Məhkəmə qərarları › İş №2(009)-2527/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2527/2021

26.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2527/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili A.Q.Səfərovun, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, İddiaçı 1979-1986-cı illər ərzində Bakı şəhərinin keçmiş 26 Bakı Komissarları adına, indiki Səbail rayonunun baş memarı vəzifəsində çalışmış və ona Azərbaycan Memarlar İttifaqının üzvü kimi 1983-cü ildə 26 Bakı Komissarları adına rayon XDS-nin İcraiyyə Komitəsinin 15.07.1983-cü il tarixli 52/5615 saylı qərarı ilə ünvan 1 ünvanında yarımzirzəmidə yerləşən qeyri-yaşayış otağını memarlıq-yaradıcılıq emalatxanası kimi istifadəsinə verilmiş və 1995-ci ilə qədər o, bu emalatxanadan təyinatı üzrə istifadə etmişdir. 1995-ci ilin avqust ayında Füzuli rayonundan olan X14 ailəsi ilə birgə həmin emalatxananın otağının qapısını sındıraraq oranı qanunsuz olaraq zəbt etmiş və orada məskunlaşmışlar. Qeyd olunan memarlıq-yaradıcılıq emalatxanası onun istifadə və sahibliyindən qeyri-qanuni olaraq X14 və onun ailə üzvləri tərəfindən ələ keçirildiyini nəzərə alıb bu qeyri-yaşayış sahəsindən həmin şəxslərin çıxarılması və oranı boşaldılaraq ona təhvil verilməsi məhkəmə baxışının predmetidir. Bununla əlaqədar olaraq o, ötən müddətdə dəfələrlə müvafiq orqanlara müraciət etmişdir və həmin şəxslərin emalatxanası boşaltmalarını xahiş etmişdir. Amma əməl olunmayıb. Füzuli rayonunun Babı kəndində qeydiyyatda olmuş X4 ailəsi Bakıya gələrək Yasamal rayonunda 1993-cü ildə məcburi köçkün kimi qeydiyyata alınmış, Yasamal rayonunun ərazisində əvvəlcə A.Şaiq küçəsi, 15-də, sonra ev 17-də və Tolstoy küçəsi, 41-də məskunlaşmışdır. B.Məmmədovun ailəsi Yasamal rayonunda 1993-cü ildən qaçqın kimi qeydiyyatda olmasına və oradan onlara verilən bütün yardımlardan istifadə etməsinə baxmayaraq eyni zamanda şəhid atası olması barədə saxta sənədlə Səbail rayon qaçqınlar və məcburi köçkünlər şöbəsində qeyri-qanuni yolla özünü qeydiyyata aldırmışdı. B.Məmmədov ailəsinin Yasamal rayonunda 3 mənzildə məskunlaşdığını, Abşeron rayonu Xırdalan qəsəbəsində qızının yaşadığını və Füzuli rayonunda qaçqınlar şəhərciyində də çadırı olduğunu gizlədərək, əvvəlcə Səbail rayonunun Şeyx Şamil küçəsi 26-da 1 mənzil zəbt etmiş və oraya oğlunun ailəsini yerləşdirmiş və yenidən Səbail rayonu Nizami küçəsi 10-da 1 mənzil zəbt etmiş və mənzilin sahibləri tərəfindən oradan zorla çıxarılmışdır. Ondan sonra 1995-ci ilin avqust ayında yenidən saxta sənədlə Səbail rayon İcra Hakimiyyətindən yeri olmadığını bəhanə gətirərək yer tələb etmiş və Səbail rayon İH-nin QMK şöbəsi onun sənədlərini dəqiq araşdırmadan və harada məskunlaşdığını dəqiq yoxlamadan onun 8 No-li MİS-in ərazisində yerləşdirilməsinə 10.08.1995-ci il tarixli 576 No-li məktubla razılıq vermişdir. Nəticədə qeyri-qanuni olaraq həmin ailə onun emalatxananın qapısını sındıraraq oranı zəbt etmişlər. Səbail rayon İHB-nın müavini Ə.Manafovun apardığı yoxlama zamanı müəyyən olmuşdur ki, bu ailə Səbail rayonu ərazisində Ş.Şamil küçəsindəki 26 No-li evdə 1 otaqlı mənzildə köçkün kimi qeydiyyatdan keçmişdir. Onun müraciətlərinə və aparılan araşdırmaların nəticələrinə əsasən Səbail rayon İH-nin rəhbərliyi 25.08.1995-ci il tarixli 633 No-li məktubla 8 No-li MİS-nin rəhbərliyinə tapşırıq verilmişdir ki, B.Məmmədovun ailəsinin məskunlaşdırılması üçün göndərilmiş 10.08.1995-ci il tarixli 576 No-li məktubun icrası dayandırılmaqla etibarsız sayılsın. Qanunsuz əməllərinin qarşısında maneə görməyən və əyri yollarla Bakı şəhərinin mərkəzi rayonlarında 4 mənzil və 1 emalatxana zəbt edən Məmmədovlar ailəsi emalatxanasında olan və ona məxsus bütün əmlakı və məişət əşyalarını qeyri-qanuni mənimsəmiş və bir hissəsini də məhv etmişlər. O, cavabdehlərdən emalatxanada olan əmlakını, məişət və iş əşyalarını tələb etsə də, onlar heç nə qaytarmamışlar. Bütün yuxarıda göstərilənləri və AR NK-nın 06.08.2003-cü il tarixli 98 No-li qərarı ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxslərin iş və ya yaşayış yeri əldə edənədək xüsusi ayrılmış yerlərdə yaşamaq Qaydası”nın 6-cı maddəsi (Qaçqın statusu almış şəxsin müvəqqəti yaşayış yeri ilə təmin olunması başqa şəxslərin hüquqlarının pozulması ilə həyata keçirilə bilməz) əsasında Azərbaycan Memarlıq İttifaqının üzvü kimi ona verilmiş həmin emalatxana boşaldılmlı, kənar şəxslər oradan çıxardılmalı və emalatxana ona özünə qaytarılmalıdır. Bakı şəhəri Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 8 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 03.09.2021-ci il tarixli 0/79 saylı arayışına əsasən X14 bir neçə il əvvəl vəfat etmiş və hazırda sözügedən ünvandakı yarımzirzəmidə onun 7 nəfərdən ibarət ailə üzvləri yaşayırlar:

1. Qızı – Cavabdeh1,

2. Kürəkəni – Cavabdeh2,

3. Nəvəsi – Cavabdeh3,

4. Nəvəsi – Cavabdeh4 Layiq oğlu,

5. Gəlini – Cavabdeh5,

6. Nəticəsi – X5 (19.12.2013-cü il təvəllüdlü),

7. Nəticəsi – 19.09.2015-ci il təvəllüdlü X9. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və sonuncuların 19.12.2013-cü il təvəllüdlü və 19.09.2015-ci il təvəllüdlü övladları X5 və X9 ilə birgə qanunsuz zəbt edərək yaşadıqları, lakin iddiaçıya məxsus olan ünvan 2 ünvanındakı həmin yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsi olan memarlıq-yaradıcılıq emalatxanasından onların azyaşlı övladları və şəxsi əşyaları ilə birgə çıxarılaraq, bu qeyri-yaşayış sahəsinin boşaldılmaqla ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, 1983-cü il tarixdə qeyri-yaşayış sahəsi iddiaçıya memarlıq yaradıcılıq emalatxanası kimi verildiyi vaxtdan həmin qeyri-yaşayış sahəsi üzrə sərəncamda qeyd edildiyi kimi 1995-ci ilədək müqavilələr bağlanılmış və həmin tarixədək kommunal-xidmətlərlə əlaqədar ödənişlər həyata keçirilmişdir. Bununla bağlı müqavilə və qəbzlərin surətlərini məhkəməyə təqdim edir. Cavabdehlər heç bir hüquqi əsas olmadan qeyri-yaşayış sahəsini zəbt etmişlər, hazırda iddiaçı həmin şəxslərin onun istifadə və sahibilyinə verilmiş sahədə çıxarılmasını istəyir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, qeyri-yaşayış sahəsi atası Barata qaçqınkom tərəfindən verilmiş. Əvvəl Yasamal rayonunda bacısıgildə bir qalmış, sonra atası icra hakimiyyətinə müraciət etdikdə onlara hazırki sahə verilmişdir. Onlar icra hakimiyyətinin razılığı ilə həmin yerdə yerləşmişlər. Zirzəmi pis vəziyyətdə idi, onlar tərəfindən təmir olunub, iddiaçının orada hər hansı əşyası olmamışdır. Bir sənəd var idi, onu da sonradan gəlib aparmışdır. Onlardan əvvəl həmin yer Cəbrayıl rayonundan olan Cəbrayıl rayonunda məcburi köçkünə verilmişdir. Baratın 9 uşağı olmuşdur, həqiqətən də onlar Bakı şəhərinin ayrı-ayrı yerlərində olan mənzillərdə məskunlaşmışlar. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X6 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, yarımzirzəmidə məskunlaşdıqdan bir müddət sonra iddiaçı gəlib orada olan sənədləri götürüb getmişdir. Sonralar iddiaçı bir nəfəri onun yanına göndərmişdir ki, 3000 manat verib oradan çıxsınlar. Onlar bununla razılaşmamışlar, sonradan iddiaçıya işləməyə başqa yer vermişlər. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, həmin yerə məcburi köçkün kimi gələndə onun 8-9 yaşı olmuşdur. Həmin sahə zirzəmi idi. Kiçik bir otaqdan ibarət idi, o da kərpiclə bölünmüşdür. Zirzəmidə yalnız köhnə kitab və dəftər olmuşdur. Zirzəmi su ilə dolu idi, orada emalatxana olmayıb, oranı onlar təmir etmişlər, zirzəminin ilkin və təmirdən sonra vəziyyətini əks etdirən fotoşəkilləri məhkəməyə təqdim edir. Onlar orad məsknulaşanda anası, o, qardaşı və babası olmuşdur. Hazırda həmin zirzəmidə o ailəsi və iki uşağı ilə yaşayır. Uşaqları soyuq olan zirzəmidə asma xəstəliyinə tutulmuşlar, onlara başqa yaşayış sahəsi versələr həmin yeri boşaldarlar. Lakin həmin sahədən başqa onların yaşayış yerləri yoxdur. Artıq torpaqları işğalda azad olunmuşdur, həmin yerə köçmək fikirləri var, həmin yerdə evlə təmin olunacaqları təqdirdə zirzəmini boşaldacaqlar. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, kiçik vaxtlarından həmin evdə yaşamışdır, ev bərbad vəziyyətdə olmuşdur, onlar tərəfindən təmir olunmuşdur. Onlara ev vrilərsə və təmirə çəkilən xərc onlara qaytarılarsa, həmin evdən çıxacaqlar. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X7 ifadəsində göstərmişdir ki, 1985-ci ildən həmin həyətdə yaşayır. Cavabdehlərin qaldıqları zirzəmidə əvvəllər kirayənişinlər yaşamışlar, cavabdehlər orda məskunlaşdığı vaxt isə zirzəmi boş olmuşdur. Mənzildə bir çarpayı, bir stol və stul olmuş, sanitar qovşaq kimi yararsız sahə də olmuşdur. həm qız, həm oğlan uşaqları kirayədə qalmışlar, elə vaxt olurdu ki, qızlar gəlib onlarda qalırdılar ki, zirzəmidə siçovullar olmuşdur. İş üzrə 26 Bakı Komissarları adına X12 İcraiyyə Komitəsinin 15.07.1983-cü il tarixli, 52/5615 saylı qərarın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, mənzil fondunun balansından Buynakskaya küçəsi, 12 kv.m. sahəli 8 saylı evin 5 saylı yarızirzəmi mənzilinin silinməsi (k/s Drojjina M.A), 5 saylı bu otağı SSRİ Memarlar İttifaqının üzvü yoldaş İddiaçı yaradıcılıq emalatxanası kimi istifadə etmək üçün kirayəyə verilməsi, Mənzil İdarəsi müəyyən edilmiş qaydada həmin məkanın icarəyə verilməsi barədə müqavilənin bağlanması qərara alınmışdır. İş üzrə Yasamal rayon İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat İdarəsinin 43 No-li Mənzil- İstismar Sahəsi tərəfindən Səbail rayon İH-nin qaçqınlar və məcuri köçkünlər mərkəzinin müdirinə ünvanlanmış 22.08.1995-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Füzuli rayonundan köçkün X14 ailəsi ilə birlikdə A.Şaiq küçəsi, 15 No-li evdə yaşayır, ailəsinin bir hissəsi A.Şaiq küçəsi 17 No-li evdə və bir hissəsi isə Tolstoy küçəsi, 41 No-li evdə məskunlaşıblar. İş üzrə Səbail rayon İHB-nın müavini tərəfindən Səbail rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktubun kserosurətindən görünür ki, 10.08.1995-ci il tarixli 576 No-li məktubuna əsasən 8 No-li MİS Füzulidən köçkün və şəhid ailəsi X2 Şamil küçəsi, 8-də yerləşən emalatxanaya yerləşdirilmişdir. Göstərilən ünvan Azərbaycan Memarlar ittifaqının üzvü İddiaçı yaradıcılıq emalatxanasıdır. Edilən müraciətlərə əsasən Yasamal rayon İcra Hakimiyyətinin verilən sorğuya cavab olaraq bildirilir ki, köçkün B.Məmmədov həmin rayonun ərazisində A.Şaiq küç.115-də üç otaqlı, A.Şaiq küç.17 – iki otaqlı, Tolstoy küç.41-də bir otaqlı mənzilləri zəbt etmişdir. Daha sonra Xırdalan qəsəbəsində mənzil zəbt etmişdir. Füzuli qaçqınların məskunlaşdığı palatka şəhərciyində ailəsi üçün palatka almışdır. Səbail rayon ərazisində Ş.Şamil küçəsindəki 26 No-li evdə bir otaqlı mənzildə ailəsi köçkün kimi qeydiyyatdan keçmişdir. Sorğulara alınan cavabdan məlum olur ki, B.Məmmədov Bakı şəhərində eyni vaxtda köçkün və şəhid ailəsi kimi bir neçə yerdən verilən humanitar yardımları və maddi köməklikləri qanunsuz olaraq almışdır. Hazırda rayon qaçqınlar və məcburi köçkünlər mərkəzi B.Məmmədova verilmiş şəhidlik statusunun düzgünlüyünü yoxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq 10.08.1995-ci il tarixli 576 No-li məktubun icrasının saxlanılması haqqında göstəriş verilməsini xahiş edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 8 No-li Mənzil-İstismar Sahəsinə ünvanlanmış 25.08.1995-ci il tarixli, 633 No-li məktubundan görünür ki, verilən təqdimata uyğun olaraq Füzuli rayonundan məcburi köçkün X14 ilə bağlı məskunlaşmaqdan ötəri göndərilmiş 10.08.1995-ci il tarixli, 576 No-li məktubun icraatı dayandırmaqla etibarsız sayılmışdır. İş üzrə Yasamal rayonu İcra Hakimiyyətinin Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə mərkəzi tərəfindən Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış 21.08.1995-ci il tarixli məktubunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Füzuli rayonundan məcburi köçkün X14 qızı X10 ilə birlikdə 12.11.1993-cü il tarixdən məcburi köçkün kimi Yasamal RİH-də qeydiyyatda olmuş və 11.08.1995-ci il tarixdən qeydiyyatdan çıxarılaraq Səbail rayonuna göndərilmişdir. Qeydiyyatda olduğu müddətdə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ona mart 1994-cü il tarixdə 1 ədəd 20 kq-lıq ərzaq qutusu, may 1994-cü il tarixdə 3 ədəd ət konservi, yanvar 1995-ci il tarixdə odeyal, 3 ədəd sabun, 1 ədəd uşaq gödəkçəsi, mart 1995-ci il tarixdə 2 ədəd 425 qr-lıq ət konservi, avqust 1995-ci il tarixdə 1 kq düyü, 1 kq makaron, 250 qr çay humanitar yardımları verilmişdir. İş üzrə Səbail rayon MKTB-nın 8 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 03.09.2021-ci il tarixli 1995-ci il avqust ayında Füzuli rayonundan olan məcburi köçkün X14 ailə üzvləri ilə birlikdə Şeyx Şamil küçəsi 8 saylı evin həyətindəki yarımzirzəmidə məskunlaşmışdır. X1 bir neçə il bundan əvvəl vəfat etmişdir. Hal-hazırda qeyd olunan ünvanda onun digər 7 nəfərdən ibarət ailə üzvləri yaşayırlar: qızı – xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh1, kürəkəni – xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh2, nəvəsi – xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh3, nəvəsi – xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh4, gəlini – xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh5, nəticəsi - 19.12.2013-cü il təvəllüdlü X5, nəticəsi – 19.09.2015-ci il təvəllüdlü X9. Əlavə olaraq bildirirlər ki, adlar qeyd olunan ailənin məskunlaşdıqları qeyri-yaşayış sahəsinin eskiz planının tərtib olunması üçün hələlik münasib şərait olmadığı üçün planın tərtib olunması mümkün olmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 1979-1986-cı illər ərzində Səbail (keçmiş 26 Bakı Komissarları adına) rayonunun baş memarı vəzifəsində çalışmış və ona Azərbaycan Memarlar İttifaqının üzvü kimi 26 Bakı Komissarları adına rayon XDS-nin İcraiyyə Komitəsinin 15.07.1983-cü il tarixli qərarı ilə ünvan 7 ünvanında yarımzirzəmidə yerləşən qeyri-yaşayış otağını memarlıq-yaradıcılıq emalatxanası kimi istifadəsinə verilmiş və iddiaçı 1995-ci ilə qədər həmin emalatxanadan təyinatı üzrə istifadə etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçının razılığı və icazəsi olmadan mübahisəli emalatxanada 1995-ci ildə məskunlaşaraq oranı yaşayış üçün yararlı vəziyyətə gətirərək orada yaşamağa başlamışlar və hazırki vaxtadək orada yaşayırlar. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər heç bir əsas olmadan mübahisəli emalatxanada məskunlaşmılar, onlar məcburi köçkün kimi həmin ünvanda qeydiyyatları yoxdur və həmin qeyri-yaşayış sahəsində onların yaşamaları qanunsuzdur. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi qanuni əsaslarla iddiaçıya məxsusdur və həmin daşınmaz əmlak üzərində onun hüquqları mübahisəsizdir. Həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasa da, iddiaçının həmin əmlak üzərində gözlənilən mülkiyət hüquqları var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verildiyi vaxt qüvvədə olan 1964-üc il tarixli (01.09.2000-ci il tarixədək qüvvədə olan) Mülki Məcəllənin 147-ci maddəsinə əsasən mülkiyyətçi pozulmuş hüquqları sahiblikdən məhrum edilmək ilə əlaqədar olmadıqda özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. AR Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. AR Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin qanuni sahibi kimi həmin əmlak üzərində pozulmuş hüquqlarının bərpasını tələb etməyə subyektiv hüququ var. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər məcburi köçkün kimi mübahisəli qeyriyaşayış sahəsində Səbail rayon İcra Hakimiyyəti Başçısının 10.08.1995-ci il tarixli məktubu ilə məskunlaşsalar da, həmin məktub Səbail rayon İcra Hakimiyytəi Başçısının 25.08.1995-c iil tarixli məktubu ilə icraatı dayandırılmaqla etibarsız sayılmışdır. Yəni cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsinə köçməsinə əsas olan sənəd onun verildiyi tarixdən 15 gün keçdikdən sonra etibarsız hesab edilmişdir. Belə ki, Səbail rayon İHB-nın müavini tərəfindən Səbail rayon İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktuban görünür ki, 10.08.1995-ci il tarixli 576 No-li məktubuna əsasən 8 No-li MİS Füzulidən köçkün və şəhid ailəsi olan X2 Şamil küçəsi, 8-də yerləşən emalatxanaya yerləşdirilmişdir. Göstərilən ünvan Azərbaycan Memarlar ittifaqının üzvü İddiaçı yaradıcılıq emalatxanasıdır. Edilən müraciətlərə əsasən Yasamal rayon İcra Hakimiyyətinin verilən sorğuya cavab olaraq bildirilir ki, köçkün B.Məmmədov həmin rayonun ərazisində A.Şaiq küç.115-də üç otaqlı, A.Şaiq küç.17 – iki otaqlı, Tolstoy küç.41-də bir otaqlı mənzilləri zəbt etmişdir. Daha sonra Xırdalan qəsəbəsində mənzil zəbt etmişdir. Füzuli qaçqınların məskunlaşdığı palatka şəhərciyində ailəsi üçün palatka almışdır. Səbail rayon ərazisində Ş.Şamil küçəsindəki 26 No-li evdə bir otaqlı mənzildə ailəsi köçkün kimi qeydiyyatdan keçmişdir. Sorğulara alınan cavabdan məlum olur ki, B.Məmmədov Bakı şəhərində eyni vaxtda köçkün və şəhid ailəsi kimi bir neçə yerdən verilən humanitar yardımları və maddi köməklikləri qanunsuz olaraq almışdır. Hazırda rayon qaçqınlar və məcburi köçkünlər mərkəzi B.Məmmədova verilmiş şəhidlik statusunun düzgünlüyünü yoxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq 10.08.1995-ci il tarixli 576 No-li məktubun icrasının saxlanılması haqqında göstəriş verilməsini xahiş edilmişdir”. Sonradan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 8 No-li Mənzil-İstismar Sahəsinə ünvanlanmış 25.08.1995-ci il tarixli, 633 No-li məktubunda göstərilmişdir ki, verilən təqdimata uyğun olaraq Füzuli rayonundan məcburi köçkün X14 ilə bağlı məskunlaşmaqdan ötəri göndərilmiş 10.08.1995-ci il tarixli, 576 No-li məktubun icraatı dayandırmaqla etibarsız sayılmışdır. Göründüyü kimi cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsində məskunlaşması ilə bağlı 1995-ci ildə qərar qəbul edilsə də, sonradan həmin qərar cavabdehlərin ailə üzvü olan Barat Məmmədovun Bakı şəhərinin bir neçə yerində ayrı-ayrı mənzilləri zəbt etməsi səbəbindən ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli zirzəmidə həm iddiaçının iradəsinə zidd olaraq, həm qanuni əsaslar olmadan məskunlaşmaqları müəyyən olunduğu üçün, onların həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddiaçı tərəfindən irəli sürülmüş tələb tam əsaslıdır. 17 iyun 1999-cu il tarixli «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanununun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 17 iyun 1999-cu il tarixli «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən «məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir». Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşdırılmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa sahəsinə köçürülməsini təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 saylı 24.12.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Məcburi Köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi» Qaydasına əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İH orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli qeyri-yaşayış sahəsində yaşaması iddiaçının əmlakın qanuni sahibi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını pozduğundan cavabdehlər həmin zirzəmidən çıxarılmalıdırlar. Məhkəmə habelə qeyd edir ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X13 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərə məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin 21.02.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edilmişdir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və sonuncuların uşaqları 19.12.2013-cü il təvəllüdlü X5 və 19.09.2015-ci il təvəllüdlü X9 ünvan 2 ünvanındakı yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsi olan memarlıq-yaradıcılıq emalatxanasından şəxsi əşyaları ilə birgə çıxarılsınlar, qeyri-yaşayış sahəsi boşaldılsın və İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar