Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2792/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Hakim ərizəni araşdıraraq hesab edir ki, sənədlər geri qaytarmalıdır. Belə ki, AR MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim həmçinin iddiaçının xahişini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 144 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən və AR MPM-nin 152.1.9-cu maddələrini rəhbər tutaraq, hakim… QƏRARA ALDİ: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumu (büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, Xzin hesab AZ17CTRE********************) iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2792/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2792/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver