Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2727/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə, Ərizəçi iştirakları ilə Ərizəçi (maraqlı şəxs Heydər Əliyev adına X15 qeyd edilməklə) qohumluq faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, atası X10 19.09.1947-ci ildə Azərbaycan Respublikası Dəvəçi şəhərində anadan olmuş, doğumu 27.09.1947-ci ildə 145 saylı ilə akt qeyləri kitabında qeydə alınmışdır. 1947-ci ildə ailəsi Ukraynanın Luqansk vilayətinin Staxanov şəhərinə köçmüş və valideynləri rəsmi sənədlərdə onun adını və ata adını dəyişdirərək adını Anatoli, ata adını isə İsmayıl kimi qeyd etmişlər. Lakın Ərizəçi atası uzun illər sonra Azərbaycana qayıdıb doğum haqqında şəhadətnaməsini alanda əsl ad və ata adını öyrənmiş, daha sonra isə bu şəhadətnaməyə əsasən yeni şəxsiyyət vəsiqəsi almışdır. Şəhadətnaməyə əsasən şəxsiyyət vəsiqəsində adı Tofiq, ata adı isə Həmdulla olaraq qeyd edilmişdir. Lakin Ərizəçi, qardaşının və bacısının doğum haqqında şəhadətnaməsində ata qrafasında atalarının adı X9 olaraq qeyd edilmişdir. Atası 2012-ci ildə Səbail Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına dair qeydiyyat vərəqində mülkiyyətçi kimi göstərilən X9 ilə X4 eyni şəxslər olması faktının müəyyən edilməsini xahiş etmiş və iddiası təmin edilmişdir. 03.07.2021-ci il tarixdə Ərizəçi atası rəhmətə getmiş və Ərizəçi işlədiyi Heydər Əliyev adına NEZ-na ərizə ilə müraciət edərək ona atasının vəfatı ilə əlaqədar maddi yardım göstərilməsini xahiş etmişdir. Lakin təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan əsasnamədə nəzərdə tutulmuş maddi yardımın ona göstərilməsindən imtina edilmişdir. Qeyd etdiyi faktları qohumları da təsdiq edə bilər. Göstərilənləri nəzərə alaraq X4 Ərizəçi atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Heydər Əliyev adına X14 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini Məhkəməyə bildirməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə Heydər Əliyev adına X14 03.08.2021-ci il tarixli, SOCAR**********30560046X00065 saylı Ərizəçi 12.07.2021-ci il tarixli maddi yardımın göstərilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, maddi yardım verilməsi üçün təqdim edilmiş sənədlərdə uyğunsuzluq olduğu üçün ona Əsasnamədə nəzərdə tutulan maddi yardımın göstərilməsi mümkün deyildir. İş üzrə AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş kserosurətindən görünür ki, Ərizəçi ata qrafasında Anatoliyeviç göstərilmişdir. İş üzrə Səbail Rayon Məhkəməsinin 2(009)-248/2012 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilə dair Bakı şəhəri Texniki İnventalaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21.05.1997-ci il tarixdə verilmiş MH seriyalı 086277 saylı qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi göstərilən X9 ilə ərizəçi X4 eyni şəxslər olduğu və həmin qeydiyyat vəsiqəsinin X7 məxsus olması faktı müəyyən edilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin təsdiq olunmuş kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur, ata qrafasında X9, ana qrafasında X5 göstərilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin təsdiq olunmuş kserosurətindən görünür ki, X10 19.09.1947-ci ildə Dəvəçi şəhərində anadan olmuşdur, ata qrafasında X8, ana qrafasında Kalaşnikova Yevdakiya Danilovna göstərilmişdir. İş üzrə ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş kserosurətindən görünür ki, X10 03.07.2021-ci ildə vəfat etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ərizəçinin doğum haqqında şəhadətnaməsinin ata qrafasında qeyd edilən Xəlilov Anatoli X1 ilə eyni şəxslər olduğu öz təsdiqini tapdığından həmin hüquqi fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 Ərizəçi atası olması üzrə qohumluq münasibətləri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2727/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2727/2021
23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver