Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2564/2025 08.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı natariat ofisinin İpoteka predmetinə tutmanın yönləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli İcra Qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: mənimlə "Bank Respublika ASC arasında Bağlanmış 20001- S140477/8029129 saylı kredit müqaviləsinə əsasən əlavə olan xx.xx.2024-cü il tarixində illik 18% olmaqla 24 ay müddətinə 50.000 azn kredit vermişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq özümə məxsus olan DAİWO GENTRA minik markalı, buraxılışı ili 2013-cü il. BanVİİ XWB5VEA 538782 dövlət qeydiyyat nömrəsi **-SJ-*** olan avtomobil və VAZ 21214 minik markalı, buraxılış ili 2015-ci il, Ban No-XTA**********1099 dövlət qeydiyyat nömrəsi **-LE-*** olan avtomobili ipateka predmeti kimi "Bank Respublika” ASC təqdim edilmis və bu barədə xx.xx.2020 ci il tarixli 20001-S140477 / 802912 nömrəli ipateka müqaviləsi bağlanmışdır. Göstərilən kredit məbləği və ona hesablanmış faizlərin ödənişi tərəfindən pozulduğuna görə xx.xx.2025 tarixdə kredit üzrə ümumi 39670.65 AZN məbləğində (37306.07 azn əsas borc, 2364.58 azn) faiz borcu yaranmışdır. Hazırda "Notariat haqqında "AR qanununun 76-cı maddəsinə və "ipoteka haqqında “AR qanununun 38-ci maddəsinə əsasən Bakı şəhər, 19 saylı notariat ofisinin xüsusi notariusu X2 təklifi ilə ipoteka predmetinin tutmanın göndərilməsi haqqında xx.xx.2025-cü il tarixində icra qeydi verilmiş, tələbkar Cavabdeh2SC tələbi ilə mənə İddiaçı məxsus ipateka predmeti. DAİWO GENTRA minik markalı, buraxılışı ili 2013-cü il. Ban Vİİ XWB5VEA 538782, dövlət qeydiyyat nişanı **-SJ-*** olan avtomobil və VAZ 21214 minik markalı, buraxılış ili 2015-ci il, Ban No-XTA**********1099 dövlət qeydiyyat nömrəsi 99-LE--014 olan avtomobillərə tutma yönlənmişdir. Bu iş üzrə 19 saylı notariat ofisi. Bakı şəhəri üzrə icra idarəsi “ icra qeydi” göndərsədə mənə heç bir rəsmi məlumat verilməmişdir. Bu səbəbdən məcburi icra haqqında məlumat Bakı şəhəri Yasamal rayon icra idarəsindən mənə göndərilmiş xx.xx.2025 --cü il bildirişə əsasən almışam. Mən bununla razı deyiləm və ona görə yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, "Bank Respublika” ASC-də kredit verilən məbləğdən 500 azn tutulmuş sənəd 7 ay ərzində hər ay 2500.68 manat olmaqla ödədiyim kredit məbləğindən 12693,93 əsas boredan 4810,83 faiz borcdan silinmişdir. Lakin “Bank Respublika" ASC- yuxarıda göstərilən məbləğdə (500) azn kommisiya haqqı 4810,83 faiz borcu ödənmişdir. Buna baxmayarq 2364,58 azn faiz borcu hesablanmışdır.Belə olan halda “Bank Respublika" ASC- mənim üzərimə hesabladığı faiz borcu, kommissiya haqqı mənim kredit Borcumu üstələyir. Bildirmək istəyirəm ki, kredit müqaviləsindən əvvəl mən Cavabdeh2 ASC-dən 150.000 azn dən çox kredit götürmüşəm. Vaxtından əvvəl gecikməsiz ödəyib bağlamışam. Lakin hazırki kredit məbləğini aldıqdan sonra maddi vəziyyətimdə baş vermiş dəyişiklər əsasında xeyli ziyana düşmüşəm. ( Taxı ilə bağlı çıxan qərardan sonra). Bu hal-hazırda mənim maddi durumuma öz təsirini göstərmiş. Onsuzda ağırdan maddi durumumu bir azda ağırlaşdırmışdır. Ona görədə "xxxx" ASC- ilə aramızda bağlanmış xx.xx.2024-cü il kredit müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirə bilməmişəm. Lakin maddi durumum tezliklə əvvəlki vəziyyətinə qayıdarsa və münasib vaxt verilərsə, hesab edirəm ki, tələbkara olan kredit borcumu ödəyə bilərəm. Hesab edirəm ki, icra qeydinə göndərilmiş 37306,07azn əsas borc 2364,58faiz borcu 2364,58faiz borcu düzgün hesablanmamışdır. 17504,76 azn pul ödədiyim halda cəmi borcumnan 12694 azn azalmış əlavə 2364,58 faiz qalmış. Ona görə də faiz borcunun tamamı ilə silinməlidir. Borcun yenidən hesablanması üçün məhkəmə mühasibatlıq ekspertiza təyin edilməlidir. Etirazın dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 7 ay ərzində müəyyən ödənişlər etmiş, buna baxmayaraq icra qeydində göstərilmiş faiz borcu düzgün hesablanmamışdır. Faiz borcunun tamamilə silinməli olduğunu və borcun yenidən hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olduğunu bildirmişdir. Aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsinə etiraz edirik. İlk növbədə onu qevd edək ki, İddiaçı ilə bağlanılmış xx.xx.2020-ci il tarixli 20001-Sİ40477/802912 saylı kredit limiti müqaviləsinə əsasən ona 120 ay müddətinə, illik 30 %-dən çox olmamaq şərti ilə 300000 AZN məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2020-ci il tarixli kredit limiti müqaviləsinə xx.xx.2024-cü il tarixli razılaşma imzalanaraq ona 24 ay müddətinə illik 18 % haqq ödəmək şərti ilə 50000 AZN məbləğində kredit verilmişdir. Kredit limiti müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bağlanılmış xx.xx.2021-ci il tarixli 001AVTQM80291203 savlı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan DAEWOO GENTRA minik markalı, buraxılış ili 2013-cü il. ban № XWB5V319VEA538782. dövlət qevdiwat nömrəsi 99SJ514 olan avtomobil və xx.xx.2021-ci il tarixli 001AVTOM8Q291204 savlı ipoteka müqaviləsinə əsasən VAZ 21214 minik markalı, buraxılış ili 2015-ci il ban № XTA212140G2241099 dövlət qevdiwat nömrəsi 99LE014 olan avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ödəniş cədvəlindən görünür ki, borclu İddiaçı Cavabdeh2 ASC- dən götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 2500.68 manat, sonuncu ay - xx.xx.2026-cı il tarixdə isə 2500.74 manat olmaqla banka qaytarmalıdır. Ödəniş cədvəlinə görə İddiaçı krediti 50000 manat əsas, 10016.38 manat faiz olmaqla, cəmi 60016.38 manat pulu banka qaytarmalı idi. Lakin hesabdan çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə tam ödəniş- 2502.5 manat ödəniş etmiş, həmin məbləğin 1912.4 manatı əsas borca, 581.46 manatı faiz borcun silinmiş, xx.xx.2025-ci il tarixdə isə 500 manat ödəniş etmiş, həmin məbləğin 325.62 manatı əsas borca, 124.36 manatı faiz borcuna, 50.02 manatı isə cərimə borcuna silinmişdir. Bu tarixdən sonra isə heç bir ödəniş etməmişdir. Aydın olur ki, xx.xx.2024-cü il tarixdən sonra İddiaçı tam ödəniş etmədiyindən, bundan sonra onun əsas borcu 37306.07 manat olan hissəsində qalmış, daha sonra da ödənişlər etmədiyindən həmin əsas borca illik 18% olmaqla faiz hesablanmağa başlanılmışdır. Göründüyü kimi, İddiaçı kredit üzrə borcunu təxminən 1 (bir) ilə yaxın müddətdə kredit öhdəliklərini pozmuş, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, banka olan kredit borcunu ödəməmişdir. Ona görə də bankın ipoteka predmetinə tutma yönəltmək hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tariхli, 20001- S140477/802912 nömrəli krеdit limiti müqaviləsindən görünür ki, istehlak məqsədilə bank borcluya 120 ay müddətinə, illik 30 faiz hesablanmaqla 300000 manat məbləğində krеdit vеrmişdir. - Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 001AVTOM80291204 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20001-S140477/802912 nömrəli krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan İddiaçı Vaz 21214 markalı, 99LE014 qeydiyyat nişanlı avtomobili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. - Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tariхli, 001AVTOM80291203 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20001-S140477/802912 nömrəli krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan İddiaçı Daewoo Gentra markalı, 99SJ514 qeydiyyat nişanlı avtomobili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. - 06 oktyabr 2025-ci il tarixli Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Cavabdeh2 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan DAEWOO GENTRA minik markalı, buraxılış ili 2013-cü il, ban No XWB5V319VEA538782, dövlət qeydiyyat nömrəsi **-SJ-*** olan avtomobil və VAZ 21214 minik markalı, buraxılış ili 2015-ci il, ban №XTA212140G2241099 dövlət qeydiyyat nömrəsi **-LE-*** olan avtomobi ünvanında yerləşən əmlaka tutma yönəldilsin.(Öhdəliyi müəyyən edən 20001- S140477/802912 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 37306.07 AZN əsas borc, 2364.58 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 39670.65 AZN təşkil edir.) qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 06 oktyabr 2025-ci il tarixli Bakı şəhəri 19 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş icra qeydinə əsasən, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Cavabdeh2 tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan DAEWOO GENTRA minik markalı, buraxılış ili 2013-cü il, ban No XWB5V319VEA538782, dövlət qeydiyyat nömrəsi **-SJ-*** olan avtomobil və VAZ 21214 minik markalı, buraxılış ili 2015-ci il, ban №XTA212140G2241099 dövlət qeydiyyat nömrəsi **-LE-*** olan avtomobi ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 20001-S140477/802912 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 37306.07 AZN əsas borc, 2364.58 AZN faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 39670.65 AZN təşkil edir.). İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, icra qeydinin ləğv edilməsini xahiş etmişdir və tələbini icra qeydinin aparılması ilə bağlı tərəf olaraq ona hansısa bildiriş gəlməməsi, 7 ay ərzində müəyyən ödənişlər etməsinə baxmayaraq icra qeydində göstərilmiş faiz borcunun düzgün hesablanmaması, faiz borcunun tamamilə silinməli olduğu, eləcə də borcun yenidən hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olduğu ilə əsaslandırmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın: - 161-ci maddəsinin tələbinə görə Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X3 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. - 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunvericiliyin tələbinə əsasən, notariat orqanı ipoteka müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədikdə və tələb olunan borc mübahisəsiz olduqda, tələbkarın ərizəsinə əsasən borcun tutulması barədə icra qeydi vermək səlahiyyətinə malikdir. Həmin icra qeydi icra sənədinə bərabərdir. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildiriş borcluya göndərildiyi halda aparır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar öz təsdiqini tapmadığından, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olması və eləcə də borcun mübahisəli olması müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materialları ilə müəyən edilir ki, icra qeydi qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilməklə verilmişdir. Bundan başqa, hesabdan çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə tam ödəniş- 2502.5 manat ödəniş etmiş, həmin məbləğin 1912.4 manatı əsas borca, 581.46 manatı faiz borcun silinmiş, xx.xx.2025-ci il tarixdə isə 500 manat ödəniş etmiş, həmin məbləğin 325.62 manatı əsas borca, 124.36 manatı faiz borcuna, 50.02 manatı isə cərimə borcuna silinmişdir. Əlavə ödənişlərin olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2564/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2564/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver