Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-269/2023 02.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi G.Q.Sadıqsoyun iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 31,50 kv.m. ümumi sahədən ibarət olan 7/9 nömrəli evin 24 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv.m. ümumi sahədən ibarət olan əmlak kompleksinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-428/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaklara dair İddiaçı ASC-nin mülkiyyət hüquqlarının xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi və ********** nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 16 yanvar 2015-ci il tarixli arayışından və MAPS arayışlarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 nömrəli mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 nömrəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 2 nömrəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X2 iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1909/19 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Murtuzəliyevanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-428/2018 saylı,xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilikdə 67.133,24 ABŞ dollarının (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc, 30 manat ödənilmiş dövlət rüsumun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumun və 40 manat xidmət haqqının tutularaq "xxxx" İKB ASC-nə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan- Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc məbləğinin "xxxx" İKB ASC-nə ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiymətinin 85.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin 55.000 manat müəyyən olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(102)-11110/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin ümumi sahəsi 31,50 kv.m. olan 2 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin mülkiyyətindədir. İş üzrə Səbail rayon MKTB-nin 7 saylı MKİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışın surətindən və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində yerləşən 7/9 nömrəli evin 2 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı borc alan Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən illik faiz dərəcəsi 26% olmaqla 36 ay müddətinə 53600 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən bank borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-428/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilini hərracdan İddiaçı ASC əldə etmiş və həmin əmlaka dair mülkiyyət hüququ barədə xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış almışdır. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbindən görünür ki, mübahisəli mənzil bankın mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Bu səbəbdən bank iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X1 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisəli mənzilindən istifadəsinə etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mənzili boşaltmadığından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə hər hansı hüquqları yoxdur və həmin mənzil qanuni əsaslarla özgəninkiləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan və bununla da cavabdehlərin, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin mübahisəli mənzildən istifadə edilməsi üçün hər hansı qanuni əsaslar müəyyən edilmədiyindən, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslər Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 2 nömrəli mənzildən çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-269/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-269/2023
02.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver