Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2859/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, giriş 2, 77 saylı evin, 97 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13 iyul 2019-cu ildə onunla Cavabdeh arasında sonuncuya 140000 manat borc verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2-ci bəndinə əsasən borc 13.11.2019-cu idə qaytarılmalı idi. Lakin bu günə qədər borc qaytarılmamış və müxtəlif bəhanələrlə müqavilənin icrasından cavabdeh yayındığı üçün icra qaydasında tələb ipoteka predmetinə yönəlmişdir. 13 iyul 2019-cu ildə ipoteka saxlayan İddiaçı ilə ipoteka qoyan X8 və borc alan Cavabdeh arasında mənzilin dəyəri qiymətləndirilərək ipoteka müqaviləsi bağlandığı üçün əmlak hərraca çıxarılmışdır. İpoteka müqaviləsində göstərilən X1 Səbinə Əlikram qızının həyat yoldaşı, X8 isə Cavabdeh anasıdır. Hazırda mənzildə ancaq Cavabdeh qeydiyyatda qalmışdır. Cavabdehin ona olan əmlak borcu və ya onun dəyəri cəmi 140000 manat pul 13.11.2019cu ildə ödəməli olduğu halda göstərilən məbləğ bu günə qədər imzalanan müqavilə öhdəliyi üzrə cavabdeh tərəfindən ona ödənilməmişdir. Onun şifahi tələblərinə müxtəlif bəhanələrlə cavabdeh söz versə də, əməl etməmiş, öhdəliyini icra etməkdən, borcu qaytarmaqdan bu günə qədər də müxtəlif bəhanələrlə yayınmışdır. Notariusun icra qeydi əsasında mənzil hərraca çıxarılmış və onun adına 13.10.2021-ci tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilməklə onun mülkiyyətinə keçmişdir. Hazırda “Asan” Xidmət tərəfindən verilmiş arayışa əsasən cavabdeh onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamış və mənzildə yaşamağa davam edir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, giriş 2, 77 saylı evin, 97 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 550/2020 nömrəli, 26.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 140000 manat borc və həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində pulun tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanına tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh İddiaçı olan borcunun ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh X6 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5609/2020 nömrəli, 12.10.2020-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-550/2020 nömrəli, 26.02.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata notariusun icra qeydinin olması səbəbindən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1236/2021 nömrəli, 22.02.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5609/2020 nömrəli, 12.10.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərardan görünür ki, Bakı şəhəri 9 saylı Notariat ofisində təsdiq olunmuş, 3M-835 nömrə ilə reyestrdə 13.07.2019-cu il tarixdə qeydə alınmış kredit müqaviləsinə əsasən, Cavabdeh (bundan sonra - borcalan) İddiaçı (bundan sonra - iddiaçı) borca götürdüyü 140.000 manat pulu 13.11.2019-cu il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı qismində sonuncunun anası X10 (bundan sonra - ipoteka qoyan) mülkiyyətində olan olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77-də yerləşən 97 nömrəli mənzili (bundan sonra - ipoteka predmeti) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Qeyd olunan müqavilələr əsasında Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 8İ/28 nömrəli, 07.01.2020-ci il tarixli icra qeydi verilmişdir. İş materiallarında olan 13.07.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ipoteka qoyan X10 (etibarnamə üzrə nümayəndəsi X11) borc alan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır, ipoteka qoyan tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 104.2 kv.m əmlakını 3M/835 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.2.3 bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 170.000 manat məbləğində müəyyən edilmişdir. Müqavilə 13.07.2019-cu il tarixdə 9 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilərək reyestrdə 3M-836 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarış”dan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 104.2 kv.m olan mənzil İddiaçı xeyrinə yüklü edilmiş, ********** qeydiyyat nömrəsi ilə 23.07.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestr kitabında 267123 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan X3 24.05.2021-ci il tarixli, Y-10 saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusunun 8İ/28 nömrəli, 07.01.2020-ci il tarixli icra qeydinə əsasən 01.04.2021-ci il tarixli sifarişinə əsasında "xxxx" MMC tərəfindən X4 mülkiyyətində olan olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77-də yerləşən 97 nömrəli mənzili 170.000 (yüz yetmiş min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 108375 (yüz səkkiz min üç yüz yetmiş beş) manata ipoteka saxlayan İddiaçı satılmış və həmin protokol əsasında sözü gedən əmlakın İddiaçı satılmasına dair 24.05.2021-cu il tarixli alqı-satqı Müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77-də yerləşən 97 nömrəli mənzil 13.10.2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri 9 saylı Notariat ofisində təsdiq olunmuş, 3M-835 nömrə ilə reyestrdə 13.07.2019-cu il tarixdə qeydə alınmış kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı borca götürdüyü 140.000 manat pulu 13.11.2019cu il tarixinə qədər qaytarmağı öhdəsinə götürmüş, kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı qismində sonuncunun anası X10 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77-də yerləşən 97 nömrəli mənzili İddiaçı xeyrinə ipoteka ilə yüklü etmiş, qeyd olunan müqavilələr əsasında Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 8İ/28 nömrəli, 07.01.2020-ci il tarixli icra qeydi verilmiş, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusunun 8İ/28 nömrəli, 07.01.2020-ci il tarixli icra qeydinə əsasən 01.04.2021-ci il tarixli sifarişi əsasında "xxxx" MMC tərəfindən X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77-də yerləşən 97 nömrəli mənzili 170.000 (bir yüz yetmiş min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə qiyməti – 108375 (yüz səkkiz min üç yüz yetmiş beş) manata ipoteka saxlayan İddiaçı satılmış və həmin protokol əsasında sözü gedən əmlakın İddiaçı satılmasına dair 24.05.2021-cu il tarixli alqı-satqı Müqaviləsi bağlanmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77-də yerləşən 97 nömrəli mənzil 13.10.2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-ci maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Qanunun da mənasından aydın olur ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 9 saylı Notariat kontorunun xüsusi notariusunun 8İ/28 nömrəli, 07.01.2020-ci il tarixli icra qeydinə əsasən X4 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 77-də yerləşən 97 nömrəli mənzilə tutma yönəldiyindən və mənzil yuxarıda göstərilən qaydada ipoteka saxlayan İddiaçı satıldığından və İddiaçı adına xüsusi mülkiyyət kimi qeydə alındığından Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, giriş 2, 77 saylı evin, 97 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması barədə əlavə olaraq məhkəmə qətnaməsi qəbul edilməməli, müvafiq icra sənədi (icra qeydi) üzrə icra hərəkətləri icra icraatı qaydasında davam etdirilməlidir. Ona görə də, İddiaçı iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı - Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya ərizədə göstərilən xüsusatlarla bağlı Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı - Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, ərizədə göstərilən xüsusatlarla bağlı Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2859/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2859/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver