Məhkəmə qərarları › İş №2(009)-2952/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2952/2025

09.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2952/2025 09.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdeh X1 qarşı "torpaq münasibətləri üzrə sair mübahisələr" tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdeh X1 qarşı "torpaq münasibətləri üzrə sair mübahisələr" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı1 məhkəməyə ərizə təqdim edərək cavabdeh X1 qarşı qaldırmış olduğu iddia ərizəsinin ona geri qaytarılmasını xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nın 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 münasibətdə iddia ərizəsi geri qaytarılmalı, digər proses iştirakçılarına münasibətdə isə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, Cavabdeh qarşı qaldırdığı iddia ərizəsinin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Qərarının 1.3-cü bəndinə əsasən, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi AR MPM-nin 259.0.11-ci (indiki 259.0.10) maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır. AR MPM-nin 170.1-ci maddəsinə görə, iddiaçının vəsatəti ilə ərizə hazırlıq mərhələsində qaytarıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında iştirak edən iddiaçılardan biri iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş digər tərəflər isə məhkəməyə gəlmədiklərindən, habelə işə iştirakları olmadan baxılması mümkün olmadığından, ərizə baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 - cavabdeh X1 qarşı "torpaq münasibətləri üzrə sair mübahisələr" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 münasibətdə geri qaytarılsın, İddiaçı2 və Cavabdeh münasibətdə isə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar