Məhkəmə qərarları › İş №2(009)-2709/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2709/2021

06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2709/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1978cı il tarixdən 1989-cu il tarixədək Ağdam rayon “Nətavan2 adına üzümçülük sovxozunun 8No-li briqadasında fəhlə, 1989-cu il tarixdən 1993-cü ilin iyul ayının 23-dək həmin sovxozun Qullar kənd uşaq bağçasında 1 ştat vahidi tərbiyəçi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu tarixli 3 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4-cü bəndə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Qanunun göstərilən tələbindən göründüyü kimi məhkəmə o vaxt hüquqi əhəmiyyətli faktları müəyyən edir ki, həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması mümkün olmasın. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş Ağdam rayon Nətavan adına sovxozun X1 Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, həmin arayışda Ərizəçi 1978-cı il tarixdən 1989-cu il tarixədək Ağdam rayon “Nətavan2 adına üzümçülük sovxozunun 8No-li briqadasında fəhlə, 1989-cu il tarixdən 1993-cü ilin iyul ayının 23-dək həmin sovxozun Qullar kənd uşaq bağçasında 1 ştat vahidi tərbiyəçi işləməsi qeyd olunmuşdur. Göründüyü ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi fakt artıq arayışla tam təsdiq olunmuşdur. Belə olan halda hakim hesab edir ki, müəyyən olunmuş faktın yenidən məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bu səbəbdən hakim hesab edir ki, ərizəçinin ərizəsi məhkəmədə baxılmalı olamdığı üçün ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. Hakim qeyd edir ki, ərizəçiyə əmək stajının hüquqmüəyyənedici sənədlər nəzərə alınmala əmək pensiyasının təyin edilməsi ilə bağlı müvafiq orqana müraciət etmək hüququ izah edilməlidir. Əgər ərizəçiyə onun təqdim etdiyi sənədlər əsasında işlədiyi dövrün əmək stajı kimi hesab edilməsindən və pensiya təyin olunmasından imtina olunursa, bu halda ərizəçi həmin imtinanı verən inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət etməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçiyə pensiyanın təyin edilməsi ilə bağlı müvafiq inzibati orqana müraciət edilməsi, belə müraciət inzibati orqan tərəfindən təmin olunmadığı halda həmin orqanın hərəkətlərindən və qəbul etdiyi qərardan müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar