Məhkəmə qərarları › İş №2(009)-2600/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2600/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2600/2021 02.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi H.M.Əlizadənin, Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1nın, Cavabdeh4, Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğluna, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzilləri Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 03.07.2020-ci il tarixli, ********** nömrəli və 03.07.2020-ci il tarixli, ********** nömrəli çıxarışlara əsasən mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda o, həmin mənzilin xüsusi mülkiyyətçisidir. Cavabdehlər göstərilən mənzillərdə qanunsuz məskunlaşmaqla yaşayırlar. Hal-hazırda cavabdehlərin yaşadığı mənzillər çıxarışla onun mülkiyyətindədir. Cavabdehlərin bu mənzillərdə yaşaması üçün heç bir hüquqi şəxs, o cümlədən mülkiyyətçi və cavabdehlər arasında notarial qaydada təsdiq edilmiş müqavilə yoxdur. Dəfələrlə cavabdehlərə mənzili boşaltmaları barədə xəbərdarlıqlar etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehlər hal-hazırki vaxtadək həmin mənzildən çıxmamışlar. Hal-hazırda cavabdehlərin ona məxsus mənzildə qalması və mənzili ona təhvil verməməsi mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan ev üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğlunun, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzillərindən çıxarılması, sözügedən mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X3 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İdddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehlərin məskunlaşdığı ev order əsasında bacısının yoldaşına verilmiş, sonradan ev özəlləşdirilmiş və hazırda nümayəndəsi olduğu oğlu İddiaçı mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh12 ailəsi ilə evdə sonradan məskunlaşmış, digər cavabdehlər isə Zəgilanın işğalından sonra gəlmişlər. Məcburi köçkün kimi bu ailəyə yardım etmişdir. Artıq işğal altında olan torpaqlar azad olunmuşdur, onların mənzild yaşamaları mülkiyyətçinin hüquqlarını pozur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, 1993-cü ilin oktyabr ayının 27-də Zəngilan işğal olunduqdan bir və iki gün sonra İran vasitəsi ilə Azərbaycana keçib Bakıya gəlmiş, əmisi onlara bildirmişdir ki, qonşuluqda erməni var, boşdur, orada yaşaya bilərlər. Onlar həmin mənzilə gəlmiş, mənzil baxımsız vəziyyətdə olmuş və mənzilin qapısında MKİS-in kağızı olmuşdur. Mənzildə məskunlaşdıqdan bir ay sonra Hakim Əliyev həmin mənzilə gələrək bildirmişdir ki, mənzil ona məxsusdur, torpaqlar işğaldan azad olunana qədər mənzildə yaşaya bilərlər. 2003-cü ildə digər Cavabdeh12 ailəsi ilə birlikdə 29 saylı mənzilə köçmüş və yaşamışlar. Oğlu Nazim vəfat etmişdir. Hazırda mənzildə yaşamasalar da, qapını bağlamışlar və həmin mənzildə onların əmlakları yerləşir. Hesab edir ki, məcburi köçkün kimi məskunlaşdıqları və icra hakimiyyətində həmin ünvan üzrə qeydiyyata alındıqları mənzil qanunsuz olaraq digər şəxsə verilmişdir. Onlar boş mənzilə köçüb yaşamışlar. Sonradan ailə həyatı qurarkən Hakim Əliyev əvvəl qohumunu yerləşdirdiyi otaqda da onun yaşaya bilməsini bildirmiş və o, həmin otağa köçmüşdür. İki ay bundan əvvəl Hakim Əliyev ona yaxınlaşaraq dekabr ayına qədər otağı boşalmasını tələb etmişdir. Onlar Qaçqınkoma müraciət edərək mənzillə təmin olunmasını xahiş etmişlər, onların bu müraciətləri hazırki vaxtadək cavabsız qalmışdır. Yaşadıqları mənzildən başqa digər yaşayış yerləri yoxdur, torpaqları işğaldan azad olunmuşdur, dövlət tərəfindən həmin yerdə ev tikilib onlara təqdim olunduqdan sonra mənzili boşaldacaqlar. Qaldırılan iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh4 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Zəngilan rayonu işğal olunduqdan sonra Bakı şəhərinə gəlmişlər. Onların hamısı azyaşlı olmuşlar, məskunlaşdıqları mənzil boş olmuş və erməniyə məxsus olmuşdur. Evdə məskunlaşdıqdan bir ay sonra Hakim Əliyev onlara demişdir ki, mənzil ona məxsusdur, lakin onlara heç bir sənəd göstərməmişdir. Mənzil 29-də onlar qeydiyyatdadır, mənzil 30-da isə əmisinin baldızı yaşamış, sonradan isə Hakim Əliyevə satmışdır. Bir müddət həmin mənzildə Hakim Əliyevin qohumu yaşamış, həmin mənzildə yanaraq vəfat etmiş, qardaşı Mahir evləndikdən sonra Hakim Əliyev qardaşının həmin mənzildə yaşamasına icazə vermişdir. lakin bu vaxtadək onların mənzildə çıxarılması barədə Hakim Əliyev onlara heç bir şey bildirməmişdir. Dövlət tərəfindən başqa yaşayış sahələri ilə təmin olunduqdan sonra mənzil boşaldıla bilər. Göstərilənləri nəzərə alaraq cavabdeh ididanın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər X4, Cavabdeh5 və Cavabdeh6 izahat verən digər cavabdehlərin izahatları ilə razı olub heç bir əlavələrin olmadığını bildirmişlər. Cavabdehlər məhkəmədən iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh12, Cavabdeh13 və Cavabdeh14, məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03.07.2020-ci il tarixli çıxarışların kserosurətlərinə əsasən Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzillləri mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən X3 Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 30 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzillər iddiaçının xüsusi mülkiyyətindədir. İş üzrə cavabdehlər Zəngilan rayonunda qeydiyyatda olmaqla məcburi köçkündülər və mübahisəli mənzillərdə müvəqqəti məskunlaşaraq məcburi köçkün kimi orada yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərdən mülkiyyətində olan mənzili boşaltmağı və ona təhvil verilməsini tələb etsə də, onlar bundan imtina etmişlər. Məhkəmə qeyd edir ki, cavabdehlər mübahisəli mənzildə məcburi köçkün kimi qeydiyyatda olmaqla yaşasalar da, onların həmin mənzildə mülkiyyətçinin iradəsinə zidd yaşaması iddiaçının mülkiyyət hüquqlarına müdaxilə və mülkiyyətə qəsd kimi qiymətləndirilir. Bu səbəbdən iddiaçı cavabdehlərin məcburi qaydada mülkiyyətində olan mənzillərdən çıxarılmasını tələb etməkdə tam haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. AR Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. “Akimovanın Azərbaycana qarşı” işində “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, cavabdehlər heç bir qanuni əsas olmadan iddiaçının mülkiyyətində olan mənzillərdə yaşamaları, iddiaçı mülkiyyətində olan mənzillərdən sərbəst istifadə edə bilmir və bu da onun Konstitusiya, mülki qanunvericilik və beynəlxalq normalara əsasən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli mənzillərdə yaşamaları iddiaçının mülkiyyətçi kimi Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qorunan hüquqlarını pozduğundan və həmin əmlakın mülkiyyətçisi kimi onun mülkiyyət hüquqlarını həyata keçirilməsi məhdudlaşdırdığından, cavabdehlər həmin mənzillərdən çıxarılmalıdırlar. Məhkəmə habelə qeyd edir ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 17 iyun 1999-cu il tarixli «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanununun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 200 saylı 24.12.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Məcburi Köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi» Qaydasına əsasən məcburi köçkünlərin köçürülməsi, onların məskunlaşdığı şəhər və rayon İH orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir. Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərə məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin 21.02.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdehlər ailə üzvləri ilə birlikdə mübahisəli mənzillərdə müvəqqəti yaşamaları iddiaçının mənzillərə olan mülkiyyət hüquqlarını pozurlar. Cavabdehlərin mübahisəli mənzillərdə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bununla belə məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələbləri baxımından izah edir ki, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə dövlət təminat verdiyindən və müvafiq icra hakimiyyəti orqanları bunu həyata keçrilməsində məsul olduğundan, cavabdehlər müvafiq yaşayış sahələri ilə təmin olunması ilə bağlı həmin icra hakimiyyəti orqanlarına müraciət edə bilərlər. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 oğlu, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Zərgərpalan küçəsində yerləşən 5 saylı evin 29 və 30 saylı mənzillərindən çıxarılsınlar və həmin mənzillər boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar