Məhkəmə qərarları › İş №2(104)-19/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-19/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-19/2025 30.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Goranboy Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(045)-1634/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyəti olan, ünvan 1 ünvanda yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun gəlini, yəni övladı Ağalar Vəliyevin arvadıdır, onların 13 yaşlı bir uşağı var və evlənəndən sonra kirayələrdə yaşamışlar. Xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən yaşayış evinə köçmələrinə 2018-ci ildə müvəqqəti icazə vermişdir. Oğlu Ağalar cavabdehi ondan gizli olaraq, yəni razılığı və xəbəri olmadan evinin qeydiyyatına saldırmışdır. Bunu biləndən sonra qeydiyyatdan çıxarılmasını tələb etmiş, lakin istəyinə nail ola bilməmiş və ona yalnız məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Cavabdeh evinin qeydiyyatına düşməsini, xüsusilə oğlundan uşağı olmasını evinə hüquq əldə etməsi kimi başa düşərək həmin vaxtdan onunla və başqa ailə üzvləri ilə münaqişələrə başlamışdır. Onu zamanzaman evindən çıxarsa da, yenə bir müddət sonra zorakılıq yolu ilə evinə qayıdaraq, çörəyini zəhərə döndərmişdir. Hesab edir ki, xüsusi mülkiyyətində olan evdə ailəsinin normal yaşayışının təmin edilməsi üçün Cavabdeh oradan çıxarılmalıdır. Cavabdeh onun mənzilində yaşamaq hüququ yoxdur. Onun cavabdehlə münasibətində nə notariat qaydasında razılaşma, nə də hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halları yoxdur. Cavabdeh onun ailə üzvü deyil, bundan əvvəl onun ayrı ailəsi olmuş, hal-hazırda oğlu Ağalar ilə ailə qurmuşdur onun ailə üzvüdür. Oğlu Ağalar cavabdehlə evlənəndən sonra bir neçə il kirayələrdə yaşamışlar. Cavabdeh onun ailə üzvü oslaydı belə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə, evə hüquq əldə etməmişdir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Goranboy Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(045)-1634/2022 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəmə kollegiyasına teleqram göndərək apellyasiya şikayətindən imtina etdiyini bildirərək icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında gəlməmiş və səbəblərin bildirməmişlər. Məhkəmə kollegiyası AR MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu halda verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369-cu maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin və Goranboy Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(045)-1634/2022 qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar