satıldığını qeyd edərək, həmin müqavilələrin etibarsız hesab edilməli olmasını göstərmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçının tələbin əsası kimi gətirdiyi dəlillər öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçının alqı-satqılara görə ödədiyi 270.000 manat pulun tutulması tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, ilkin iddia tələbləri bu hissədə də əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia üzrə iddiaçı həmçinin məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə bağlanılmış müqavilələrin ilkin iddia üzrə iddiaçının iradəsinə zidd bağlanmasının məhkəmə iclasında təsdiqini tapmadığını, bununla da müqavilələr bağlanarkən iddiaçının iradəsinin zədələnməsinin müəyyən edilməməsini, müqavilə bağlandıqdan təxminən 1 il 6 aydan sonra hazırki tələbin irəli sürülməsini, bununla da qanunda nəzərdə tutulmuş müddət keçməklə iddia qaldırılmasını və həmin müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair hər hansı bir mötəbər sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi hissəsində əsassız olması və müddətinin keçməsi ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə verilmiş qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sözügedən torpaq sahəsini ilk iddia üzrə iddiaçının qeyd etdiyi qiymətə alqı-satqısına razılaşmışlar. Uzun müddət onun tərəfindən müvafiq araşdırma apardıqdan sonra alqı-satqı işi həyata keçirilmişdir. O, ona hər hansı sənədləşmə işlərini söz verməmişdir. Bu barədə aralarında çoxsaylı yazışmalar da mövcuddur. Torpaq sahəsi alqı-satqı olunduqdan sonra ilk iddia üzrə cavabdehlərin həmin torpaq sahəsi ilə bağlı hər hansı etibarnamə verilməmişdir. Bu da bir daha onu göstərir ki, ilk iddia tələbi tamamilə əsassızdır. Cavabdeh əsassız olaraq onun pulunu özündə saxlamış və ona verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Hesab edir ki, həmin pul vəsaiti məhkəmə qaydasında cavabdehdən alınaraq ona verilməlidir. Göstərilənləri nəzərə alaraq qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia tələbinin rədd edilməsi və cavabdeh İddiaçı ona olan 50000 manat əsas borcu, 5000 manat faiz borcu və 240 manat dövlət rüsumu olmaqla, cəmi 55.240,0 manat pul vəsaitinin alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələrinin tərəfi olmadığından, onun həmin müqavilələr üzrə ödənilməmiş qalmış 50.000 manat pul məbləğinin və 5000 manat faiz borcunun cavabdehdən tutulması ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri ilkin və qarşılıqlı iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdehlərdən Cavabdeh1 Yuriyevna ilə onun arasında Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə bağlanmış 3M-146, 3M-147 və 3M-148 nömrələrlə reyestr qeydiyyatına alınmış “Torpağın icarə hüquqlarının alqı-satqısı” müqavilələrinin etibarsız hesab edilməsi və cavabdehlərə bu alqısatqılara görə ödədiyi 270.000 (iki yüz yetmiş min) manat pulun və ödənilən 570 (beş yüz yetmiş) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onun xeyrinə tutulması barədə ilkin iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı (Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) cavabdeh İddiaçı 50000 manat əsas borcu, 5000 manat faiz borcu və 240 manat dövlət rüsumu olmaqla, cəmi 55.240,0 (əlli beş min iki yüz qırx) manat pul vəsaitinin alınaraq onun xeyrinə tutulması barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar