Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2807/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh ("xxxx" MMC-nin hüquq varisi) «X6 LTD» MMC-yə qarşı «əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ("xxxx" MMC-nin hüquq varisi) «X6 LTD» MMC-yə qarşı «əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında xx.xx.2019-cu ildə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2024cü il tarixli MŞB/16-001646 saylı Barışıq Sazişinin ləğv edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı «Əmək və Məşğulluq» alt sistemində Qeydlərin aparılmasının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsasları: o, Cavabdehnə xx.xx.2019-cu ildə 64/k saylı əmrə əsasən «Sürücü» peşəsinə kimi işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə AR CM-nin 70-ci maddəsinin c) bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilməklə işdən azad edilmişdir. O, AR ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılmasını əsassız hesab edərək «Mediasiya» təkliyi ilə cavabdehə müraciət etmişdir. Mediasiya prosesi zamanı Cavabdeh MMC ilə «Barışıq Sazişi» imzalanmışdır. Həmin sazişə görə Cavabdeh MMC-nin hüquqi varisi «X6 LTD» MMC öz öhdəsinə götürmüşdür ki, İddiaçı aid olan xx.xx.2020-ci il tarixli, 22 saylı əmrdə düzəliş edərək onun ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndi ilə işdən azad edilməyi barədə əmək kitabçasında düzəliş edəcəkdir (Barışıq sazişi xx.xx.2024-cü ildə bağlanıb). Lakin cavabdeh Barışıq sazişinin şərtlərinə əmək etməmişdir. «X6 LTD» MMC X3 xidmətinə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC-nin sisteminə girərək İddiaçı ƏM-nin 68-ci maddəsinin 2a) yarımbındi ilə əmək müqaviləsinə xitam verilməsi aktiv asan imza olmaması səbəbindən qeyri-mümkündür. O. X3 xidməti Bakı Baş İdarəsinə köməklik göstərilməsi xahişi ilə müraciət etmişdir. Bakı şəhər İdarəsi xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilməlidir. xx.xx.2025-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onunla Cavabdeh MMC arasında xx.xx.2019-cu ildə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı «Əmək və Məşğulluq» alt sistemində Qeydlərin aparılmasının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə həvalə edilməsi və cavabdeh kimi «X6 LTD» MMC-nin işə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin hüquqi varisi «X6 LTD» MMC – nin nümayəndəsi X4 iddiaya etiraz edərək iddiaçı ilə barışıq sazişi bağlandığını, bunun əsasında onun öz təşəbbüsü ilə işdən azad edilməsi barədə əmr qəbul edilməsini və bu barədə X3 Xidmətinə məlumat verilməsini bildirmişdir, belə ki, Cavabdeh MMC artıq ləğv edildiyindən onun adından elektron sistemdə heç bir əməliyyat həyata keçirə bilmirlər. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - ******* nömrəli, xx.xx.2019-cu il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir. - İA-480-1/24 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Cəmiyyətin Satış Departamenti, Çörəkçi satış şöbəsi, Ərzaq mağazalar bölməsinin Sürücü vəzifəsində çalışan işçisinə. "xxxx" MMC tərəfindən 13 iyul 2020-ci il tarixində verilmiş 224/k nömrəli əmr qüvvədən düşsün və ARƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə (işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmiş əmək müqaviləsinə "Mediasiya haqqında" AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16-001646 nömrəli barışıq sazişinə əsasən, 13 iyul 2020-ci il tarixindən ARƏM-in 68- ci maddəsinin 2.a) yarımbəndinə əsasən(işçinin təşəbbüsü ilə) xitam verilmişdir. -01 iyul 2025-ci il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 Xidmətinin məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq" alt sistemində qeydlərin aparılması hüququ X3 Xidmətinə həvalə edilməlidir. - 26 dekabr 2024-cü il tarixli, 3-17-5/2-57166/2024 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 Xidməti Bakı şəhər İdarəsi ünvanladığı Cavabdeh MMC-nin hüquq varisi «X6 LTD» MMC-yə müraciətindən görünür ki, İddiaçı barəsində müvafiq olaraq Cavabdeh MMC tərəfindən «Əmək və Məşğulluq» altsisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0001X0 nömrəli əmr «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-001646 nömrəli barışıq sazişinə əsasən tərəflərindən ləğv edilmişdir. -«X6 LTD» MMC-nin X3 Xidməti Bakı şəhər idarəsinə ünvanladığı məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nin Satış Departamentinə. Sürücü vəzifəsinə işə qəbul edilmiş. xx.xx.2020-ci il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə (işçi özünün əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilməklə işdən azad edilmişdir. Belə ki, "xxxx" MMC-nin hüquqi varisi olaraq, tərəfimizdən olunan xx.xx.2024cü il tarixli 3-17-5/1-62129/2024 nömrəli müraciətə və "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2024-cü il tarixli MŞB/16- 001646 nömrəli barışıq sazişinə əsasən, "xxxx" MMC tərəfindən "Əmək və məşğulluq" altsisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx0001X0 nömrəli əmr ləğv edilmişdir. Lakin, qeyd etmək istəyirik ki, İddiaçı halhazırda "xxxx" MMC-nin sistemində aktiv işçi kimi görünməsi ilə bağlı bizə müraciət olunmuşdur. Tərəfimizdən. "xxxx" MMC-nin sisteminə daxil olaraq, qüvvədə olan əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2.a) yarımbəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsi aktiv asan imza olmaması səbəbindən qeyri-mümkündür. Odur ki, "xxxx" MMCnin hüquqi varisi olduğumuzu nəzərə alaraq, işçinin qüvvədə olan əmək müqaviləsinə tərəfimizdən ƏM-nin 68-ci maddəsinin 2.a) yarımbəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsi üçün ƏMAS sistemində giriş icazəsinin əldə edilməsinə dəstək olmağınızı xahiş edirik. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və o, "xxxx" MMC-yə sürücü vəzifəsinə işə götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, ******* nömrəli, xx.xx.2019-cu il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir. İA-480-1/24 nömrəli, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, Cəmiyyətin Satış Departamenti, Çörəkçi satış şöbəsi, Ərzaq mağazalar bölməsinin Sürücü vəzifəsində çalışan işçisinə. "xxxx" MMC tərəfindən 13 iyul 2020-ci il tarixində verilmiş 224/k nömrəli əmr qüvvədən düşsün və ARƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə (işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmiş əmək müqaviləsinə "Mediasiya haqqında" AR Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2024cü il tarixli, MŞB/16-001646 nömrəli barışıq sazişinə əsasən, 13 iyul 2020-ci il tarixindən ARƏM-in 68- ci maddəsinin 2.a) yarımbəndinə əsasən(işçinin təşəbbüsü ilə) xitam verilmişdir. İddiaçı hal-hazırda "xxxx" MMC-nin sistemində aktiv işçi kimi görünməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin “X6 LTD” MMC hüquqi varis olmasına baxmayaraq, onun "xxxx" MMC-nin sisteminə daxil olaraq qüvvədə olan əmək müqaviləsinə ƏM-nin 68ci maddəsinin 2.a) yarımbəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsi aktiv asan imza olmaması səbəbindən qeyri-mümkündür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. -35-ci maddəsinin İİİ hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. - 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə, İddiaçı "xxxx" MMC-nin sisteminə daxil olaraq qüvvədə olan əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2.a) yarımbəndi ilə (tərəflərdən birinin təşəbbüsü) xitam verilməsinin cavabdehin aktiv asan imzasının olmaması səbəbindən qeyri-mümkün olmasını nəzərə alaraq hesab edir ki, hazırda elektron sistemdə dəyişiklik etmək və ya məlumat daxil etmək üçün işəgötürənin hüquqi varisinin texniki cəhətdən imkanı olmadığından sistemə məlumatın daxil edilməsi vəzifəsi işəgötürənin üzərinə qoyula bilməz. Buna görə də məhkəmə iddianın həmin hissədə qismən təmin edilməklə elektron sistemdə dəyişikliyin sistemə daxil edilməsi vəzifəsinin həmin sahədə səlahiyyətli olan DƏMX-nə həvalə edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli X1 sisteminin «Əmək və Məşğulluq» altsistemində dəyişiklik edilərək İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 sisteminin «Əmək və Məşğulluq» altsistemində İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X1 sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2807/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2807/2025
26.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver