Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-280/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs kimi qeyd edildiyi) “hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 15.08.1995-ci tarixində Ermənistan SSR-nin Qafan rayonu, Kacaran şəhəridə anadan olmağı faktının müəyyən edilməsi ilə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata qrafasında 1925-ci ildə Ermənistan SSR-i Qafan rayonu Kurud kəndində anadan olmuş X2, ana qrafasında isə 1925-ci ildə Ermənistan SSR-i Qafan rayonu Keypəşin kəndində anadan olmuş X6 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 15.08.1995-ci tarixində Ermənistan SSR-nin Qafan rayonu, Kacaran şəhəridə anadan olmuş, atası X2 1925-ci ildə Ermənistan SSR-i Qafan rayonu Kurud kəndində anadan olmuş, anası X7 1925-ci ildə Ermənistan SSR-i Qafan rayonu Keypəşin kəndində anadan olmuşdur. O, bir müddət Ermənistanda yaşayandan sonra Bakı şəhərinə köçmüş, ali təhsil almış, sonra ailə həyatı qurmuş və halhazırda ailəsi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi 2 saylı evin 24/25 saylı mənzilində yaşayır. Belə ki, doğum haqqında şəhadətnamə və köhnə Sovet pasportu ona Ermənistanda verilmiş, Azərbaycana köçəndən sonra yeni pasport və şəxsiyyət vəsiqəsi almış və sənədləri alanda doğum haqqında şəhadətnamə naməlum şəraitdə itirilmişdir. Hal-hazırda yaranmış zərurətlə əlaqədar doğum haqqında şəhadətnaməni bərpa etmək üçün Səbail rayon Qeydiyyat şöbəsinə müraciət edərək doğum akt qeydinin bərpa etməsini xahiş etmiş, sonuncu vətəndaşlıq vəziyyəti aktının bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məlum hadisələrlə əlaqədar Ermənistan Respublikası ilə heç bir əlaqələri olmadığından onun doğum akt qeydi isə orada aparıldığından doğum akt qeydini yalnız məhkəmə qaydasında bərpa etmək mümkündür. Doğum akt qeydi bərpa edilmədən doğum haqqında şəhadətnamənin alınması mümkün deyildir. Ona görə də doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Hesab edir ki, belə olan halda onun doğum faktı məhkəmə qaydasında müəyyən edilməli və bu barədə müvafiq doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmalıdır. Sonradan ərizəçinin nümayəndəsi və vəkili dəqiqləşdirmə barədə ərizə verərək, Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan SSR-nin Qafan rayonu, Kacaran şəhəridə anadan olmağı faktının müəyyən edilməsi ilə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata qrafasında 1925-ci ildə Ermənistan SSR-i Qafan rayonu Kurud kəndində anadan olmuş X2, ana qrafasında isə 1925-ci ildə Ermənistan SSR-i Qafan rayonu Keypəşin kəndində anadan olmuş X6 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçinin nümayəndəsi və vəkili dəqiqləşdirmə barədə ərizə verərək, Ərizəçi xx.xx.1955-ci il tarixində Ermənistan SSR-nin, Qafan rayonu, Qaçaran şəhərində anadan olmağı faktının müəyyən edilməsi ilə doğum akt qeydinin bərpa edilməsi, doğum akt qeydinin ata qrafasında 1925-ci ildə Ermənistan SSR, Qafan rayonu, Kurud kəndində anadan olmuş X2, ana qrafasında isə 1925-ci ildə Ermənistan SSR, Qafan rayonu, Keypəşin kəndində anadan olmuş X8 göstərilməklə yeni Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iş materialına əlavə olunmuş ərizəçinin qardaşına aid Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 647017 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 24.08.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X2, miliyyəti – azərbaycanlı, ana qrafasında Niftəliyeva Cəlal qızı, miliyyəti – azərbaycanlı qeyd edilmişdir. Bu halın da nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həyat yoldaşıdır. Onun həyat yoldaşı ilə qohumluqları ailə həyatı qurmamışdan əvvəl də olmuşdur. O təsdiq edir ki, həyat yoldaşı Ərizəçi 1955-ci ildə Ermənistan SSR Qaçaran şəhərində anadan olmuş, həyat yoldaşının atası X2 və anası X8 1925-ci ildə Ermənistan SSR-i Qafan rayonunda anadan olmuşlar. Həyat yoldaşının doğum haqqında şəhadətnaməsi Ermənistanda verilmiş, Azərbaycana köçəndən sonra yeni şəxsiyyət vəsiqəsi almış və sənədləri alanda doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisi olmuş, uşaqlıqları bir yerdə keçmişdir. O təsdiq edir ki, Ərizəçi 1955-ci ildə Ermənistan SSR Qaçaran şəhərində anadan olmuş, atası X2 olmaqla 1925-ci ildə Ermənistan SSR, Qafan rayonu, Kurud kəndində anadan olmuş, anası isə X8 olmaqla 1925-ci ildə Ermənistan SSR, Qafan rayonu, Keypəşin kəndində anadan olmuşdur. Maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi Səbail RPİ tərəfindən 07.04.2006-cı il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə, Ermənistan Respublikası Qafan rayonunda doğulmuşdur. İşə əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 647017 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 24.08.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X2, miliyyəti – azərbaycanlı, ana qrafasında Niftəliyeva Cəlal qızı, miliyyəti – azərbaycanlı qeyd edilmişdir. İşə əlavə olunmuş Bakı şəhəri Kirov Rayon VVADQ şöbəsi tərəfindən verilmiş İХ-ЖГ seriyalı, 257114 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13.08.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X12, miliyyəti – azərbaycanlı, ana qrafasında Ərizəçi, miliyyəti – azərbaycanlı qeyd edilmişdir. İşə əlavə edilmiş Ərizəçi müraciətinə Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsindən verilmiş 12.11.2021-ci il tarixli, 05/12-1497/15 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Bu qərarın 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsini doğum haqqında şəhadətnaməsinin itməsi və həmin sənədi başqa qaydada ala bilməməsi və bərpasının da mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: Həm məhkəmə araşdırması zamanı, həm də iş materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə, Ermənistan SSR, Qafan rayonunda Qaçaran şəhərində (kəndində) doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ərizəçinin atası X2 olmaqla 1925-ci ildə Ermənistan SSR, Qafan rayonu, Kurud kəndində anadan olmuş, anası isə X8 olmaqla 1925-ci ildə Ermənistan SSR, Qafan rayonu, Keypəşin kəndində anadan olmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahidlərin ifadələri və ərizəçiyə qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətli orqan - Səbail RPİ tərəfindən 07.04.2006-cı il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində əks olunmuş müvafiq məlumatlarla da öz təsdiqini tapır. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onların ərizəçinin həyat yoldaşı və həmkəndlisi olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X10 və X3 ifadələrini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsini və verilmiş sənəddə ərizəçiyə məxsus məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmiş və ərizəçi həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Sonradan doğum haqqında şəhadətnaməsini itirmiş, başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpası mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan SSR, Qafan rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan SSR, Qafan rayonunda Qaçaran şəhərində doğumunun qeydə alınması faktı müəyyən edilməli, Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, akt qeydində doğum tarixi qrafasında - xx.xx.1955-ci il, doğum yeri qrafasında - Qafan rayonu, Qaçaran şəhəri, ölkə qrafasında - Ermənistan SSR, ata qrafasında X2, ana qrafasında isə X8 göstərilməklə müvafiq məlumatlar qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1955-ci ildə, Ermənistan SSR, Qafan rayonunun Qaçaran şəhərində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, akt qeydində doğum tarixi qrafasında - xx.xx.1955-ci il, doğum yeri qrafasında - Qafan rayonu Qaçaran şəhəri, ölkə qrafasında - Ermənistan SSR, atası qrafasında - X2, milliyəti - azərbaycanlı, anası qrafasında - X6, milliyəti – azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi doğumu haqqında bərpa edilən akt qeydində göstərilən məlumatlar əsasında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-280/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-280/2022
10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver