Məhkəmə qərarları › İş №2(009)-2532/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2532/2021

26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2532/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə Nadir qızının nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə Nadir qızının – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə Nadir qızı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan uşağı X7 Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və onların pasport qeydiyyatlarının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilini 17.11.2007-ci il tarixdə Bakı şəhəri 2 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən babası X10 Cavabdeh1 almışdır. X14 rəhmətə getdikdən sonra həmin mənzil vərəsəlik qaydasında nənəsi X2 adına qeydiyyata alınmışdır. 10.08.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən nənəsi Mənsurə Hacıyeva həmin mənzili onlara - İddiaçı1 və İddiaçı2 bağışlamışdır. Həmin mənzil 22.08.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda onların hər biri həmin mənzilin ½ hissədə mülkiyyətçiləridir. Həmin vaxtdan ev onların sahibliyində və istifadələrindədir. Lakin Cavabdeh1 mənzili onlara təhvil versə də, mənzilin keçmiş sakinləri olan cavabdehlər hal-hazırki vaxtadək qeydiyyatdan çıxmamışlar. Hal-hazırda cavabdehlərin onlara məxsus mənzildə qeydiyyatda qalması onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onların mülkiyyətlərində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edirlər ki, cavabdehlərin mülkiyyətlərində olan mənzilə olan hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə Nadir qızının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmişlər və təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və nümayəndənin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri 2 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş 17 noyabr 2007-ci il tarixli, AN-İ seriyalı, ******* daşınmaz əmlakın alqısatqısı Müqaviləsinə əsasən, tam mülkiyyət hüququ ilə Cavabdeh1 ona məxsus Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilini X1. Həmin Müqavilənin 13-cü bəndinə əsasən satıcı müqavilənin bağlandığı tarixdən otuz gündə qeyd edilən ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.07.2009-cu il tarixli, AZ-İ seriyalı, 370495 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10.07.2009-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 28 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən verilmiş 25.11.2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2009-cu il tarixdə vəfat etmiş X6 vərəsəsi arvadı X3r. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş seriya nömrəsi MH 0110433,qeydiyyat nömrəsi ********** olan 27.12.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzildən ibarətdir. İş materiallarına əlavə edilmiş 10.08.2014-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X5 ona məxsus Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilini İddiaçı1 və İddiaçı2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzili 22.08.2014-cü il tarixdən ½ hissədə İddiaçı1 və ½ hissədə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DİN yaşayış yeri üzrə qeydiyyat haqqında 21.09.2021cu il tarixli, ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı2, Cavabdeh4, X12 (01.04.2017-ci il təvəllüdlü), Nümayəndə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.07.2009-cu il tarixli, AZ-İİ seriyalı, 285740 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 08.05.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X9, ana qrafasında Nümayəndə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 tərəfindən 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində yazılmış və notarial qaydada təsdiq olunmuş 19.04.2021-ci il tarixli ərizədən görünür ki, o, qeydiyyatda olduğu İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Cavabdeh2 nümayəndəsi Cavabdeh3 tərəfindən 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində yazılmış və notarial qaydada təsdiq olunmuş 19.04.2021-ci il tarixli ərizədən görünür ki, etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olduğu Cavabdeh2 qeydiyyatda olduğu İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Cavabdeh1 və Cavabdeh4 tərəfindən 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisində yazılmış və notarial qaydada təsdiq olunmuş 20.04.2021-ci il tarixli ərizədən görünür ki, onlar qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 21 saylı mənzilin satılmasına və ya bağışlanmasına etiraz etməmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM- 157.4) Azərbaycan Respublikasının MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzili tam mülkiyyət hüququ üzrə iddiaçıların adına reyestrdə qeydə alındığı üçün, iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin isə həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçıların mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçıların cavabdehlərin onların mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair tələbi qanuni və əsaslıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2ci maddəsinə əsasən 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, 14 yaşı olmayan yetkinlik yaşına çatmayanların və qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışı əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan, Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan uşağı X7 istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan uşağı X7 istifadə hüquqları itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan uşağı X7 Bakı şəhəri, Səbail rayonu, T.Məmmədov küçəsində yerləşən 7 saylı evin 21 saylı mənzilinə olan yaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar