Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2761/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat, 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan işlətmək məqsədi ilə komplekt şəkildə pivə aparatı və onun avadanlıqlarını alıb. (1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat, 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat). Həmin pivə aparatı və avadanlıqları yeni (işlənməmiş) vəziyyətdə olub. Daha sonra cavabdeh pivə aparatı və avadanlıqlarını itirməyi, bu səbəbdən də 01 iyul 2021-ci il tarixdə pivə aparatı və avadanlıqlarını alaraq ona qaytarmağı barədə bildiriş yazaraq imzalayıb. Lakin buna baxmayaraq, cavabdeh göstərilən tarixdə pivə aparatını və avadanlıqlarını alaraq ona qaytarmayıb. Bununla əlaqədar olaraq cavabdehdən pivə aparatı və avadanlıqlarını, bu mümkün olmadıqda onun dəyərini qaytarmağı dəfələrlə tələb etsə də, cavabdeh pivə aparatı və ya onun dəyəri olan pulu qaytarmaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, teleqram ilə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. İddia ərizəsində qeyd olunan avadanlıqlar yeni olmamış, ona istifadə olunmuş şəkildə verilmişdir. Həmin əşyaların bəziləri yoxdur. İddiaçı tərəfindən qeyd olunan qiymət isə çox yüksəkdir. Qeyd olunan əşyaları iddiaçıya qaytaracaqdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh İddiaçı 01 iyul 2021ci il tarixdə 1 ədəd barni pivə aparatı, 2 ədəd 50 litrlik boçka, 1 ədəd qaz balonu, 1 ədəd reduktor, 1 ədəd pistolet, 40 ədəd bakal aldığını və ona qaytaracağını yazaraq imzalayıb. İş materiallarında olan "xxxx" MMC-nin 14/2021 saylı, 19 iyul 2021-ci tarixli qiymətləndirməyə dair arayışından görünür ki, 1 ədəd pivə aparatının dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçkanın hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonunun dəyəri 100 manat, 1 ədəd reduktorun dəyəri 120 manat, 1 ədəd pistoletin dəyəri 120 manat, 1 ədəd krantın dəyəri 120 manat, 40 ədəd bakalın hər birinin dəyəri 4 manat müəyyən olunub. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, Cavabdeh İddiaçı qaytarmaq şərti ilə istifadə etmək üçün 1 ədəd barni pivə aparatı, 2 ədəd 50 litrlik boçka, 1 ədəd qaz balonu, 1 ədəd reduktor, 1 ədəd pistolet, 40 ədəd bakal götürmüşdür. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat, 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat alınaraq İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu (32 manat) cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 ədəd (yeni) pivə aparatı və ya dəyəri 1200 manat, 2 ədəd 50 litrlik boçka və ya hər birinin dəyəri 100 manat, 1 ədəd qaz balonu və ya dəyəri 100 manat, 1 ədəd reduktor və ya dəyəri 120 manat, 1 ədəd pistolet və ya dəyəri 120 manat, 1 ədəd krant və ya dəyəri 120 manat, 40 ədəd bakal və ya hər birinin dəyəri 4 manat alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2761/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2761/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver