Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-296/2021 02.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı L.H.Həşimovanın (Muradovanın), Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Həşimova (Muradova) Lalə Xəlid qızının Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Həşimova (Muradova) Lalə Xəlid qızı Cavabdeh MMC-yə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidenti sahibkarlara müraciətində pandemiya dövründə əmək haqqlarının və iş yerlərinin ixtisar edilməməsini tövsiyə etmiş, pandemiyadan minimum zərərlə çıxmaq və ölkə iqtisadiyyatının əvvəlki inkişafının bərpa olunması üçün qarşılıqlı güzəştlər edilməsinə səsləmişdir. Koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyət demək olar ki, bütün təsərrüfat subyektlərilə yanaşı Cavabdeh MMC-nin işçilərinin də fəaliyyətinə mənfi təsir göstərmişdir. Yaranmış vəziyyətdə sui-istifadə hallarına yol verən şirkət tərəfindən saxta sənədlər əsasında əmək müqaviləsinə xitam verilmişdir. Məsələ ilə bağlı onun tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə dəfələrlə müraciətlər edilmişdir. Dəfələrlə müraciət etməyinə rəğmən, indiyədək heç kəs tərəfindən məsələnin kökündən həlli ilə bağlı tədbir görülməmişdir. Qanunvericiliyə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göstərilənləri nəzərə alaraq iddiaçı qanunsuz və saxta işdən çıxarılma əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi və işə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı Həşimova (Muradova) Lalə Xəlid qızı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, onun işdən azad olunma bərədə ərizədən xəbəri yoxdur. O ərizə onun tərəfindən imzalanmamışdır. Əgər belə bir ərizəni yazmış olsa idi Əmək Müfətişliyinə, Ombudsmana və məhkəməyə müraciət etməzdi. Ekspert rəyi ilə razı deyil. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmışdır və həmin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə iddiaçının xx.xx.2020-ci il tarixli yazılı ərizəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci bəndinin “a” yarımbəndinə əsasən xitam verilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız şəkildə xitam verilmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən hər hansı zor işlədilməsi hədəqorxu gəlinməsi və yaxud iddiaçının iradəsi əleyhinə məcburiyyət tətbiq edilməsi halı baş verməmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının özü tərəfindən sərbəst şəkildə imzalanmışdır və əmək müqaviləsinin ləğvi qanunvericiliyin tələblərinə uyğun qaydada sənədləşdirilmişdir. Bu baxımdan iddiaçının əmək müqaviləsinə qanunsuz xitam verilməsi barədə qeyd etdiklərini əsassızdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə Cavabdeh MMC ilə X1 arasında bağlanılmış 232 No-li xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Lalə Həşimova Cavabdeh MMC-nin xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən işin birinci 3 ayı sınaq muddəti hesab edilir. Müqavilənin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi qarşılıqlı razılıq səbəbinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 6 ay müddətinə bağlanmışdır. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 60-i.q. saylı əmrinə əsasən X1 xx.xx.2019cu il tarixdən Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. İş üzrə xxxxxxx000300 saylı, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, Lalə Həşimova ilə əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanılmışdır. İş üzrə X1 tərəfindən Cavabdeh MMC-nin direktor adına yazılmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsini xahiş etmişdir. İş üzrə xxxxxxx0003X0 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X1 ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, Lalə Həşimova əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanılmışdır. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/1106 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş 2(009)-2487/2020 nömrəli mülki işin 21-ci vərəqəsində olan xx.xx.2020-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza - Muradova (Həşimova) Lalə Xəlid qızı tərəfindən icra olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə müddətli əmək müqaviləsi bağlanılmış və iddiaçı xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə müddət 6 ay müəyyən edilmişdir və iddiaçı xx.xx.2020-ci il tarixədək cavabdehlə əmək münasibətlərində olmuşdur. Müddətli əmək müqaviləsi üzrə müddət 6 ay müəyyən edilsə də, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin ləğvi ilə əlaqədar birbirlərinə qarşı hər hansı bildiriş təqdim edilmədiyinə görə, müqavilənin müddəti mütəmadi olaraq eyni müddətə uzadılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə yazaraq onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2020-ci il tarixdən xitam verməsini xahiş etmiş və xx.xx.2020-ci il tarixdə cavabdehin iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı irəli sürdüyü tələbləri onunla əsaslandırmışdır ki, o, işdən çıxma barədə ərizə yazmamışdır və həmin ərizədə imza ona məxsus deyildir. Bu səbəbdən iddiaçı işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı onun tərəfindən işdən çıxma barədə ərizə verilmədiyi, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədəki imzanın isə ona məxsus olmamasını göstərmişdir. Bu xüsusiyyəti araşdırmaq üçün məhkəmə tərəfindən xətti ekspertiza təyin edilmiş və ekspertin xx.xx.2020-ci il tarixli rəyi ilə xx.xx.2020-ci il tarixli işdən azad olunma barədə ərizədə imza qrafasındakı imzanın Muradova (Həşimova) Lalə Xəlid qızı tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə məhkəmə iclasında iddiaçının öz ərizəsi və xahişi əsasında işdən azad olunması təsdiq olunduğundan, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsassız hesab edildiyindən, məcburi işburaxmaya görə əmək haqqının tutulması barədə tələb də əsassızdır və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı tərəfindən irəli sürülmüş tələblərinin əsassız olması müəyyən edildiyindən, iddia tələbləri təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ətləbi təmin olunmadığı üçün iş üzrə ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Həşimova (Muradova) Lalə Xəlid qızının Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə aylıq əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. İddiaçı Həşimova (Muradova) Lalə Xəlid qızından dövlət nəfinə keçirilmiş məhkəməxəttşünaslıq ekspertizası xərci – 127 (yüz iyirmi yeddi) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-296/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-296/2021
02.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver