Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3040/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-966/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Daşkəsən Rayon Məhkəməsinin 18 fevral 2 016-cı il tarixli, 2(030)-39/2016 saylı qətnaməsi ilə Cavabdeh məxsus ümumi dəyəri 300 manat olan cehiz əşyaları 1 ədəd yataq dəsti, 1 ədəd döşək, 1 ədəd yorğan və 2 ədəd balışın X3 mülkiyyətində olan Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 32 saylı evin 52 saylı mənzilindən çıxarılması, Cavabdeh X8 və X5 qarşı “X3 ona qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair xx.xx.2015-ci il tarixli iddiasının rədd edilməsi və birgə əmlakın bölünməsi” barədə qarşılıqlı iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
2. Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 03 yanvar 2019-cu il tarixli qərarının surətindən görünür ki, 30 noyabr 2018- ci il tarixdə X11 ümumi dəyəri 300 manat olan bir ədəd yataq dəstini, bir ədəd döşəyi, bir ədəd yorğ anı və 2 ədəd balıncı Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilindən çıxartmışdır. X11 özünə məxsus icra sənədində adları göstərilməyən bir ədəd termonu və bir ədəd şifoneri isə həmin mənzildə saxlamış, səbəbini isə icra sənədində ona məxsus ümumi dəyəri 300 manat olan bir ədəd yataq dəstinin çıxarılmasının göstərildiyini, həmin yataq dəsti dedikdə isə bir ədəd iki nəfərlik yataq çarpayısı və iki ədəd dolab başa düşüldüyünü bildirmişdir. X2 isə Daşkəsən Rayon Məhkəməsinin 2(030)-39/2016 saylı icra sənədində narazı qaldığı üçün icra məmuru tərəfindən 30 noyabr 2018-ci ildə icra vərəqəsində qeyd olunan hissəyə izah verilməsi barədə əzirə ilə müraciət olunmuş və Daşkəsən Rayon Məhkəməsinin 8(030)-252/2018 saylı, 17 dekabr 2018-ci il tarixli qərardadı ilə qətnamənin qət et di hissəsinə izah verilərək ümumi dəyəri 300 manat olan bir ədəd yataq dəsti dedikdə matrası ilə birlikdə bir ədəd iki nəfərlik çarpayı və iki ədəd dolab başa düşüldüyü qeyd olunmuşdur. Bununla da, Daşkəsən Rayon Məhkəməsinin 2(030)-39/2016 saylı, 18 dekabr 2016-cı il tarixli icra sənədi tam icra olunmuşdur. 3. 1 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi Notariat ofisində təsdiq edilmiş 21 iyul 2022-ci il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 16 oktyabr 2014-cü il tarixli Çıxarışa əsasən, Şəhla Bayramovanın mülkiyyətində olan Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, 32 saylı evin 2 otaqlı, ümumi sahəsi 48,9 kv.metr olan 52 saylı mənzilini 9.560 manata İddiaçı satmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 avqust 2022-ci il tarixli Çıxarışın və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində verilmiş 05 avqust 2022-ci il tarixli “Mənzilin texniki pasportu”nun surətindən görünür ki, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzili tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan Daşkəsən şəhəri İ.Qayıbov küç əsi 32 saylı evin 52 saylı mənzilin qapısının açılması və cavabdehin əşyaları ilə birlikdə ona məxsus olan həmin mənzildən məhkəmə yolu ilə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, o, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Notariat ofisində 21 iyul 2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilini X1 almışdır. Alqı-satqı zamanı Cavabdeh həmin mənzildə əşyalarının olduğunu bilməmişdir. Alqı-satqıdan sonra mənzilin açarının cavabdehdə olduğunu bilmişdir. Şəhla Bayramova mənzilin açarını alıb verəcəyinə dair öhdəlik götürsə də, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsi ndə mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Mənzili alan zaman həmin mənzildə cavabdehə məxsus yalnız bir ədəd şifoner və bir ədəd güzgülü şkaf olmuşdur.
7. Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(030)467/2022 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 avqust 2022-ci il tarixli Çıxarışa əsasən, iddiaçının mülkiyyətində olan Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilinin qapısının açılması, cavabdehin və ona məxsus olan bir ədəd şifoner və 1 ədəd güzgülü şkafın iddiaçının mülkiyyətində olan həmin mənzildən çıxarılması qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Daşkəsən Rayon M əhkəməsinin 2(030)-39/2016 saylı icra sənədi üzrə Cavabdeh məxsus olmuş 300 manat dəyərində bir ədəd yataq dəsti, bir ədəd döşək, bir ədəd yorğan və 2 ədəd balınc Daşkəsən şəhəri İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzilində çıxartmışdır. Cavabdeh özünə məxsus icra sənədində adları göstərilməyən bir ədəd termonu və bir ədəd şifoneri isə həmin mənzildə saxlamışdır. Hazırda mənzilin mülkiyyətçisi olan iddiaçı bir ədəd şifoner və bir ədəd güzgülü şkafın mənzildən çıxarılmasını tələb edir. Cavabdeh öz cehiz əşyalarını iddiaçının mülkiyyətində olan mənzildən çıxarmaqdan boyun qaçırmaqla sonuncuya mülkiyyət hüququnun həyata keçirilməsində süni və qanunsuz maneə yaradır. İddiaçı həmin maneənin məhkəmə qaydasında aradan qaldırılmasını tələb etməkdə haqlıdır
9. Məhkəmə öz hüquqi mövqeyini Azər baycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 119, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək iddiaçı barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildə X8 tərəfindən qaçırılaraq Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 32 saylı evin 52-saylı mənzilə gətirilmişdir. Həmin mənzilə gələn zaman görmüşdür ki, həmin mənzildə Şahlar İsmayılov anası Qənimət İsmayılova və bacısı Şəhla İsm ayılova ilə birgə yaşayır. 2012-ci ildə rəsmi qaydada nikaha girmiş və birgə nikahlarından 2012-ci ildə X6 və 2013-cü ildə X10 adlı övladları doğulmuşdur. 2014-cü ildə həmin mənzili mülkiyyətçidən alqı-satqı müqaviləsi ilə X14nın adına almışlar. Sonuncu dəfə 2021-ci ildə rəsmi nihkahlarına xitam verilib. 2011-ci ildən bu günə kimi həmin mənzildə 2 azyaşlı qızları X6 və X10 ilə birgə yaşayır. Bu barədə məhkəməyə Daşkəsən bələdiyyəsinin, Daşkəsən Şəhəri üzrə İcra nümayəndəsinin, Daşkəsən KMK-ın Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 32 saylı evin 52saylı mənzilində uşaqları ilə birlikdə yaşamağı barədə Arayışlar təqdim etmişdir. X14 2015-ci ildən başqa şəhərə ərə gedib. X7 və keçmiş əri X19 şəhərinə yaşamaq üçün gediblər. Mənzilin mülkiyyətçisi olan X14 ona heç vaxt mənzildən çıxmaq barədə söz de məyib və xəbərdarlıq etməyib. 27 avqust 2022-ci il tarixdə o, mənzildə olmayanda iddiaçı onun yaşadığı mənzilin qapısının qıfılını sındıraraq bir qrup şəxslə mənzilə daxil olub, onun və uşaqlarının əşyalarını naməlum istiqamətə aparmışdır. Bu barədə DİN-in 102 xidmətinə müraciət etmiş, polislər gəlib onları çətinliklə mənzildən çıxartmışlar. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 1 saylı ASAN-xidmət mərkəzi Notariat ofisində 21 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil Şəhla Bayramovadan satın almışdır. Mənzil hələ iddiaçının mülkü deyil, çünki Şəhla Bayramova tərəfindən mənzil iddiaçıya aktla təhvil verilməyib. Həmin mənzilin qapısının açarı ondadır və o, həmin mənzildə uşaqları ilə birlikdə yaşayır.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (104)-966/2023 saylı mülki iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev sədrlik edən, məruzəçi, L.Süleymanov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvandakı daşınmaz əmlak – mənzil iddiaçının mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır, həmin mənzilin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması mübahisəsizdir. Ona görə də Məhkəmə kollegiyası cavabdehin mənzilin iddiaçıya aktla təhvil verilməməsinə dair dəlilini əsassız saymışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh nə əvvəlki mülkiyyətçinin, nə də hazırkı mülkiyyətçinin ailə üzvü olmamaqla mübahisəli mən zildən istifadə hüququ əldə etməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, işdən göründüyü kimi cavabdehin həmin mənzildə nə yaşamaq, nə də ki istifadə hüququ yoxdur, həmin mənzil ona və ya da keçmiş həyat yoldaşına məxsus olmamış, onunla əvvəlki mülkiyyətçi arasında həmin mənzildən istifadə hüququnun yarandığını təsdiq edən notariat qaydasında bağlanmış müqavilə olmamışdır. Ona görə də həmin mənzil alğı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdiriləndə mənzilin özgəninkiləşdirilməsinə cavabdehin razılığı tələb olunmurdu. Həmin mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən onun icazəsi olmadan istifadəsi və ya özlərinə məxsus hər hansı əşyanın iddiaçının mənzilində saxlaması yolverilməzdir. Şikayətin xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməli olmasına dair dəlili də həmin mənzil iddiaçının xüsusi mülkiyyətində olduğuna görə əsassızdır.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 146.1, 146.2, 140, 157.2, 157.4-cü maddələrinə, habelə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə və MPM-nin 14.2, 77.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətində göstərilmiş dəlillərin əsassız olduğunu qeyd etmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qanuni, əsaslı və ədalətli olmasını vurğulayaraq şikayətin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunu r.
20. Maddə 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllə
21. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 152.1 Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 158.4 M ülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
25. Maddə 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
26. Maddə 146.2 Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
27. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə re yestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mənzil Məcəlləsi
28. Maddə 30.1 yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi d üzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 416. 1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya inst ansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir.
37. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğunan, qətnamənin əsaslılğı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
36. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 16 oktyabr 2014-cü il tarixli Çıxarışa əsasən, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 32 saylı evin 52 saylı mənzili Şəhla Bayramovanın mülkiyyətində olmuş, sonuncu həmin mənzili 21 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 9.560 manata İddiaçı satmışdır. 10 avqust 2022-ci il tari xli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
37. Cavabdeh isə 24 oktyabr 2011-ci il tarixdə rəsmi nikah əsasında Şəhla Bayramovanın qardaşı Şahlar İsmayılovla ailə qurmuş və onların birgə nikahından iki uşaqları doğulmuş və sonradan onlar arasında bağlanmış nikah məhkəmənin qətnaməsinə əsasən pozulmuşdur.
38. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmışdır, həmin mənzilin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması mübahisəsizdir.
39. Ona görə də apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etm işdir ki, cavabdehin mənzilin iddiaçıya aktla təhvil verilməməsinə dair dəlilini əsassız saymış və məhkəmə iclasında müəyyən etmişdir ki, cavabdeh nə əvvəlki mülkiyyətçinin, nə də hazırkı mülkiyyətçinin ailə üzvü olmamaqla mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, işdən göründüyü kimi cavabdehin həmin mənzildə nə yaşamaq, nə də ki istifadə hüququ yoxdur, həmin mənzil ona və ya da keçmiş həyat yoldaşına məxsus olmamış, onunla əvvəlki mülkiyyətçi arasında həmin mənzildən istifadə hüququnun yarandığını təsdiq edən notariat qaydasında bağlanmış müqavilə olmamışdır. Ona görə də həmin mənzil alğı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdiriləndə mənzilin özgəninkiləşdirilməsinə cavabdehin razılığı tələb olunmurdu. Həmin mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan cavabdehin həmin mənzildən onun icazəsi olmadan istifadəsi və ya özlərinə məxsus hər hansı əşyanın iddiaçının mənzilində saxlaması yolverilməzdir. Şikayətin xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməli olmasına dair dəlili də həmin mənzil iddiaçının xüsusi mülkiyyətində olduğuna görə əsassızdır.
41. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənatə gəlir ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbl ərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
42. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 mart 2023-cü il tarixli, 2(104)-966/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.