Məhkəmə qərarları › İş №2(009)-2679/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2679/2021

19.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2679/2021 19.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil İdidaçı L.Cavabdehnın Cavabdeh iştirakları ilə İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X4 Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, İddiaçı, Cavabdeh ilə 2001-ci ilin sentyabr ayında qeyri-rəsmi nikaha daxil olmuşdur. Həmin qeyri-rəsmi nikahlarından bir övladları – 28.07.2002-ci il təvəllüdlü X4 anadan olmuşdur. 04.02.2003-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olarkən sonuncu məcburi köçkün kimi İsmayıllı rayonunda məskunlaşıb yaşayırdı. Qeyri-rəsmi nikaha girdikdən sonra Bakı şəhəri, Səbail rayonu, “X14“ ASC-nin rəhbərliyinə şifahi müraciətlərindən sonra onlara həmin ASC-nin həyətində müvəqqəti yaşadıqları üçün ev tikməsinə icazə verilmiş və bundan sonra Bakı şəhəri, Səbail rayonu, “X14” ASC-nin həyətində iki otaqlı ev tikib həmin evdə yaşamışlar. Həmin evin tikilməsinə qardaşları köməklik etmişlər. 2001-ci ildən 18.06.2021-ci il tarixə kimi olan müddət ərzində o, və X4 həmin evdə, yəni Bakı şəhəri, Səbail rayonu, “X14” ASC-nin həyətində yerləşən 2 otaqlı evdə yaşamışlar. Lakin Cavabdeh heç bir səbəb olmadan mütəmadi olaraq onu təhqir edib və döymüşdür. Axırıncı dəfə 18.06.2021-ci il tarixdə Cavabdeh onu döyərək xəsarət yetirmiş, onu və X2 yaşadıqları Bakı şəhəri, Səbail rayonu, “X14” ASC-nin həyətində yerləşən evdən qovmuş, həmin vaxtdan sonra onları həmin evə buraxmamışdır. 18.06.2021-ci il tarixdə Cavabdeh onu döyərək xəsarət yetirməsi və evdən qovması ilə bağlı Səbail rayon Pİ-nə ərizə moə müraciət etmişdir. Həmin müraciti ilə bağlı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparmqla, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün toplanmış material Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmiş və məhkəmədə işə baxılarkən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmiş, lakin sonuncu həmin vaxtdan, yəni 18.06.2021-ci il tarixdən sonra onu və X2 yaşadıqları Bakı şəhəri, Səbail rayonu, “X14” ASC-nin həyətində yerləşən evə buraxmır. O. və qızı X4 ayrı-ayrı qohumların evlərində qalırlar. X11 Bakı Mühəndislik Universitetində təhsil alır. Onlar maddi cəhətdən çətinlik çəkirlər, kirayə ev tutmağa maddi imkanları yoxdur. İşdə olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 09.08.2021-ci il tarixli, 3(009)-1590/2021 saylı qərarından görünür ki, 18.06.2021-ci il tarixdə Cavabdeh İddiaçı döyərək xəsarət yetirməsi ilə bağlı Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İşdə olan Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Səbail sektoru tərəfindən verilmiş 28.09.2021-ci il tarixli 89 saylı məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı, xx.xx.1979cu il təvəllüdlü Cavabdeh və 28.07.2002-ci il təvəllüdlü X4 Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov 88/3 ünvanında yerləşən yataqxanada 19.11.2003-cü ildə qeydiyyata alınmışlar. Həmin məcburi köçkünlər kommunal güzəşt siyahısında Bakı şəhəri, Səbail rayonu, “X14” ASC-nin həyətində məskunlaşmışlar. İşdə olan 03.08.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nigahı 03.08.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsində pozulmuşdur. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı və X1 Bakı şəhəri, Səbail rayonu, “X14” ASC-nin həyətində yerləşən yaşayış evinə köçürülmələri və istifadə etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 2002-ci ildən yaşadığı mənzildən cavabdehin təcavüzü nəticəsində məcburiyyət qarşısında qalıb övladı ilə evi tərk etmişdir. 5 ay olarki, evdən məcburiyyət qarşısında çıxmışdır, kirayədə yaaşyır, maddi imkanı olmadığı üçün həmn evə köçmək istəyir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X4 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, iddiaçı Nərgiz onun keçmiş həyat yoldaşı, Leyla isə qızıdır. 2001-ci ildən Nərgizlə ailə qurmuş, 2002-ci ildə öz vəsaiti hesabına mübahisəli evi tikmişdir. 2021-ci ilədək ailə ilə birlikdə orada yaşamışdır Nərgizlə nikahları rəsmi pozulmuşdur. Nərgiz evi bəyənmədiyi üçün çıxıb getmişdir. Nərgizin və qızının o evdə yaşamasına etiraz etmir. Ev iç-içə olmaqla 2 otaqdan ibarətdir, bütün kommunal xidmətlərlə bağlı müqavilə onunla bağlanmışdır, işıq, su, qaz sayğacları onun adınadır. Əgər Nərgiz otağı təcrid edib özü üçün 3 müqavilə bağlayacaqsa gəlib yaşaya bilər. Eşitmişdir ki, Nərgizin o evdə yaşamaq fikri yoxdur, 100 manata kirayə vermək istəyir. O heç vaxt kənar şəxsin orada yaşamasına icazə verməyəcək. Cavabdeh məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatları dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 02.07.2021-ci il tarixdə pozulmuşdur. İş üzrə Səbail rayon Məhkəməsinin 3(009)-1590/2021 saylı, 09.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı ilə müəyyən edilmişdir ki, 18.06.2021-ci il tarixdə İddiaçı ilə aralarında ailə məişət zəminində baş vermiş münaqişə zaman sonuncunu döyərək, İddiaçı dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İş üzrə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Səbail rayonu sektoru tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış 89 saylı, 28.09.2021-ci il tarixli arayışından görünür ki, Səbail rayon sektorunda məcburi köçkünlərin 029816 saylı qeydiyyat vərəqəsində olan məlumata əsasən Ağdam rayonundan olan keçmiş məcburi köçkün X7, həyat yoldaşı X3 və qızı X5 A.İsmayılov küçəsi, 88/3 ünvanında yerləşən yataqxanaya 19.11.2003-cü ildə qeydiyyata alınmışdır. Məcburi köçkün X5 və onun valideynləri kommunal güzəşt siyahısında X13 Zavodunun inzibati binasında məskunlaşmışlar. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 2001-ci ildən qeyri-rəsmi nikahda yaşamış və 04.02.2003-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların 28.02.2002-ci il təvəllüdlü Leyla adlı uşağı var. Tərəflər arasında nikah 02.07.2021-ci il tarixdə pozulmuşdür. Məhkəmə iclasında həçinin müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri Səbail rayonu, X14 ASC-nin həyətində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və öz hüquqi statusuna görə özbaşına tikilidir. Həmin ev cavabdeh məcburi köçkün oduğu üçün 2001-ci il tarixdə “X14” ASC-nin həyətində müvafiq razılığa əsasən tikilmiş və həmin vaxtdan iddiaçı ilə cavabdeh həmin evdə yaşamağa başlamışlar. 2021-ci ilin iyun ayında tərəflər arasında münaqişə olmuş və iddiaçılar evdən çıxmışlar. AR Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Qeyd edilən Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutaraq qeyd edir ki, mübahisəli ev fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. AR Mülki Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Qeyd edilən Məcəllənin 158.1-ci maddəsiən əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, həmin ev iddiaçıların yeganə yaşayış yeridir və həmin evdə onlar məcburi köçkün kimi məskunlaşmışlar. Bu səbəbdən iddiaçılar həmin yaşayış sahəsinə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüquqları var. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır(maddə 4.2). AR Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbayjan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16.12.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «…İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir.» Məhkəmə Kontistusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərdiyi hüquqi mövqeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən bu hüquqların xüsusiyyəti ondadır ki, onlar mülkiyyətçi olmayan şəxslərə də mənsub olurlar. Mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçıların mübahisəli evdə yaşamalarına maneçilik törətdiyindən, bu hal iddiaçıların həmin əmlakdan istifadə etmək hüquqlarının məhdudlaşdırılması və pozulması kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, irəli sürülmüş iddia tələbi tam əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və X4 Bakı şəhəri, Səbail rayonu, X13 Zavodunun həyətində yerləşən yaşayış evinə köçürülsünlər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar