Məhkəmə qərarları › İş №2(009)-2704/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2704/2025

25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2704/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi faktın müəyyən olunması barədə ərizəsinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o,X5 ilə X2nın birgə nikahından xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan olmuşdur. X4 ilə X2nın birgə nikahından yeddi övladı dünyaya gəlmişdir. Atası ilə anasının “evlənmək haqqında şəhadətnaməsi” ərizəsinə əlavə etmişdir. Həmin şəhadətnamədən görünür ki, X5 anası X18 ilə xx.xx.1966-cı il tarixdə birgə nikaha daxil olublar. X5 xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikasının, Krasnoselo rayonun, Toxluca kəndində anadan olmuşdur. X2 da xx.xx.1945-ci il tarixdə Ermənistan Respublikasının, Krasnoselo rayonun, Toxluca kəndində anadan olmuşdur. X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində “Ürəyin aterosklerotik” xəstəliyindən vəfat etmişdir. X19 ana adı “Zəhrə”, ata adı isə “Məcid”, atası Bayraməlinin ata adı “Kərəm”, ana adı isə “Nazanı” olmuşdur. Onun üç bacı, üç qardaşı var: X7, X10, X8, X11, X15 və X12 atası ilə anasının birgə nikahından dünyaya gəliblər. Doğum haqqında şəhadətnamənin alınması ilə bağlı Səbail rayon qeydiyyat şöbəsinin xx.xx.2025ci il tarixli imtinasını ərizəsinə əlavə etmişdir. Onun pasport qeydiyyatı ünvan 1 ünvanda faktiki olaraq yaşayır. Göründüyü kimi, onun üçün hüquqi əhəmiyyəti olan faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi onun xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının, Krasnoselo rayonunda doğulması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi öz ərizəsini tam müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış məktubda işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. Qardaşı 1966-cı ildə iyun ayının 20-də Ermənistan Respublikasının, Krasnoselo rayonunda anadan olmuşdur. X1, anaları isə X14 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Qardaşı 1966-cı ildə iyun ayının 20-də Ermənistan Respublikasının, Krasnoselo rayonunda anadan olmuşdur. X1, anaları isə X14 olmuşdur. İş üzrə Ermənistan SSR Krasnoselo rayonun Toxluca kənd soveti tərəfindən verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X16 (xx.xx.1942-ci il təvəllüdlü) ilə X18 (1945-ci il təvəllüdlü) arasında xx.xx.1966-cı il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 7 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X14 xx.xx.2025-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 491 No ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi ürəyin aterosklerotik xəstəliyi göstərilmişdir. İş üzrə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2150/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizənin təmin edilməsi, 1945-ci ildə Ermənistan SSR, Krasnoselo rayonu, Toxluca kəndində anadan olmuş X13 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında akt qeydləri kitabında X13 doğum tarixi xx.xx.1945-ci il, doğulduğu yer Ermənistan SSR, Krasnoselo rayonu, Toxluca kəndi, ata qrafasında – Mamedov Məcid (milliyəti azərbaycanlı), ana qrafasında – Mamedova Zəhrə (milliyəti azərbaycanlı) kimi məlumatların göstərilməsi, qətnamənin qeydiyyat şöbəsi tərəfindən X13 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, 15 mart 1942-ci ildə Ermənistan SSR, Krasnoselo rayonu, Toxluca kəndində anadan olmuş X9 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında akt qeydləri kitabında X9 doğum tarixi 15 mart 1942-ci il, doğulduğu yer Ermənistan SSR, Krasnoselo rayonu, Toxluca kəndi, ata qrafasında – İsmayılov Kərəm (milliyəti azərbaycanlı), ana qrafasında – İsmayılova Nazanı (milliyəti azərbaycanlı) kimi məlumatların göstərilməsi, qətnamənin qeydiyyat şöbəsi tərəfindən X9 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması qət edilmişdir. İş üzrə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, onun Ermənistan Respublikası Krasnoselsk (Çəmbərək) rayonunda qeydə alınan doğum akt qeydinin bərpası ilə bağlı müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazısının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət edə bilər. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən belə məlum olur ki, X7 Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuş, ata qrafasında X16, ana qrafasında X3 məlumatlar qeyd edilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən belə məlum olur ki, X11 Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuş, ata qrafasında X16, ana qrafasında X3 məlumatlar qeyd edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Lakin ərizəçi doğum haqqında şəhadətnamənin əslini itirmiş və doğum haqqında şəhadətnamənin dublikatını almaq üçün Səbail rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin orqan bu akt qeydin bərpa edilməsindən imtina etmiş və doğum akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin doğum akt qeydlərinin Azərbaycan Respublikası ərazisində qeydiyyat şöbəsi tərəfindən bərpasının qeyri-mümkünlüyü ərizəçinin Azərbaycan Respublikası ilə hüquqi yardımla bağlı müqaviləsi mövcud olmayan Ermənistan Respublikasında icra olunması ilə əlaqədardır. Bu səbəbdən məhkəmə ərizəçinin hazırki tələblə məhkəməyə müraciət etməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olması məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq olunduğundan, eyni zamanda doğum haqqında akt qeydinin bərpası başqa yolla mümkün olmadığından, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 1966-cı ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx xxxx 1966-cı il, doğulduğu yer Ermənistan Respublikası Krasnoselo rayonu, ata qrafasında – X16 (milliyəti azərbaycanlı), ana qrafasında – X14 (milliyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar