Məhkəmə qərarları › İş №2(009)-2622/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2622/2020

07.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2622/2020 07.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, iddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə (31 nəfərə) qarşı «yaşayış sahələrinə görə borcun tutulması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cavabdehlər Cavabdeh1 və qeyrilərinə (cəmi 31 nəfərə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən ayrı-ayrılıqda xidmət haqqına və məişət tullantılarına görə borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, fərqli icraat qaydalarında baxılmalı olan xahişlər bir ərizədə birləşdirilə bilməz və onlara məhkəmənin eyni icraat çərçivəsində baxması mümkün deyildir. Başqa sözlə iddiaçı, ərizənin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl etməyərək bir-biri ilə əlaqədar olmayan bir neçə xahişi bir ərizədə birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə (31 nəfərə) qarşı «yaşayış sahələrinə görə borcun tutulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə izah olunsun ki, cavabdehlərə qarşı «yaşayış sahələrinə görə borcun tutulması» tələblərini müstəqil iddialarla irəli sürməklə ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar