Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2574/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələb cavabdehin qeydiyyatda olduğu ünvan üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlıdır. Hakim qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatda haqqında” AR Qanununun 9-cu maddəsi ilə tənzimlənir. Həmin Qanunun 9-cu madəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında onun qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edilir. AR Konstiutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından görünür ki, X1 qeydiyyatda olduğu ünvan üzrə qeydiyyatdan çıxarılması ilə bağlı Səbail rayon Polis İdarəsi tərəfindən imtina edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarına əsasən inzibati orqan tərəfindən şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı imtina verildikdə, yaranmış mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılır. Yəni yuxarıda göstərilən qərarda formalaşan hüquqi mövqeyə görə ümumi məhkəmələr yalnız şəxsin yaşayış evinə istifadə hüququnun olubolmaması ilə bağlı işlərə baxmağa səlahiyyətlidir. Şəxsin yaşayış evinə istifadə hüququnun olmaması müəyyən edildikdə, bu hal onun qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Bu o deməkdir ki, məhkəmə səxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə baxmaqda səlahiyyətli deyil. Şəxsin qeydiyyatdan çıxarılması inzibati orqanının səlahiyyətində olan məsələdir və inzibati orqan bu səlahiyyətlərini icra etməkdən imtina etdikdə, həmin vəzifənin onun üzərinə qoyulması yalnız inzibati icraat qaydasında işə baxan məhkəmənin səlahiyyətindədir. Bu səbəbdən hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizəyə ümumi məhkəmədə baxılmasına yol verilmədiyindən, onun qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hakim izah edir ki, iddiaçı inzibati orqan olan Səbail rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli imtinasını əsassız hesab edirsə, bu halda həmin orqanın hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etməlidir . Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılması barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, inzibati orqanının hərəkətlərindən inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2574/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2574/2020
24.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver