Məhkəmə qərarları › İş №2(009)-2732/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2732/2020

21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2732/2020 21.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh1 Ələkbər qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 qarşı qarşı yaşayış sahələrinə görə borcun tutulması tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi cavabdehlər Cavabdeh1 Ələkbər qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 qarşı mənzil xidmət haqqına və məişət tullantılarına görə yaranmış borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 cəmi 146,40 manat, Cavabdeh2 cəmi 262,92 manat, Cavabdeh3 cəmi 176,40 manat, Cavabdeh4 cəmi 80,64 manat və Cavabdeh5 cəmi 31,68 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, idddaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o cavabdehdən ayrı-ayrı – müqavilələr üzrə yaranmış borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilən Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, hazırki tələblər ayrı-ayrı şəxslərdən mənzil xidmət haqqına və məişət tullantılarına görə yaranmış borcun tutulması ilə bağlıdır və həmin tələblər arasında hər hansı bağlılıq yoxdur. Cavabdehlər ayrı-ayrı ünvanlarda yaşayırlar, tələb olunan borc cavabdehlərin ayrıayrılıqda yarandığı borclarıdır və onlar arasında heç bir əlaqə yoxdur. Beləliklə hakim hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, ərizənin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim izah edir ki, iddiaçı yaranmış borcla bağlı hər cavabdehə qarşı ayrıca şəkildə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh1 Ələkbər qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X1 qarşı yaşayış sahələrinə görə borcun tutulması tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar