Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2660/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Qulı̇ yev Ceyhun Eldar oğlunun, Cavabdeh Mı̇ rzəlı̇ yeva Aygün Hüseyn qızının iştirakları ilə, İddiaçı Qulı̇ yev Ceyhun Eldar oğlunun cavabdeh Mı̇ rzəlı̇ yeva Aygün Hüseyn qızına qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qulı̇ yev Ceyhun Eldar oğlu cavabdeh Mı̇ rzəlı̇ yeva Aygün Hüseyn qızına qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvana istifadə hüququnun olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail r-nu, Buxta küçəsi, ev 43, 1 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixdə ona çıxarış verilmişdir. Onun tanışı olan Cavabdeh qeydiyyatı olmadığından sosial yardım ala bilmirdi, ona görə də ona müraciət edərək sosial yardım almaq üçün ona harasa qeydiyyata düşməsini xahiş etmişdir. O, bir insanlıq edib, cavabdehi öz mülkiyyətinə müvəqqəti olaraq bu ilin oktyabr ayında qeydiyyata düşməsinə razılıq vermişdir. Hazırda isə cavabdehdən onun mülkiyyətindən qeydiyyatdan çıxmasını dəfələrlə tələb etsə də qeydiyyatdan çıxmır. Cavabdehin qeydiyyatdan çıxmamasına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olur. Məhkəmə iclasında iştirak edən iddiaçı Qulı̇ yev Ceyhun Eldar oğlu iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Mı̇ rzəlı̇ yeva Aygün Hüseyn qızı iddia ərizəsinə etiraz edərək iddiaçı ilə faktiki ailə münasibətlərində olduğu üçün həmin evdə yaşadığından iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı ilə müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə müraciət etməkdə məqsədi mülkiyyətçisi olduğu mənzildən cavabdehi pasport qeydiyyatından çıxarmaq olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Qərarda həmçinin göstərilmişdir ki, “mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Yuxarıda qeyd edilən hüquqi mövqedən də aydın olur ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir və Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan (və ya əmlak hüquqları artıq mövcud olmayan) şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı mülkiyyətçi müvafiq inzibati (daxili işlər - polis orqanına) orqana müraciət edə bilər. Mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxrarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Qulı̇ yev Ceyhun Eldar oğlu cavabdeh Mı̇ rzəlı̇ yeva Aygün Hüseyn qızının mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq polis orqanına, imtina edildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Ona görə də, Qulı̇ yev Ceyhun Eldar oğlunun iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM- 262.5) MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qulı̇ yev Ceyhun Eldar oğlunun cavabdeh Mı̇ rzəlı̇ yeva Aygün Hüseyn qızına qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, o, cavabdehin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq polis orqanına, imtina edildiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Məhkəməyə müraciət etmək üçün iddiaçı Qulı̇ yev Ceyhun Eldar oğlu tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) iddiaçı Qulı̇ yev Ceyhun Eldar oğluna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2660/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2660/2024
26.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver