Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2734/2021 07.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi) “nikahın qeydə alınması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edildiyi) “nikahın qeydə alınması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 15 dekabr 1934-cü ildə Ermənistan SSR Noemberyan rayonunda doğulmuş X3 ilə 15.02.1959-cu il tarixdə nikahının bağlanması və bu barədə 1959-cu ilin fevral ayının 15-ci günündə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeydın aparılması faktının müəyyən edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilərək nikah haqqında akt qeydinin bərpa edilməsi, nikah haqqında şəhadətnamədə nikah bağlandıqdan sonra ər qrafasında “Baliyev” arvad qrafasında “Baliyeva” soyadlarının qeyd edilməsi, qeydə alındığı yer “Ermənistan SSR, Noemberyan rayonu”, verildiyi tarix “15 fevral 1959-cu il” göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, 1944-cü ildə Ermənistan Respublikası Noemberyan rayonunda anadan olmuşdur. Onun valideynləri onun doğumunu təsdiq edən şəhadətnaməni Ermənistan Respublikasında almışlar. O, 15.02.1959-cu ildə X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin vaxt nikahları rəsmiləşdirilərkən ona “Baliyeva” soyadı verilmişdir. Həyat yoldaşı X3 09 avqust 2021-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. Birgə nikahda olduqları dövrdə həyat yoldaşı və beş övladı ilə birlikdə ünvan 1 ünvanında yaşamışlar, hal-hazırda o, 3 övladı ilə birlikdə həmin evdə yaşayır. Həyat yoldaşı prezident təqaüdçüsü olmuş, o, vəfat etdikdən sonra onun təqaüdünü öz adına keçirtmək üçün “Dost” Mərkəzində ondan nikah haqqında şəhadətnaməni tələb etmişlər. O, yaşadığı evdə nikah haqqında şəhadətnaməni nə qədər axtarsa da tapa bilməmişdir. O, daha sonra bunun üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, oradan ona 09.09.2021-ci il tarixli cavab məktubu ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Hazırda rəhmətə gedən həyat yoldaşının təqaüdünün onun adına keçirilməsi məsələsi ilə bağlı tələb olunan sənədləri toplamaq üçün nikah haqqında şəhadətnamənin bərpa olunub yenisinin verilməsi tələb olunur. Lakin bunun bərpası mümkün deyildir. Göstərilənlərdən aydın olduğu kimi onun nikah haqqında şəhadətnaməni başqa qaydada bərpa etməyi mümkün deyildir və ona görə də, mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq nikahın qeyd edilmə faktı müəyyən edilməlidir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Ərizəçi ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin ərizə təqdim edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və ərizədə yanlışlığa yol verildiyindən X1 ata adının "Alı" kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin tələbini, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşının yoldaşı, mərhum X4 isə onun qardaşıdır. Təsdiq edir ki, mərhum qardaşı X4 ilə Ərizəçi 1959-cu il tarixdə Ermənistan SSR, Noemberyan rayonunda nikaha daxil olmuşlar. Lakin onları doğma torpaqlarından getməyə məcbur etdiklərinə görə Azərbaycana gələndə həmin sənəd itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi onun anası, mərhum X4 isə onun atasıdır. Valideynlərinin 1959-cu ildə Ermənistan SSR, Noemberyan rayonunda yaşayan dövrdə rəsmi nikaha daxil olmaları ona məlumdur, belə ki, o, ailə üzvlərinə aid digər sənədlərlə birlikdə valideynlərinə aid nikah haqqında şəhadətnaməsini də evdə özü şəxsən görmüşdür. Lakin bir müddət sonra onları doğma torpaqlarından getməyə məcbur etdiklərinə görə Azərbaycana gələndə həmin sənəd itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qaynının yoldaşıdır. Təsdiq edir ki, mərhum qaynı X4 ilə Ərizəçi 1959-cu il tarixdə Ermənistan SSR, Noemberyan rayonunda nikaha daxil olmuşlar. Lakin onları doğma torpaqlarından getməyə məcbur etdiklərinə görə Azərbaycana gələndə həmin sənəd itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qayınanası yoldaşı, mərhum X4 isə onun qayınatası olmuşdur. Təsdiq edir ki, mərhum qayınatası X4 ilə qayınanası Ərizəçi 1959-cu il tarixdə Ermənistan SSR, Noemberyan rayonunda nikaha daxil olmaları ona məlumdur. Lakin onları doğma torpaqlarından getməyə məcbur etdiklərinə görə Azərbaycana gələndə həmin sənəd itmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 01794372 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 15.12.1934-cü il tarixdə Ermənistan Respublikası, Noemberyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1944-cü il tarixdə Ermənistan Respublikası, Noemberyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ermənistan SSR Noyanberyan rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-СЛ seriyalı, 411021 nömrəli, 17.01.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04.01.1974-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X4, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 12 avqust 2021-ci il tarixli, AZ-İİ seriyalı, 159938 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09.08.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 12.08.2021-ci il tarixdə, 506 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 09 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa olunması qaydasının 14-cü bəndində göstərildiyi kimi itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa olunur. Məhkəməyə müraciət etməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara, eləcə də dindirilmiş şahidlərin ifadələrinə əsaslanaraq hesab edir ki, 1944-cü il təvəllüdlü Ərizəçi mərhum əri 1934-cü il təvəllüdlü X4 arasında bağlanmış nikahın qeydə alınması faktının müəyyən edilməsini təsdiq etmək üçün kifayət qədər sübut vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə qeyd olunanları, eləcə də Ərizəçi onunla mərhum əri X4 arasında bağlanmış nikahın qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 1944-cü il təvəllüdlü Ərizəçi ilə mərhum əri 1934cü il təvəllüdlü X4 arasında 15.02.1959-cu il tarixdə Ermənistan Sovet Sosialist Respublikası, Noemberyan rayonunda bağlanmış nikahın qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 305- 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1944-cü il təvəllüdlü Ərizəçi mərhum əri 1934-cü il təvəllüdlü X4 arasında 15.02.1959-cu il tarixdə Ermənistan Sovet Sosialist Respublikası, Noemberyan rayonunda bağlanmış nikahın qeydə alınması faktı müəyyən edilsin. Nikah haqqında bərpa akt qeydi tərtib edilərək ərin soyadı qrafasında “Baliyev” arvadın soyadı qrafasında “Baliyeva” soyadları qeyd edilməklə bu barədə müvafiq sənədin verilməsi Səbail rayonu Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2734/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2734/2021
07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver