Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2590/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Məhəmməd Ələkbər oğlu Mərdanovun katibliyi Ərizəçi – maraqlı şəxslər Bakı şəhəri 2 saylı Notariat ofisi və Maraqlı şəxs2 göstərilməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi - maraqlı şəxslər Bakı şəhəri 2 saylı Notariat ofisi və Maraqlı şəxs2 göstərilməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4, X2 və X6 1950-ci ildə Bakı şəhərində ölmələri, X4 onun nənəsi, X2 və X6 nənəsinin bacıları olmaları, ərizəçinin Bakı şəhəri, Səbail rayonu, 2-ci Kiçik Qala döngəsi 4 saylı evin X3 miras qalmış 2/24 hissədə, X1 miras qalmış 2/24 hissədə və X5 miras qalmış 2/24 hissədə olmaqla cəmi 6/24 hissəsinə dair mirası qəbul etməyinə dair faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə iştirakları olmadan baxılması mümkün olmadığından, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi – maraqlı şəxslər Bakı şəhəri 2 saylı Notariat ofisi və Maraqlı şəxs2 göstərilməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2590/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2590/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver