Məhkəmə qərarları › İş №2(009)-2770/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2770/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2770/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 2970,21 (iki min doqquz yüz yetmiş manat 21 qəpik) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh xx.xx.2025-ci il tarixli ******* nömrəli müqavilə üzrə mağazamızdan İphone 15 Pro 256 Natural markalı telefona ilkin ödəniş 650 (altı yüz əlli) manat ödəyərək, 1800 (bir min səkkiz yüz) manat məbləği hissəsini kreditlə əldə etmişdir. Cavabdeh qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərini pozmuş və bu günə qədər aylıq ödənişlərini etməmişdir. Cavabdeh müqavilənin şərtlərində göstərilmiş 1800 (bir min səkkiz yüz) manatı və həmin müqavilənin şərtlərində göstərilən hər ödənilməyən günə görə yaranan faiz borcunu bu günə kimi ögəməmişdir. Odur ki, Cavabdeh üzərinə düşən öhdəlik bu günə kimi öz həllini tapmamışdı. Məlumat üçün bildirirəm ki, Cavabdeh bu günə olan borcu 1800 (bir min səkkiz yüz) manat qalıq borcu gecikən günlərə görə 1026 (bir min yirmi altı) manat faiz borcu, 95 (doxsan beş) manat çəkilmiş xərc və ödənilmiş dövlət rüsumu 49,21 manat cəmi 2970,21 (iki min doqquz yüz yetmiş manat 21 qəpik) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli nisyə alqı satqı müqaviləsindən görünür ki, satıcı dəyəri 2450 manat olan malı alıcıya satmağı alıcı isə 650 manat ilkin ödəniş edərək malı qəbul edib qalıq pul məbləğini ödəməyi öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1800 manat əsas borc, 1026 manat dəbbə borcu vardır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya əsasən, İphone 15 pro markalı telefon alınmış və nəticədə 1800 manat borc yaranmışdır. Cavabdeh razılaşmanın şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2450 manat olan telefon üçün 1800 manat ödənilməmiş hissə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 650 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (MM-600.4) - 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan razılaşmaya əsasən cavabdeh iddiaçıdan aldığı telefonun pulunu iddiaçıya ödəməyi öhdəsinə götürməsi, lakin öhdəliyini lazımı qaydada icra etməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə öz təsdiqini tapır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, cavabdeh aralarında olan razılaşmaya əsasən üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən iddiaçı qarşısında məsuliyyət-cavabdehlik daşıyır. Məhkəmə iddia ərizəsinin “1026 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 1800 manat məbləğində əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 1026 manat cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə, iddianın dəymiş zərər tələbinə dair hissəsi ilə bağlı iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddianın həmin hissədə təmin edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, cəmi 1900 (bir min doqquz yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu, cəmi 1900 (bir min doqquz yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 39 (otuz doqquz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar