Məhkəmə qərarları › İş №2(102)-3233/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3233/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3233/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma və əmlakın boşaldılması tələbləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2756/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-428/2018 saylı,xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 67.133,24 ABŞ dolları məbləğdə (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borcun, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının tutularaq "xxxx" İKB ASC-nə ödənilməsi, tutma nın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, mənzilin və əmlak kompleksinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc məbləğinin "xxxx" İKB ASC-nə ödənilməsi, mənzilin ilkin satış qiymətinin 85.000 manat, əmlak kompleksinin ilkin satış qiymətinin 55.000 manat müəyyən olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-11110/2018 saylı, xx.xx.2018-ci il tar ixli qətnaməsi ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1909/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Murtuzəliyevanın kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-11110/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin ümumi sahəsi 31,50 kv.m. olan 2 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin mülkiyyətindədir.

5. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, R. Rza küçəsində yerləşən 7/9 nömrəli evin 2 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 nömrəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 31,50 kv.m. ümumi sahədən ibarət olan 7/9 nömrəli evin 24 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv.m. ümumi sahədən ibarət olan əmlak kompleksinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-428/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaklara dair İddiaçı ASC-nin mülkiyyət hüquqlarının xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi və ********** nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 16 yanvar 2015-ci il tarixli arayışından və MAPS arayışlarından göründüyü kimi, Bakı şəhəri, Səbail ray onu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 nömrəli mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 nömrəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş və iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də bildirməmişlər.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(009)269/2023 saylı qətnaməsi ilə (hakim Ş.Abd ullayev) iddia təmin edilərək, Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 2 nömrəli mənzilindən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 26% dərəcəsi olmaqla 36 ay müddətinə 53600 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Xı rdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən bank borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-428/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilini hərracdan İddiaçı ASC əldə etmiş və həmin əmlaka dair mülkiyyət hüququ barədə xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış almışdır. Mübahisəli mənzil bankın mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar.

11. Məhkəmə qeyd edib ki, iddiaçı cavabdehlərin mübahisəli mənzilindən istifadəsinə etiraz etdiyindən və iddiaçının tələbi ilə cavabdehlər mənzili boşaltmadığından, bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Digər tərəfdən cavabdehlərin mübahisəli mənzilə hər hansı hüquqları yoxdur və həmin mənzil qanuni əsaslarla özgəninkiləşdirilmişdir. Məhkəmə hesab edib ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan və bununla da cavabdehlərin, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin mübahisəli mənzildən istifadə edilməsi üçün hər hansı qanuni əsaslar müəyyən edilmədiyindən, iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh2 apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(009)-269/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə məhkəmə proseslərində onun iştirakını təmin etməmiş, iddiaya qarşı etiraz verməyinə şərait yaratmamışdır. Beləliklə məhkəmə araşdırılması bir tərəfli qaydada aparılaraq, ödədiyi qəb zlərin məhkəməyə təqdim etməyinə imkan verilməmişdir. Bundan başqa, iddiaçı ilə cavabdehin arasında olan şifahi razılaşmaya əsasən mənzil iddiaçının mülkiyyətinə keçmiş olasa da, kredit ödənişləri davam etdirilir, bunun müqabilində iddiaçı cavabdehlərin həmin evdə yaşamasına etiraz etmir və kredit borcu bağlandıqdan sonra yenidən mənzil mülkiyyətçilərin adına keçiriləcəkdir. Lakin iddiaçı tərəflər arasında olan razılaşmaya əməl etməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununlada Mülki Məcəllənin 425-ci maddəsinin tələblərini pozmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2756/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.F. Babayev (sədrlik edən və məruzəçi), R.Ə. Eyvazov və G. T. Axundova) apelyasiya şikayəti təmin edilməmiş, Bak ı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

17. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edib ki, iş materiallarından görünüdüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı bütün proses iştirakçılarının məhkəmə iclasında iştirakı təmin edilmişdir. Belə ki, iş materiallarında olan xəbərnamədən göründüyü kimi məhkəmə prosesinin yeri və vaxtı barədə bil diriş cavabdehin ünvanına çatdırılmış və cavabdeh bildirişi imza edərək qəbul etmişdir. Bundan başqa, poçt göndərişlərinin izlənməsi barədə portaldan çıxarışdan görünür ki, məhkəmə bildirişi Cavabdeh2 çatdırılmışdır. Buna görə də kollegiya bu dəlili əsassız hesab edib.

18. Kollegiya həmçinin apellyatorun birinci instansiya məhkəməsində iştirakını təmin etmədiyi üçün ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilməməsi barədə dəlilini də əsassız hesab edərək qeyd edib ki, cavabdeh həmin qəbzləri nə apellyasiya şikayətinə əlavə etmiş, nə də apellyasiya məhkəmə baxışında qeyd edilən qəbzləri təqdim etmişdir.

19. Kollegiya həmçinin apellyatorun «iddiaçı ilə cavabdehin arasında olan şifahi razılaşmaya əsasən mənzil iddiaçının mülkiyyətinə keçmiş olsa da, kredit ödənişləri davam etdirilir, bunun müq abilində iddiaçı cavabdehlərin həmin evdə yaşamasına etiraz etmir» barədə dəlilini də əsassız hesab edərək bildirib ki, cavabdeh qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1, 157.2, 157.4-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 (vəkili Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkməsinin Mülki Kollegiyasının 2(103)-2756/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılma sını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin arasında olan şifahi razılaşmaya əsasən mənzil iddiaçının mülkiyyətinə keçmiş olsa da, kredit ödənişləri davam etdirilir, bunun müqabilində iddiaçı cavabdehlərin həmin evdə yaşamasına etiraz etmir və kredit borcu bağlandıqdan sonra yenidən mənzil mülkiyyətçilərin adına keçiriləcəkdir. Lakin iddiaçı tərəflər arasında olan razılaşmaya əməl etməyərək nəticədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Prosessual hüquq pozuntulara gəldikdə, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin cavabdehin məhkəmə prosesində iştirak edə bilmədiyindən iddia ərizəsi ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməyib və bununla da MPM-in tələbləri pozulmuş və bu pozuntu iş ü zrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.

23. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 158.4, 425-ci maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 2.2, 217-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

27. Maddə 152.1. Mülkiyyət hüq uqu-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

30. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.

31. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həm in şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İddia tələbi İddiaçı ASC-nin mənzil üzərində mülkiyyət hüququndan irəli gəlir. Mülkiyyət hüququ, mülkiyyətçinin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə b ilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.5-ci maddəsi).

43. İşin halları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehlərin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir.

44. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hü quqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

45. Baxılan işdə iddianın təmin olunması üçün qanunda müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

46. Kassatorun borcu ödəməklə mənzildə qalmaq barədə iddiaçı ilə razılaşdığı haqqında dəlilləri iş materia lları ilə təsdiq edilmir.

47. Cavabdehin məhkəmə prosesində iştirak edə bilmədiyindən iddia ərizəsi ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilmədiyi, bununla da MPM-in tələbləri pozulduğu barədə kassatorun dəlili də əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2023cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Cavabdeh2 xəbərnaməyə imza edilməklə rəsmi qaydada verilmiş, lakin o, heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Kas sasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2756/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar