Məhkəmə qərarları › İş №2(009)-284/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-284/2022

24.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-284/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmağa görə haqqın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmağa görə haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) 03.08.2021-ci il tarixli 851 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z Tağıyev adına idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Laçın rayonunun Qarakeçdi kəndində doğulmuş, 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüşlər. 1991-1993-cü illərdə könüllü olaraq cəbhəyə getmiş, Qarabağ və ətraf rayonlarda gedən döyüşlərdə mərdliklə iştirak etmişdir. 2010-cu il tarixdən 03.08.2020-ci ilədək ARDNŞ-nin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi işləmişdir. Həmin müddətdə işdə heç bir problemi və səhlənkarlığı olmamışdır. Hətta rəhbərliyin əmrlərini vaxtında və layiqincə yerinə yetirməklə rəğbət qazanmışdır. Sonuncu rəhbərlik tərəfindən ona işdən azad olunması ilə bağlı ərizə yazması bildirilmişdir. O, səbəbini bilmək istədikdə işçi çox olduğu və onların işçiyə ehtiyaclarının olmadığını bildirmişlər. O, isə onun bir övladının qarabağ müharibəsi iştirakçısı, digərinin isə tələbə olduğunu, həyat yoldaşının isə 2-ci qrup əlil olduğunu bildirmişdir. Onun ailəsi az təminatlı ailədir, heç bir yerdən gəlirləri yoxdur, evdə tək pul qazanan odur. Belə ki, 03.08.2021-ci il tarixdə onu çağırıb işdən çıxarma barədə əmri ona təqdim etmişlər. Sonradan işə bərpa olunmaq istəsə də, artıq o, işdən azad olunduğundan onu işə bərpa etməkdən imtina etmişlər. İş üçün müraciət etdiyi yerlərdə ondan əmək kitabçasını tələb etmişlər. Məhz cavabdehin onu öz işinə bərpa etməkdən imtinası, qanunsuz olaraq onu işdən azad etməsi nəticəsində ağır maddi çətinliklərlə məruz qalmışdır. Onu da qeyd edir ki, o, 01.09.2021-ci il tarixdə Mediasiya Xidmətinə müraciət etmiş, 20.09.2021-ci il tarixdə mediasiya iclası keçirilmiş 22.09.2021-ci il tarixdə arayış verilmişdir. O, sənədlərini iddia ərizəsinə qoşaraq Xəzər Rayon Məhkəməsinə ünvanlamış, məhkəmə aidiyyatı düz olmadığı üçün iş geri qaytarmış, 11.10.2021-ci il tarixdə sənədləri rəsmi qaydada məhkəmədən almışdır. Hesab edir ki, onun işdən azad olunmağı barədə əmr tam qanunsuzdur, əmək qanunvericiliyinin normalarının kobudcasına pozulması ilə qəbul edilmiş və buna görə də, ləğv olunmalıdır. Belə ki, məhz cavabdehin qanunsuz sərəncamı ilə işdən azad olunmağı nəticəsində işsizdir, öhdəsində 4 nəfər ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən şəxs olaraq ağır maddi durumdadır. Hesab edir ki, cavabdehin onun işdən azad olunması barədə əmr ləğv olunmalı, o, öz işinə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunmalıdır. Həmçinin cavabdehin qanunsuz əməlləri nəticəsində məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının, dövlət qulluqçusu üçün nəzərdə tutulmuş mükafatlar, əlavələr hesablanaraq ona ödənilməlidir. Daha sonra iddiaçı 10.11.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh iş üzrə cavabdeh qismində cəlb edilməsini, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 03.08.2021-ci il tarixli 851 saylı əmrinin ləğv olunmasını, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunmasını, məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən məhkəmə qərarı icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələrin, mükafatların hesablanaraq ona ödənilməsini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən müştərək qaydada 3000 (üç min) manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) qeyd etmiş, ancaq onun işdən çıxarılmağı barədə əmri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh vermişdir. Buna görə də ARDNŞ-nin Cavabdeh də cavabdeh qismində əlavə olunmalıdır. Məhz cavabdehin qanunsuz sərəncamı ilə işdən azad olunmağı nəticəsində o, işsizdir, öhdəsində 4 nəfər ailə üzvü olmaqla ailədə yeganə qazanc gətirən şəxs olaraq ağır maddi durumdadır, bu müddət ərzində mənəvi sarsıntı keçirmişdir. Hesab edir ki, cavabdehlər tərəfindən ona mənəvi zərər ödənilməlidir. Hesab edir ki, cavabdehin onun işdən azad olunmağı barədə əmri ləğv olunmalı, o, öz işinə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunmalı, həmçinin cavabdehin qanunsuz əməlləri nəticəsində məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının, dövlət qulluqçusu üçün nəzərdə tutulmuş mükafatlar, əlavələr hesablanaraq ona ödənilməlidir. Daha sonra məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi həcminin azaldılmasına dair ərizə təqdim edərək yalnız “Azneft” İB-yə qarşı iddianı müdafiə etdiyini və cavabdeh qismində “Azneft İB”-nin tanınmasını, həmçinin mülki işin aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5160/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa və son haqqın ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı izahatında həmçinin bildirmişdir ki, təxminən 16 iyun 2021-ci il tarixdən xəstələndiyi üçün bülletenə çıxmış, lakin o vaxta qədər həmişə iş yerində olmuş və iş buraxmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı ilə “H.Z.Tağıyev” adına NQÇİ arasında 01.12.2010-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və o, quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsində işə başlamışdır. “H.Z.Tağıyev” adına NQÇİ Həmkarlar İttifaqı Komissiyasına “Azneft” İB-nin strukturunun optimallaşdırılması haqqında 01.09.2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştatlarının ixtisar olunması ilə əlaqədar İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün müraciət edilmişdir. “H.Z.Tağıyev” adına NQÇİ-nin X4 heyəti iclasının 08.04.2021-ci il tarixli protokulu ilə “H.Z.Tağıyev” adına NQÇİ-nin müraciətinə baxıldığı və iddiaçı Q.Mütəllimovun da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Cavabdeh “H.Z.Tağıyev” adına NQÇİ-nin SOCAR**********00070020B00051 saylı 03.08.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Həmkarlar İttifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən ona on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, (işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər) müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə işdə saxlanmasına üstünlük verir. İş materiallarından görünür ki, iddiaçı nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM 79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında deyildir. Başqa sözlə, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, işəgötürən tərəfindən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmışdır. Belə ki, iş üzrə İddiaçı işlədiyi vəzifə üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi zamanı minimum 50 və ondan yuxarı bal toplayanlar işdə saxlanılmaq hüququ əldə etmiş, digərləri ilə bağlanan əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı təxminən 2021-ci il iyun ayından bülletendə olduğundan əmr 03 avqust 2021-ci il tarixdə verilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin (vəkilinin) və cavabdehin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi arasında bağlanmış 01.12.2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işə qəbul olunmuşdur. - SOCAR-ın “boşdayanmaya yol verilən iş yerlərində işçilərin məşğulluğunun təmin edilməsi” haqqında 24.06.2020-ci il tarixli əmrindən görünür ki, “Azneft” İB-nə (Ş.Hüseynov), X6 Trestinə (Ə.Həsənov), Geofizika və Geologiya idarəsinə (E.Şirinov) və Nəqliyyat İdarəsinə (E.Zülfüqarov) və bu müəssisələrə xidmət göstərən SOCAR-ın digər qurumlarına tapşırılmışdır ki, “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, cari ilin may ayının 1-dən fəaliyyəti dayandırılmış aşağıdakı yataqların idarə edən təşkilat və struktur bölmələrinə, eləcə də onlara xidmət göstərən SOCAR-ın strukturuna daxil olan digər servis müəssisələrinin aidiyyəti departament, bölüm və istehsalat sahələri üzrə boşdayanma yaranacaq vəzifələrin siyahısı sahə üzrə vitse-prezidentlə razılaşdırılaraq SOCAR Baş ofisinin insan Resursları Departamentinə təqdim edilməsi, - Bibiheybət; - Lökbatan-Puta-Quşxana; - Şabandağ-Şubam-Yasamal-Atəşgah; - Korgöz-Qızıltəpə- Şonqar; Qaradağ (Ə.C.Əmirov adına NQÇİ-yə aid olan); - Qalmaz (Ə.C.Əmirov adına NQÇİ-yə aid olan); - Umbaki; - Tərsdəllər; - Qala; - Buzovna-Maştağa; - Siyəzən monoklinalı; Həmin müəssisələrdə başqa işə-keçirilmə və vakant olan vəzifələrə müvəqqəti əvəzetmə əməliyyatlarının dayandırılması, həmin müəssisələrdə kənardan işə qəbul, başqa işə keçirilmə (SOCAR daxili normativ sənədlərin tələbləri nəzərə alınmaqla qiymətləndirmə nəticələrinə uyğun işçilərin yerləşdirilməsi, yüksək və çox yüksək əhəmiyyətli vəzifələrə və 03.06.2010-cu il tarixli 72 nömrəli əmri ilə təsdiqlənmiş 4 nömrəli əlavədə göstərilən vəzifələr üzrə işçilərin vəzifəyə təyin olunması istisna olmaqla) və vakant olan vəzifələrə müvəqqəti əvəzetmə əməliyyatlarının dayandırılması və yalnız istehsalat zərurəti olduğu hallarda bu əmrin 3.3-cü yarımbəndinə uyğun olaraq tədbirlərin görülməsi (15.10.2020-ci il tarixli SOCAR**********00040020A00157 əmri ilə təsdiq edilmiş dəyişiklik), qiymətləndirmə dövründə Baş ofis İRD ilə razılaşdırılmaqla işçilərin məşğulluğunun təmin olunması üçün müəssisə tərəfindən müvafiq daxili təlimlər (mentorluq proqramları, İnkişaf planları) həyata keçirilməsi, “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqram təsdiq edilməsi, SOCAR-ın Baş Ofisinin insan Resursları Departamentinə (A.Bəkirli) tapşırıldı ki, SOCAR-ın aidiyyəti qurumları ilə birlikdə boşdayanmalara yol verilən iş yerlərində çalışan işçilərin dairəsinin müəyyən edilməsi, onların “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun müəyyən edilməsi üzrə” Proqramda iştirakı təşkil edilsin və həmin proqramı müvəffəqiyyətlə keçmiş işçilərin yerləşdirilməsi üçün tədbirlər görülməsi, proqramdan müvəffəqiyyətlə keçə bilməmiş işçilərin qanunvericilik və SOCAR-ın daxili normativ sənədləri ilə müəyyən olunmuş digər proqram və qaydalara qoşulmaları üçün aidiyyəti işəgötürənlərə lazımi təkliflər verilməsi, SOCAR üzrə yaranan vakant yerlərə ilk növbədə-boşdayanmada olan işçilərin yerləşdirilməsi ilə bağlı tədbirlər görülməsi, SOCAR üzrə İRD-yə müvafiq qaydada təqdim olunmuş vakant yerlərin komplektləşdirilməsində boşdayanmada olan və sərbəstləşən işçilərin də iştirakını təmin etmək üçün ilk növbədə şirkətdaxili vakansiyaların elan edilməsi və onların müsabiqələrə cəlb edilməsi üçün tədbirlər görülməsi (15.10.2020-ci il tarixli SOCAR**********00040020A00157 əmri ilə təsdiq edilmiş dəyişiklik), bu əmrin icrasından irəli gələn digər məsələlər həll edilməsi, bu əmrin 1-ci bəndinə uyğun olaraq fəaliyyəti dayandırılmış yataqlar və bu yataqlara xidmət göstərən servis müəssisələrinin mövcud infrastrukturunun saxlanması üçün tələb olunan işçi heyəti nəzərə alınmaqla, digər işçilərin məşğulluğu “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqramı, eləcə də bu əmrlə müəyyən edilmiş digər proqram və qaydalara uyğun olaraq təmin edilməsi, SOCAR üzrə qanunvericiliklə nəzərdə tutulan təqaüd yaşına çatacaq və güzəştli şərtlərə əsasən təqaüd alan işçilərin işdən azad olunmasının stimullaşdırılması istiqamətində təkliflər hazırlanması əmr edilmişdir. SOCARın 17 yanvar 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000006 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqram və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 03 iyul 2012-ci il tarixli 81/14-29ə nömrəli əmrqərarının müddəaları boşdayanmalara yol verilən iş yerlərində çalışan işçilərə şamil edilir. SOCAR-ın 17 yanvar 2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000006 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulmaq üçün müraciət etmə müddəti bu əmrin qüvvəyə mindiyi tarixdən 3 (üç) ay sonra, həmin proqramın tətbiq olunma olma müddəti isə müraciət etmə müddətinin bitdiyi vaxtdan 2022ci ilin aprel ayınadək müəyyən edilməsi, əmrin icrasına nəzarət SOCAR Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti X.Məmmədova, İqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımova və Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitseprezidenti D.İskəndərova həvalə edilmişdir. - SOCAR-ın “Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01.09.2020-ci il tarixli əmrindən görünür ki, “Azneft” İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən “Neft Daşları”, “28 May”, N.Nərimanov adına, “Abşeronneft”, H.Z.Tağıyev adına, Ə.C.Əmirov adına, “Bibiheybətneft”, “Siyəzənneft” Neft və Qazçıxarma İdarələrinin, X3 İdarəsinin, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə X1, Dalğıc Xidməti, X5 İdarələri adları saxlanılmaqla, kadr, maliyyə, təchizat və digər qeyriistehsalat funksiyaları “Azneft” İB-nin İdarəetmə aparatına ötürülməklə yenidən təşkil edilməsi və onların maddi texniki bazasında müvafiq istehsalat qurumları yaradılması, 2.3 və 5 saylı texnoloji nəqliyyat departamentləri kadr, maliyyə, təchizat və digər qeyriistehsalat funksiyaları “Azneft” İB-nin İdarəetmə aparatına ötürülməklə yenidən təşkil edilməsi və onların maddi texniki bazasında 1 və 2 saylı Nəqliyyat idarələri yaradılması, “Azneft” İB-nin bu əmrə əlavədə verilmiş yeni idarəetmə strukturu təsdiq edilməsi, bu əmrlə müəyyən edilmiş struktur dəyişiklikləri qüvvədə olan qanunvericiliyə və SOCARSS- 003.2013 standart sənədinə uyğun olaraq aparılması, “Azneft” İB-yə (Ş.Hüseynov) tapşırılması, bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin bu əmrin qüvvəyə minmə tarixinə olan debitor və kreditor borclarının, hüquq və öhdəliklərinin təhvil aktına uyğun “Azneft” İB-yə müvafiq qaydada ötürülməsi təmin edilməsi, bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrində çalışan işçilərin əmək münasibətlərinin davam etdirilməsi imkanları araşdırılması və bu istiqamətdə qüvvədə olan qanunvericiliyə, SOCAR-ın daxili normativ sənədlərinə və müqavilə münasibətlərinə uyğun olaraq tədbirlər görülməsi, SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamenti (İnsan Resursları Departamenti) ilə birlikdə “Azneft” İB üzrə aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşən işçilərin SOCAR-ın 24 iyun 2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli “Boşdayanmaya yol verilən iş yerlərində işçilərin məşğulluğunun təmin edilməsi haqqında” əmri ilə təsdiq edilmiş “SOCAR-ın boşdayanma yol verilən iş yerlərində işçilərin məşğulluğunun, kadr hazırlığının təmin edilməsi üzrə” Proqramına uyğun olaraq SOCAR-ın digər müəssisə və təşkilatlarında yerləşdirilməsi, bu mümkün olmayan hallarda isə SOCAR-da tətbiq olunan digər proqram və təminatlara qoşulması ilə bağlı təkliflər verilməsi, SOCAR-ın Baş ofisinin İqtisadiyyat və Uçot İdarəsi ilə birlikdə bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin, o cümlədən “Azneft” İB-nin idarəetmə aparatının ştat və işçi sayı, eləcə də “Azneft” İB-nin gəlir və xərclər smetası barədə təkliflərin “Şirkətin idarəetmə strukturuna daxil olan qurumlarda əmək normalarının, onların təşkilati strukturunun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiya”sına (Komissiya) 7 (yeddi) gün müddətində təqdim edilməsinin təmin edilməsi, bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin təsis sənədlərinin əsl nüsxələrinin SOCAR-ın Baş ofisinin Hüquq İdarəsinə (Hüquq İdarəsi) təhvil verilməsi təmin edilməsi, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi ilə birlikdə bu əmrlə “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinə məxsus sənədlərin arxivləşdirilməsi və qanunvericiliklə müəyyən edilmiş müddətlər daxilində saxlanılması təmin edilməsi, bu əmrin icrasından irəli gələn digər məsələlər həll edilməsi, bu əmrə və SOCAR-ın digər daxili normativ sənədlərinə uyğun olaraq “Azneft” İB-nin yenidən təşkil edilmiş struktur bölmələrinin strukturuna, ştat cədvəllərinə və buna uyğun olaraq işçilərin optimal sayına yenidən baxılması və müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, İnsan Resursları Departamentinə (A.Bəkirli) bu əmrin 5.2-ci və 5.3-cü bəndlərinin icrasından irəli gələn məsələlərlə bağlı “Azneft” İB-yə lazımi köməkliyin göstərilməsinin təmin edilməsi, Hüquq İdarəsinə (E.Orucov) tapşırılsın ki, bu əmrə uyğun olaraq struktur dəyişikliyi ilə əlaqədar olaraq, lazımi hüquqi dəstəyin göstərilməsi təmin edilməsi bu əmrin icrasından irəli gələn digər məsələlər həll edilməsi, bu əmrin icrasına nəzarət SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti D.İskəndərova həvalə edilməsi əmr edilmişdir. - SOCAR-ın Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 21.01.2021-ci il tarixli işçilərin sayının azaldılması haqqında məktubdan görünür ki, SOCAR-ın “Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040Q20A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulur. Bu səbəbdən, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 29 mart 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün o, bir iş günü əmək funksiyasının icrasından azad edilə bilər. Əmək müqaviləsi ləğv edilərkən, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinəti və razılıqları olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulur. Həmçinin, ARDNŞ və ANQSİHİRK-in 03 iyul 2012-ci il tarixli 81/14-29ə nömrəli Əmr-Qərarının 1-ci bəndinə əsasən, o, orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət almaq üçün 1 ay müddətindən gec olmayaraq, əmək müqaviləsinə xitam verilməsi barədə rəhbərliyə müraciət edə və ya “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair" Proqrama qoşula bilər. - SOCAR-ın Cavabdeh tərəfindən Həmkarlar İttifaqına ünvanlanmış 09 aprel 2021-ci il tarixli məktubundan görünür ki, SOCAR-ın Cavabdeh strukturunun optimallaşdırılması” haqqındakı 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040020A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərin sayının azaldılması və ştatlarının ixtisar olunması ilə əlaqədar işçilərə “işçilərin sayının azaldılması haqqında” bildiriş vərəqələri paylanılmışdır. Yuxarıda göstərilənlərə əsasən bildiriş vərəqələrini almaqdan imtina etmiş qoşmada adları olan işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən münasibət bildirməyi xahiş olunmuşdur. - SOCAR-ın Cavabdeh tərəfindən verilmiş arayışdan görünür ki, SOCAR-ın 01 sentyabr 2020-ci il tarixli, SOCAR**********00040020A00135 nömrəli Cavabdeh strukturunun optimallaşdırılması haqqında” əmrinə və həmin əmrə dəyişiklik edilməsi barədə 08 aprel 2021-ci il tarixli, SOCAR**********00040020A00042 nömrəli əmrinə əsasən “Azneft” İB-nin strukturu yenidən təşkil edilmiş, işçilərin yeni ştat cədvəlinə uyğun səmərəli yerləşdirilməsi məqsədi ilə qiymətləndirilmə prosesi şirkətin müvafiq əmri əsasında qüvvədə olan qanunvericiliyin və daxili normativ sənədlərin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Qiymətləndirmə nəticələrinə uyğun olaraq reytinq formalaşdırılmışdır. Reytinq siyahısına əsasən H.Z.Tağıyev adına NQÇİ-nin 24 nəfər quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi bidirişə düşüb. Onlardan 3 nəfəri 5 misli alıb, 4 nəfəri başqa idarələrdə işlə təmin olunub, 1 nəfəri rəhmətə gedib və digərləri isə topladığı ballara əsasən idarədə boş vakant yer yarandıqca yerləşdirilib. Hal-hazırda bildirişdə qalan işçimiz yoxdur. - Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 19 may 2021-ci il tarixli iclasının 07-k saylı protokolundan çıxarışdan görünür ki, gündəlikdə olan məsələlərdən biri də «işçilərin sayının azaldılması haqqında» H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin rəisinin SOCAR**********630350094X0003 nömrəli 09.04.2021-ci il tarixli məktubu müzakirə olmuşdur. İclasın qərarı ilə həmçinin həmin məktuba müsbət rəy verilməsi də qərara alınmışdır. - Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında 03.08.2021-ci il tarixli əmrindən görünür ki, H.Z.Tağıyev adına NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmir sahəsinin Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsinin quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, bağlanmış əmək müqaviləsinə uyğun olaraq on ildən çox əmək stajı olduğuna görə orta aylıq əmək haqqının iki misli miqdarında işdənçıxarma müavinəti ödənilmişdir. - Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.2, 4.3, 4.4-ci bəndlərinin məzmununa əsasən işçiyə əmək funksiyalarını yerinə yetirərkən iş şaritindən, əmək göstəricilərindən və əmək stajından asılı olaraq faktiki işlənmiş iş vaxtına görə həmin bənddə nəzərdə tutulan hallar üzrə hər ay əlavə ödəniş hesablanır. Əlavə ödəmələr qüvvədə olan Qanunvericiliyə və təsdiq edilmiş müvafiq «Əsasnamə»lərə uyğun olaraq həyata keçirilir. Əmək haqqı ayda bir dəfə ödənilir. Təsdiq olunmuş «Əsasnamə»yə müvafiq olaraq işçinin tarif (vəzifə) maaşının məbləği 25%-ə qədər azaldıla bilər. - Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.1, 9.2-ci bəndlərinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələridə nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əmək olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İşəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. İşin materiallarından görünür ki, İddiaçı ilə “H.Z.Tağıyev” adına NQÇİ arasında 01.12.2010-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və o, quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli təmirçi çilingər vəzifəsində işə başlamışdır. SOCAR-ın “Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040Q20A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulduğu üçün SOCAR-ın Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçı 21.01.2021-ci il tarixli işçilərin sayının azaldılması haqqında məktub ünvanlanmış, məktubda onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 29 mart 2021-ci il tarixdə ləğv ediləcəyi göstərilmiş və bununla bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqları və təminatları sadalanmışdır. İşin materiallarından həmçinin görünür ki, İddiaçı adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün 09.04.2021-ci tarixli məktubla müraciət edilmiş, “H.Z.Tağıyev” adına NQÇİ-nin X4 heyəti iclasının 19.05.2021-ci il tarixli protokulu ilə “H.Z.Tağıyev” adına NQÇİ-nin müraciətinə baxılaraq onun da adının olduğu işçilərlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmiş və Cavabdeh “H.Z.Tağıyev” adına NQÇİ-nin SOCAR**********00070020B00051 saylı 03.08.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Həmkarlar ittifaqı təşkilatının razılığı ilə xitam verilmişdir. İddiaçı hazırda onun işdən azad edilməsini qanunsuzluğunu mübahisələndirir və barəsində olan əmrin ləğvini, əvvəlki işinə barpə ediməsini tələb edir. Cavabdeh tərəf isə iddiaçının ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən ştatının ixtisar edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunması əsası ilə iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmçinin ƏM-nin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. ƏM-nin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. ƏM-nin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. Həmçinin ƏM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd olunan Məcəllənin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə, hazırkı mübahisənin qanuni həlli baxımından göstərilən əsasla iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilib-edilməməsinə diqqəti yönəltməyi zəruri hesab edir. İşdə olan sübutlardan (əmr, xəbərdarlıq, protokol və s.) aydın olur ki, SOCAR-ın Cavabdeh H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən İddiaçı SOCAR-ın “Cavabdeh strukturunun optimallaşdırılması” haqqında 01 sentyabr 2020-ci il tarixli SOCAR**********00040Q20A00135 nömrəli əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu vəzifə (peşə) üzrə işçilərin sayının azaldılması nəzərdə tutulması səbəbi ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən, 29 mart 2021-ci il tarixdə ləğv ediləcək ştatların sayının azaldılması haqqında məktub 21.01.2021-ci il tarixdə ünvanlanmışdır. Qanunvericiliyin tələblərinin məzmununa əsasən bu müddət ərzində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq, xəbərdarlıq müddəti ərzində iddiaçıya hər iş həftəsində əmək haqqı saxlanılmaqla, iş yeri axtarmaq üçün onun bir iş günü əmək funksiyasının icrasından azad edilə bilməsi, əmək müqaviləsi ləğv edilərkən, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinəti və razılığı olduğu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, 9 (doqquz) təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödənilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı bu müddət ərzində işəgötürən sözügedən 01.09.2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən Həmkarlar İttifaqına müvafiq məktub ünvanlanmalı və xəbərdarlıq müddətinin sonunda, yəni bildiriş məktubunda göstərildiyi kimi 29 mart 2021-ci il tarixdə iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etməli idi. Lakin işin materiallarından görünür ki, SOCAR-ın Cavabdeh tərəfindən Həmkarlar İttifaqına müvafiq məktub 09 aprel 2021-ci il tarixdə, yəni xəbərdarlıq məktubundan 2 ay yarım müddətdən sonra ünvanlanmış, Həmkarlar İttifaqı Komitəsi tərəfindən isə 19 may 2021-ci il tarixli iclasının 07-k saylı protokolundan çıxarışından göründüyü kimi «işçilərin sayının azaldılması haqqında» H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin rəisinin SOCAR**********630350094X0003 nömrəli 09.04.2021-ci il tarixli məktubuna müsbət rəy verilmişdir. Məhkəmə hesab edir ki, 21.01.2021-ci il tarixdə verilmiş xəbərdarlıq məktubunun müddəti bitdikdən sonra 29 mart 2021-ci il tarixdə iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi il əlaqədar xitam verilməsi barədə əmr qəbul edilmədiyi üçün sözügedən xəbərdarlıq məktubu sonuncu qeyd edilən müddətdən sonra artıq hüquqi qüvvəyə malik olmamışdır. Belə ki, işin araşdırılmış hallarından görünür ki, xəbərdarıq məktubunun verilməsinə baxmayaraq iddiaçı ilə əmək münasibətləri 03.08.2021-ci il tarixə kimi davam etmişdir. İşəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq 2 aylıq xəbərdarlıq müddətində (29.03.2021-ci il tarixədək) iddiaçının barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən Həmkarlar İttifaqına müvafiq məktub ünvanlanmamış, iddiaçı ilə 29.03.2021-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsinə razılıq almamış və yuxarıda qeyd edildiyi kimi müddətin sonunda əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etməmişdir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən həmkarlar ittifaqı təşkilatı sözügedən məktubun daxil olduğu gündən (09.04.2021-ci il) ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. (ƏM-nin 80.2-ci maddəsi) Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən həm əmək qanunvericiliyinin yuxarıda göstərilən normalarının tələblərinə, həm də tərəflər arasında əmək müqaviləsinin 9.1-ci bəndinin tələblərinə ciddi əməl edilməmişdir. Məhkəmə cavabdeh tərəfin iddiaçının nə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin (ƏM 79), nə də işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin (ƏM 78) sırasında olmamasına dair iddiaya olan etirazının dəlillərinə qiymət verərək hesab edir ki, İddiaçı sadalanan kateqoriyalara aid olan şəxs olmasa da, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının ixtisar edilməsi ilə bağlı Əmək Məcəlləsinin 77 və 80-cı maddələrinin tələblərinə uyğun prosedur qaydalarına vaxtında əməl edilmədiyi, pozulduğu üçün barəsində qəbul edilmiş əmr qanuni və əsaslı sayıla bilməz. Bu prosedur qaydalarının pozuntusu iddiaçının işdən çıxarılması üçün xəbərdarlıq müddəti bitəndən 4 ay sonra işdən çıxarılması, xəbərdarlıq müddətində deyil, onun bitməsindən 10 gün sonra Həmkarlar İttifaqına müvafiq təqdimat verilməsi, xəbərdarlıq veriləndən 2 ay yarım sonra həmkarlardan razılıq alınması üçün müraciət edilməsi, bu razılığın isə Həmkarlar İttifaqına məktubun daxil olduğu gündən 10 gündən gec verilməsi, sonuncunun razılığından da 2 ay yarım sonra əmək müqaviləsininə xitam verilməsi barədə əmr verilməsində özünü ifadə edir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının bildirdiyi kimi onun təxminən 16 iyun 2021ci il tarixdən xəstələndiyi üçün bülletenə çıxması həmin tarixədək (16 iyun 2021-ci il) prosedur qaydalarının artıq pozulmasının mövcudluğu halını aradan qaldırmır. Məhkəmə vurğulayır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu hal həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 30.07.2021-ci il tarixli Qərarında də öz əksini tapmışdır. Qərarda göstərilmişdir ki, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə, 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Beləliklə də, məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 03.08.2021-ci il tarixli 851 saylı əmrinin ləğv olunmasını, iddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunması hissəsini əsaslı sayır. Məhkəmə həmçinin iddiaçının tələbinin məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müqavilə şərtləri nəzərə alınmaqla müəyyən olunan əlavələrin də ona ödənilməsi hissəsinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, əmək qanunvericiliyinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. (Əmək Məcəlləsinin 154-cü maddəsinin İ hissəsi) Lakin məhkəmə iddianın mükafatların verilməsi hissəsində təmin edilməsini mümkün saymır. Belə ki, əmək qanunvericiliyinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. (ƏM-nin 157-ci maddəsinin İİİ hissəsi) Həmin normanın Vİ hissəsinə əsasən isə mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 158-ci maddəsinin İ hissəsinə əsasən isə əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. İddiaçı tələbində məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu günə qədər bütün müddət üçün həmçinin mükafatların hesablanaraq ona ödənilməsini də tələb etməsinə baxmayaraq məhkəmə qeyd edir ki, bu müddət ərzində onun işdən çıxarılması əsası ilə iş yerində işləmədiyi faktdır və qanunsuz olaraq işdən çıxarıldığına görə ona bu müddət ərzində qanunvericiliklə müəyyən edilmiş qaydada əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələr ödənilməsi nəticəsinə gəlinmişdir. Lakin mükafat qanunvericilikdə qeyd edildiyi kimi əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə işəgötürən tərəfindən verilən həvəsləndirici pul vəsaitidir və onun verilməsi məhz işəgötürənin hüququdur ki, bunun da miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində isə əmək haqqı və ona əlavə ödəniş verilməsi nəzərdə tutulsa da, mükafatların verilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Əgər iddiaçı işdən çıxarılmamışdan əvvəl işəgötürən tərəfindən ona əmək haqqı ilə yanaşı və ya digər formada mükafatlar verildiyi üçün tələbində də həmin mükafatları nəzərdə tutursa, belə olan halda məhkəmə qeyd edir ki, bu mükafatlar onun iş yerində əmək vəzifələrini yerinə yetirərkən əldə etdiyi nailiyyətlər nəticəsində və ya işəgötürənin öz daxili maliyyə imkanları əsasında təşəbbüsü ilə verilmiş həvəsləndirici ödənclər olmuşdur. Hazırki halda isə iddiaçı 03.08.2021-ci il tarixdən qətnamə icra olunan müddətə qədər faktiki olaraq işləmədiyi halda ona bu müddət üçün işəgötürən tərəfindən həmçinin mükafaktların da hesablanıb verilməsi tələbinin təmin edilməsini məhkəmə əsaslı saymır və eyni zamanda qeyd edir ki, qətnamə icra olunduğu təqdirdə bu ödəncin də əmək haqqı və əlavələrlə birlikdə verilməsi yenə də işəgötürənin hüququ olaraq qalır. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı barəsində olan Cavabdeh 03.08.2021-ci il tarixli 851 saylı əmri ləğv olunmaqla, o quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələr ona ödənilməli, iddia qalan hissələrdə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı barəsində olan Cavabdeh 03.08.2021-ci il tarixli 851 saylı əmri ləğv olunsun. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına idarədə quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma günləri üçün 03.08.2021-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqının və əmək haqqına nisbətdə müəyyən olunan əlavələr İddiaçı ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar